21 Fevral - Çərşənbə 18:36:11
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1. Pul nədir?

Pulun tərifini səhv və nöqsanlı şəkildə verən müasir iqtisadi modellərə görə pul, yalnız mübadilə və yığım vasitəsidir. Burada pulun təhrik amili və əməklə istehsalın müqabili olma xüsusiyyəti nəzərə alınma­mışdır. Pulun xüsusiyyətlərinə yaxşı bələd olmaq üçün, onun hansı funksiyalara malik olduğunu bilmək lazımdır.

Pul, bir mübadilə və yığım vasitəsidir, iqtisadi ünsürləri hərəkətə gətirən təhrik amili, həmçinin əməyin dövriyyəyə daxil olması ilə yaranan və xidmətin müqabilidir. Xülasə pulun tərifi, mübadilə, təhrik, ünsürü olma, yığım, istehsal olunan mal və xidmətlərin müqabili funksiyaları əsasında formalaşdırıla bilər.

Əməyi dövriyyəyə daxil edən, istifadə edilməyən yeraltı və yerüstü sərvətləri hərəkətə gətirərək iqtisadi dəyəri formalaşdıran, istehlakçının ehtiyaclarını tələbə çevirən, potensial tələbi istehlaka çevirən, bazardakı formalaşan tələbə cavab verən istehsalı fəallaşdıran, istehsal amillərini sürətləndirən, istehsal və istehlakda təhrik amili olan, mal və xidmətin müqabili olan, maliyyə dəyəri olmayan pul, iqtisadiyyatda hər şey deməkdir. Bu həqiqətlərin varlığı sayəsində pulun aşağıdakı dörd əsas xüsusiyyətinə nəzər salaq.

Facebook-da MİM