20 İyun - Çərşənbə 16:48:39
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

5-İşçi qüvvəsi (əmək)

İqtisadi siyasətin başlıca məqsədi cəmiyyətin bütün üzvlərinə iş və dolanışıq imkanı yaratmaqdır. Müəyyən bir gəliri olmayan işsizlər üçün inflyasiyanın düşməsi və ya ictimai büdcənin artması önəmli deyildir. İqtisadi siyasətdə işsizliyin aradan qaldırılması kimi birinci dərəcəli problem son illərdə öz yerini inflyasiyaya vermişdir. İnkişaf etmiş ölkələrdə işsizlik təqribən 10%-dən yuxarıdır. Yenə həmin ölkələrdə işçilərin maaşları minimum həyat səviyyəsinə düşmüşdür. [səh. 56a] Artıq 5% səviyyəsində olan işsizlik təbii işsizlik miqdarı hesab olunur. Bu səviyyədəki işsizlik rəqəmlərinin iqtisadiyyatın təbii şərtlərindən irəli gəldiyinə inanırlar. İnkişaf etmiş ölkələrin 2002-2004-cü illərdə işsizlik haqqında rəqəmlərə baxdıqda dediklərimiz daha aydın şəkildə başa düşülür:
ABŞ: 2002-ci ildə 5, 8%, 2003-cü ildə 6%, 2004-cü ildə 5,5%.
Yaponiya: 2002- ci ildə 5, 4%, 2003-cü ildə 5,3%, 2004-cü ildə 4,7%.
Fransa: 2002-ci ildə 8,9%, 2003-cü ildə 9,5%, 2004-cü ildə 9,7%.
Almaniya: 2002-ci ildə 8,2%, 2003-cü ildə 9,1%, 2004-cü ildə 9,6%
Avropa regionu: 2002-ci ildə 8,3%, 2003-cü ildə 8,7%, 2004-cü ildə 8,9%.
İƏİT: 2002-ci ildə 6,9%, 2003-cü ildə 7,1%, 2004-cü ildə 6,9% [2 avqust 2005].
Məsələyə başqa bir tərəfdən baxanda görürük ki, kapitalizmin iqtisadi konsepsiyalarından heç biri, cəmiyyətdə ümumi rifah səviyyəsinin yüksəlməsini qarşısına məqsəd qoymamışdır. Ona görə də, nə gəlir bölgüsündəki qeyri tarazlıq, nə də müəyyən səviyyəyə çatmış işsizlik (Qeyd: artan işsizlik iqtisadiyyatın ümumi strukturunda böyük təxribatlar yaratdığı üçün müəyyən həddi aşması təhlükəli hal sayılır) bir problem kimi qəbul olunmamışdır. Hətta, əməyin artan təklifə müqabil olacağına, azalan işçi maaşlarının istehsalın maya dəyərini ucuzlaşdıracağına, əsasən işçi maaşlarının artırılmasıyla məsrəf inflyasiyasının ortaya çıxacağına inanaraq müəyyən səviyyədə olan işsizliyi müdafiə edirlər. Biz bu fikirlərin əsassız olduğunu inflyasiya bölməsində geniş izah etməyimizə baxmayaraq qısa olaraq bir daha qeyd edirik ki, istehsal xərclərinin yüksəlməsi əsasən istehsal ünsürləri olan xammal gəlirlərində, məşğulluqdan tutulan vergilərdə, enerjinin maliyyə dəyərində meydana gələn artımla əlaqədardır. İstehsal xərcləri içərisində işçilərin maaşı, maliyyə dəyərləri içərisində çox yer tutmur. Əmək tutumlu istehsaldan texnologiyaya əsaslanan istehsala keçid prosesi, iqtisadi bir zərurətdir. Kapitalizmin anlayışlarına görə, müəyyən səviyyədə müşahidə olunan işsizlik, işləyənlərin psixoloji olaraq işi itirmə qorxusunu yaratdığı üçün daha səmərəli işləmələrini təmin edir. Bundan başqa işçi maaşlarının az olması isə işçilərin mənfəətdən daha az pay alması mənasına gəlir. Bu həm də əhali artımının qarşısının alınmasına səbəb olacaqdır. Bu yanlış fikirlər, ümumi gəlir artımının əhalini artıracağına, məhdud ehtiyatların sürətlə artan əhaliyə çatmayacağına əsaslanır. Kapitalist anlayışı əldə olunan mənfəətin bölgüsünü münaqişə mənbəyi hesab edərək gəlir bölgüsündə sərmayəçilərlə işçilərə rəqib gözüylə baxır və üstünlüyü sərmayəçilərə verirlər. [24]
Buna görə kapitalist anlayışlar nə məşğulluğu, nə də işçi maaşlarının istənilən səviyyəyə qalxmasını istəmirlər. Əslində hüquqları pozulan və az maaşlı fəhlələr tarixdə buna etiraz əlaməti olaraq sosializmi müdafiə etmişlər. Kapitalizmdə kapitalı əlində saxlayan bir qrup insan cəmiyyətin bütün gəlirini mənimsəyirsə, sosializmdə də milli gəlirə proletariat nəzarət edirdi. Hər iki halda, zəhmətkeşlər nə öz əməyinin haqqını alır, nə də milli gəlirdən paylarına düşən dərəcədə bəhrələnirdilər. Milli İqtisadi Model sahibkar ilə işçini bir-birini tamamlayan eyni strukturun iki hissəsi kimi görən, bütün cəmiyyət üzvlərinin rifahını yüksəldən dirçəlişi iqtisadi inkişaf kimi qiymətləndirir. Modelimiz problemlərin həlli yollarını aşağıdakı suallarla izah etməyə başlayır:
– Kapitalizmdə normal bir nəticə kimi dəyərləndirilən təbii işsizlik problemi, iqtisadi zərurətdirmi?
– Nəyə görə işçilərin maaşı minimum gəlir səviyyəsində saxlanılır?
– Əməyə tələbi müəyyənləşdirən parametrlər hansılardır?
– Əmək təklifi nədən asılıdır?
– Reallıqda tam məşğulluq mümkündürmü?
Gəlin mövzumuza əməyə olan tələbi müəyyənləşdirən parametrlərin tədqiqindən başlayaq. Bununla əlaqədar olaraq əmək təklifi ilə tələb və təklif arasındakı tarazlığın qiymət elastikliyi ilə qorunub qorunmayacağı da başqa bir məsələdir.
Əməyə olan tələbi müəyyənləşdirən parametrləri üç hissəyə bölə bilərik:
1. İstehsal həcmində meydana gələn dəyişikliklər
2. İşçilərin əmək haqqı
3. Texnoloji dəyişiklik

A- Əməyə olan tələb

Əməyə olan tələbi müəyyən edən parametrləri aşkara çıxarmaqla mövzuya başlayaq. Bununla əla­qədar olaraq təkliflə tələb arasındakı tarazlığı qiy­mətin elastikliyi ilə saxlanıb-saxlanmayacağı da ayrıca bir məsələdir. Əməyə olan tələbi müəyyən edən parametrləri 3 qrupa bölə bilərik: istehsal miq­darında meydana gələn dəyişikliklər, işçi maaşları və texnoloji dəyişikliklər.
Əməyə olan tələbi müəyyən edən parametrlərdən eyni anda hər üçü, bəzən də biri və ya ikisi ayrılıqda təsir edə bilər.
Onlardan ən əhəmiyyətlisi olan birinci maddənin izahını axıra saxlayaraq digərlərini təhlil edək.
İşçi maaşlarının artımı əməyə olan tələbi azalt­dı­ğı kimi, maaşların aşağı salınması da əməyə olan tələbi artırır.
Milli gəlirin artmasıyla paralel addımlayan texno­loji təkmilləşmə, əmək məhsuldarlığını artırdığı kimi işsizliyin də artımına təsir edəcəkdir.
Buna görə də bir tərəfdən texnologiya təkmilləşdikcə, digər tərəfdən də xidmət sektoru inkişaf etdiyi üçün texnologiyanın səbəb olduğu işsizlik xidmət sahəsi və yeni iş növləri ilə aradan qaldırılır.
Yəni texnoloji inkişaf, orta və uzun vədəli əmə­yin tələb olunmasını azaltmayacaq, yalnız bəzi sektorlarda meydana gələn azalma başqa sektorlardakı əməyə olan tələbin artımı ilə tarazlaşacaqdır.
Əməyə olan tələbə ən çox təsir edən amilllər arasında ən mühümü yeni investisiyalardan, yəni sabit sərmayə artımından irəli gələ bilər. Bu dəyişiklik istehsal güclərindən istifadə nisbətindən, habelə istehsal həcmində olan dəyişikliklərdir.
İstehsal həcmini artırmaq istəyən firmalar bununla əlaqədar olaraq əmək tələb edir. Bunun əksinə istehsal gücünü azaltmaq istəyən firmalar isə işçilərin sayını azaldacaqdır. Burada əhəmiyyətli olan məsələ, firmaların istehsal həcmindəki dəyişikliyin istehlakdakı dəyişikliklə yəni bazardakı istehlak həcmiylə birbaşa əlaqəli olmasıdır. Lakin istehlakda baş verən dəyişiklik məşğulluq səviyyəsində eyni anda əks olunmur. Bazarın proqnozlarına görə bu əks səda müddəti müxtəlif olur. Məsələn: istehlakda məhdudiyyət olduqda firmalar dərhal istehsal güclərindən istifadə nisbətini azaltmırlar. Müsbət dəyişikliklər gözlənilirsə, firmalar mallarının bir müddət ehtiyatda saxlanmasına (xüsusilə, maliyyə dəyəri aşağı olarsa) daha səbrlə yanaşırlar. Bundan başqa istehlakın kəskin şəkildə aşağı düş­məsi, firmaların istehsal tərzləri, işçilərin ixtisar edil­məsi xərcləri kimi məsələlər istehlak ilə məşğulluq arasında qarşılıqlı təsirin ləngiməsinə şərait yaradır.
İstehlakda meydana gələn artımlar isə əgər istehsal güclərinin artımı ilə təmin olunanda dərhal investisiyalar qoyuluşu isə məlum bir zaman kəsiyindən sonra həyata keçirildiyi üçün məşğulluq sahəsinə təsiri bir müddət ləngiyəcəkdir.
Ancaq müəyyən müddətdən sonra da olsa istehlakda baş verən dəyişikliklər istehsal həcminə, o isə məşğulluq səviyyəsinə təsir edəcəkdir. Əsasında Philips [22, s. 24] əyrisi kimi tanınan inflyasiya ilə iş­sizlik arasındakı əlaqəni istehlak ilə işsizlik arasında da qurmaq olar.
Çünki bütün istehlak artımları inflyasiyaya səbəb olmadığı kimi, xərc inflyasiyası da istehlak artımına, işsizliyin azalmasına səbəb olmaz nəticədə iqtisadiyyatda işsizliklə inflyasiya eyni anda ortaya çıxar. Halbuki istehlak ilə işsizlik arasında əlaqə qurulanda, istehlak həcmindəki dəyişikliklər ilə işsizlik səviyyəsi arasında əks yönlü bir əlaqə müşahidə olunacaqdır.
İstehsal güclərindən istifadə nisbətinin azalmasıyla əlaqədar olaraq əməyə tələbin azalması, real işçi maaşlarına da mənfi təsir göstərər.
Misal üçün, əvvəllər 10 nəfərlə işləyən fabrik həc­mini kiçiltmək məqsədiylə 1 işçini ixtisara salıb 7 nəfərlə işlədiyi üçün ümumi məşğulluq azalacaq və işsizlik artacaqdır. İşsizliyin artmasıyla əlaqədar bir tərəfdən real işçi maaşları azalaraq əməyə olan tələbin artmasına, digər tərəfdən istehlakın azalmasıyla əlaqədar əməyə tələbin azalmasına təsir edəcək və maaşların azalması firmanın işdən çıxardığı 3 nəfəri yenidən işə götürməyə imkan verməyəcəkdir.
Əgər əməyə tələbin azalması yüksək maaşla əlaqədardırsa, işçi maaşlarındakı azalma əməyə olan tələbi əvvəlki səviyyəsinə qaytaracaqdır. Amma əgər əməyə olan tələbin azalması istehlakda əmələ gələn azalma ilə əlaqədardırsa, onda maaşların azalması əməyə olan tələbi əvvəlki səviyyəyə qaytara bilməyəcəkdir.
Real işçi maaşlarının azaldılması, ümumilikdə fabriklərdə işləyən bütün işçilərin maaşlarına da təsir edəcəkdir. Buna görə də tələbdəki gəlirdən mey­dana gələn azalma, həm işsizliyin yaranmasına, həm də maaşların aşağı səviyyədə qalmasına səbəb olacaqdır.
Bunu makro səviyyədə təhlil etsək, istehsal və pul bölmələrində qeyd etdiyimiz kimi istehsal amillərinə sərf olunan xərclərdən əldə olunan gəlir, istehsal həcminə müvafiq bir istehlak həcmi formalaşdırmayacaqdır. Sərbəst buraxılan iqtisadi mexanizmlərdə buna pulun faizlə bazardan yığılması da əlavə olunanda, istehsal ilə istehlak arasında mü­əy­yən kəsirin əmələ gəlməsi qaçınılmazdır. Bu kəsir, istehsal həcminə mənfi təsir göstərdiyi üçün kapitalist modellərin bazarlarında müəyyən bir işsizlik nəzərə çarpır. Hazırda təbii işsizlik səviyyəsi kimi qə­bul olunan aşağı məşğulluq səviyyəsi, iqtisadiy­ya­tın özündən deyil, yanlış iqtisadi yanaşma metod­larından irəli gəlir. [30, s. 2] Maaşların minimum həyat səviyyəsində qərar tutması, tam olma­yan məşğulluq səviyyəsinin təbii nəticədir.
İstehsal ilə istehlak arasında olan fərq, bazarın tam məşğulluq səviyyəsində tarazlaşmasına imkan vermir. Müasir iqtisadiyyat modelləri bu fərqdən əmələ gələn tələb çatışmamazlığını görə bilmədikləri üçün problemin həllini də axtarmamışlar.
Cəmiyyəti tam işlə təmin edə bilməyən iqtisadi mexanizmlərin əmək təklifində yaranan artım, bazarda sahibkara üstün mövqe qazandırdığı üçün maaşlar minimum həyat səviyyəsində saxlanılır.

B-Əmək təklifi

Əmək təklifi qısa və uzun müddətdə sabit bir dəyişkəndir. Yəni düşündüyümüzün əksinə real işçi maaşları artanda əmək təklifi artmır. [48, səh. 37]
Hamı işləmək məcburiyyətindədir. Buna görə ailəsini təmin etmək məcburiyyətində olan bir kişi məvacibi azalanda, işdən çıxa bilməz. Bu misaldan göründüyü kimi əmək təklifi asanlıqla dəyişməz və onun miqdarı cəmiyyətin sosial strukturuna bağlıdır. Gənc əhalinin nisbəti, mədəniyyət səviyyəsi və s. kimi parametrlər də əmək təklifinə təsir edir.
Real işçi maaşları azalanda ailənin ikinci üzvü də işləmək məcburiyyətində qalır, əksinə, real işçi maaşları artanda təminatlı ailələrdə işləmək istəyənlərin sayı azalır. Bu, maaşlar azalanda artan, artanda isə azalan əmək təklifini göstərir. Burada bizim üçün vacib olan məsələ, orta vədəli əmək təklifinin çox dəyişikliyə məruz qalmamasıdır. Əmək təklifi və tələb qrafikləri aşağıda ayrı-ayrılıqda göstərilmişdir. Tarazlığın təhlili isə 12-ci qrafikdə şərh olunmuşdur.
Qrafik 10
Qrafik 11
Qrafik 12

12-ci qrafik araşdırılanda, tam məşğulluq səviyyəsinin əmək təklifi ilə tələbinin kəsişdiyi yerdə olduğunu görəcəyik. Bunun altında olan istehlak səviyyələrində işçi maaşları minimum həyat səviyyəsinə və hətta aclıq həddinə qədər düşdüyü müşahidə olunur. Tam məşğulluq səviyyəsində formalaşan maaşların miqdarı, əməyin tətbiq olunduğu istehsal fəaliyyəti ilə əlaqədar olan həqiqi əmək haqlarıdır. Başqa sözlə desək, mühəndisin maaşı ilə fəhlənin maaşı eyni olmayacaqdır.
Tam məşğulluq səviyyəsinə çatmaq yalnız bazarda kifayət qədər istehlakın olmasıyla gerçəkləşə bilər. Milli İqtisadi Modeldə formalaşdırdığımız sosial dövlət konsepsiyası, əksik qalan tələbi tamamladığı üçün iqtisadi siyasətdəki məqsədimiz real maaşları formalaşdıran tam məşğulluq səviyyəsini gerçəkləşdirərək maaşları minimum həyat səviyyəsindən daha artıq bir səviyyəyə qaldırmaq və bunun nəticəsi olaraq gəlir bölgüsünü tənzimləməkdir.
Real işçi maaşlarında meydana gələn artım, maya dəyərinin yüksəlməsinə, yaxud istehsalçının qazancının azalmasına səbəb olmayacaqdır. Çünki Milli İqtisadi Modeldə ehtiyatların istifadəsi nəticəsində əldə olunan gəlir müqabilində istehsalçı da maya dəyərinin artımına qarşı müxtəlif güzəştlərlə subsidiya ediləcəkdir.

Facebook-da MİM