20 İyun - Çərşənbə 16:43:49
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2-Təklif və tarazlıq

Təklif, firmaların hər hansı bir malı istehsal edib satmağı planlaşdırdıqları miqdarı göstərən bir növ funksiyadır. İstər təklif, istərsə də tələb anlayışları mikro analizin mövzusudur. Bildiyiniz kimi, makro şərhlər, mikro təhlillərə istinad edir.
Kapitalist anlayışlar ümumi və qismi tarazlığın təhlilini apararkən dəyişkənliyi əsas götürür. Buna görə də sadə bir məntiqlə belə bir qənaətə gəlinmişdir ki, bir malın qiyməti artanda, onu istehsal edən firmaların təklif miqdarı artır, ancaq tələb olunan miqdar azaldığı üçün bazar öz-özünə tənzimlənir.
Başqa sözlə desək, təklif əyrisi müsbət mailli çoxalan bir düz xətt kimi nəzərdə tutulmuşdur. Analojı məntiqlə meydana gələn tələb əyrisi sayəsində tarazlıq təhlil edilərək buradan makro şərhlər əldə edilmişdir.
Təklif əyrisi görəsən nə ilə əlaqədardır? Mailliyi hansı istiqamətdədir?
Bir firmanın istehsal həcmini, istehsal etdiyi malın qiyməti müəyyənləşdirə bilməz. Bəzən malın qiyməti enəndə də istehsalçı istehsal həcmini artıra bilər. Bəzən də əksinə qiymət artanda istehsal həcmini azalda bilər. Məsələn, məsrəf inflyasiyası olan bir ölkədə malların qiymətləri yüksəlir. Bu artımla əlaqədar heç bir istehsalçı təklif miqdarını artırmaq əvəzinə, onu çox güman ki, azaldacaqdır. Yaxud, sürətlə artan tələblə əlaqədar bazara yeni istehsalçılar qoşulduğu üçün yaranan yeni rəqabət qiymətləri aşağı sala bilər, ancaq firmaların təklifləri arta bilər.
Bəs onda təklif əyrisini müəyyən edən nədir? Təklifi müəyyən edən əsas amil tələbdir. Əgər bir ma­la tələb artırsa təklif əyrisi də artacaqdır. Bunun ək­si də doğrudur. Əgər bir məhsula tələb azalarsa is­tehsal həcmi də avtomatik olaraq azalacaqdır. Mə­sələn, fərz edək ki, siz yumurta istehsal edirsiniz və bazarda yumurtaya olan tələb 10 ədəddir. Bu tələb 11 ədədə çatmasa, siz bazara artıq yumurta gətirməyəcəksiniz. Yəni yumurtanın qiyməti artsa da, sizin bazara gətirdiyiniz yumurta sayını tələb miqdarı müəyyənləşdirəcəkdir. Buna görə də təklif miqdarının müəyyənləşdirilməsində məhsulun qiyməti birbaşa rol oynamır. Yaxud, başlanğıcda elektronik malların qiyməti yüksək olduğu halda, istehsal həcmi az idi. Sonralar tələb artdığı üçün istehsal həcmi də artacaq və qiymətlər isə aşağı düşəcəkdir. Belə misallardan çox göstərə bilərik.
Artıq dediyimiz kimi bəzən istehsal artarkən qiy­mətlər aşağı düşür, bəzən sabit qalar və ya yük­sələr. Qiymətlərdəki bu dəyişiklikləri təklif miqdarın­da meydana gələn dəyişikliklərlə əlaqələndirmək qətiyyən mümkün deyildir. Burada çox vacib bir nöqtə vardır ki, o da qiymət dəyişikliklərinin təklif və tələb tarazlığını müəyyənləşdirmək üçün yetərli olmaması həqiqətidir. Təklif və tələb nisbəti bazar qiymətlərini müəyyənləşdirir, ancaq bazar qiymətləri təkbaşına təklif və tələb balansını müəyyənləşdirə bilmir.
Umumi tarazlıq qrafik 7-də verilmişdir.
Tələb artdıqca təklif də eyni nisbətdə artacaqdır. Burada belə bir sual ortaya çıxır: Bu təqdirdə bazar qiymətlərini müəyyənləşdirən nədir? Bu məsələyə dəyər mövzusunda qayıdacağıq. Yalnız onu qeyd edək ki, məhsulun bir normal dəyəri, bir də bazardakı qiyməti vardır. Bazardakı qiymət təklif və tələbin arasındakı nisbətə nəzərən müəyyənləşir.
Yenidən qrafikə qayıtsaq görərik ki, bazardakı təklif kifayət qədər deyildirsə, qrafik 8-də gör­dü­yü­müz kimi təklif meydana gələcəkdir. Əgər tələb art­maq­da davam edərsə, onda biz təklif-tələb əyrisinin mailliyinin sanki bir qədər artdığını müşahidə edəcəyik. 45 dərəcədən çox olan bu artıq bucağın tan­gensi miqdarında bir qiymət əlavəsi olacaqdır. Bu artımın meydana gəlməsi nəticəsində cəmiyyətin gəlir səviyyəsinə uyğun olan bir tələb məhdudiyyəti yarana bilər, lakin artımı bir də köhnə vəziyyətinə qaytara bilməz.
9-cu qrafikdə göstərildiyi kimi müxtəlif səbəblər nəticəsində, məsələn, bazardakı tələbin istehsalçılar tərəfindən tam hesablanmaması, yaxud gələcəkdə havanın yaxşı olmasına ümid edərək malın artıqlaması ilə istehsal olunması nəticəsində təklifin maili sağ tərəfə istiqamətlənər. Ortaya çıxan yeni əyrinin 45 dərəcədən fərqinin tangensi də bizə qiymətin düşməsini göstərir.
Qrafik 7
Qrafik 8
Qrafik 9 İnflyasiya səviyyəsi :

 

 

 
Deflyasiya səviyyəsi :

 
Bu qrafiklərin sayını artırmaq mümkündür. Lakin bu təhlillərdə bəzi hallara xüsusi diqqət yönəltməliyik. Bazarda əmələ gələn tələb miqdarını qarşılayan təklif olarsa, davamlı iqtisadi inkişaf reallaşacaqdır. Yəni davamlı inkişafın olduğu səviyyə iqtisadiyyatın tarazlığının qorunmasına təminatdır. Qiymətlərin ümumi səviyyəsində meydana gələn dəyişiklik bəzən artıq tələbdən, bəzən də fərqli maya dəyərindən yaranır. Bu hər iki dəyişikliyin hər ikisi təklikdə tələbata heç bir təsiri olmadığı üçün qiymət dəyişiklikləri də təkbaşına tarazlığı qoruya bilməz. Qiymətlərdəki dəyişikliklər yalnız birbaşa tələbata, bəzən də dolayı yolla tələb vasitəsilə təklifə də təsir göstərir.
Sistemi tarazlıq məsələsindən uzaqlaşdıran güc, sistemin öz içində tarazlaşdıraraq absorbasiya oluna bilməz. Yəni kənardan müdaxilə olmasa, sistemin özbaşına tarazlaşması mümkün deyildir. Başqa sözlə desək, qiymətlərdə tələbin artmasıyla əlaqədar artım varsa, qiymətlərin qalxması tələbi azaldaraq sistemi yenidən tənzimləyə bilməz. Sərbəst bazar və liberal ideyaların mikro əsaslarını həyata keçirmək mümkün deyildir. Həqiqətən real iqtisadi model, xarici yardımla tarazlaşan və hamının iqtisadi hüquqlarını qoruyan bir modeldir.

Facebook-da MİM