11 Dekabr - Çərşənbə axşamı 10:46:00
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2-İstehsal

İqtisadiyyatda istər mal, istərsə də xidmət sahələriylə bağlı olan istehsal inkişafın və iqtisadi artımın yeganə mənbəyidir. İstehsal olmadan nə in­san­la­rın məşğulluğunu, nə də onların mal və xidmət­lə­rə malik olmasını təmin etmək mümkün deyildir.

İqtisadi siyasətin məqsədi istehsal etmək və istehsal olunanları xalqına istehlak etdirə bilən gəliri formalaşdırmaqdır.
Pul ilə pul əldə etmək əvəzinə, istehsal və satış ilə pul qazanma anlayışı iqtisadiyyata nə qədər hakim deyilsə, nə ölkə iqtisadiyyatının inkişafı, nə də əhalinin işlə təmin olunması imkanı mümkün deyildir.
Milli İqtisadi Modelimizin əsas məqsədi həm istehsal edən, həm də istehlak qabiliyyətinə malik bir cəmiyyəti formalaşdırmaqdır. İstehsalsız kağız üzərində xəyali spekulyativ oyunlarla inkişaf etmək mümkün deyildir.
Bir qumar stolu arxasında oynayan adamların cibində cəmi 1000 dollar olduğunu düşünün. Onlar günlərlə qumar oynasalar da bu pul 1001 dollara yüksələ bilərmi? Məhz sərmayə bazarlarında baş verən minlərlə bu cür möhtəkirliyin həqiqi mənada iqtisadiyyata heç bir xeyri yoxdur. Bilavasitə zərəri vardır.
Son zamanlar yeni – «işsizliyi azaltmayan inkişaf» anlayışı ilə qarşılaşırıq. Əslində belə bir inkişafın olması mümkündürmü? İstehsalın həcmi­nin artdığı bir şəraitdə işləyənlərin sayının azalması mümkün deyildir. Buna görə də həqiqi inkişaf, is­tehsal ilə insanları işlə təmin etmək yolu ilə ola bi­lər. Əks təqdirdə bu borc pul ilə istirahətə get­məyə bən­zəyir, yəni böhran içində olduğun zaman inkişaf etdiyini zənn etsən daha da batarsan.
Gəlin indi istehsalı formalaşdıran dəyişkənləri və parametrləri araşdıraq. Mikro iqtisadiyyatda is­teh­sal müəssisələr tərəfindən həyata keçirilir. Öl­kə­də­­ki bütün müəssisələrin cəmi, əlbəttə ümumi is­teh­sal funksiyasının cəminə bərabərdir.
Sərmayə vasitəsi ilə xammal, əmək, yer və tex­no­lo­giyanı birləşdirən müəssisələr məhsul əldə edirlər. Ona görə də istehsal funksiyası əməyə, sərmayəyə, xam­­mala, yer və texnologiyaya bağlıdır. Ancaq bu­ra­dakı sərmayə bu istehsal amillərini dövriyyəyə buraxan digər istehsal amil­lə­rindən fərqli olaraq təhrik funksiyasını yerinə yetirir. Beləliklə istehsal tənliyi aşağıdakı kimidir:

İstehsalı əmələ gətirən bu parametr və dəyişkənlərin ayrı-ayrılıqda tədqiqinə əvvəlcə sər­ma­yədən başlayaq.
Bildiyimiz kimi istehsalın əsasını investisiyalar təşkil edir. Onsuz istehsalı təsəvvür etmək mümkün de­yildir. O zaman həmin investisiya və istehsal üçün nəzərdə tutulan sərmayə haradan əldə edi­lə­cək­­dir?
Faizlə pulu bazardan çıxaran kapitalist anlayış, pulun əsas funksiyalarından olan istehsala təhrik funk­siyasına mane oldu. Yeri gəlmişkən qeyd edək ki, əgər istehsala şərait yaratmaq istəyiriksə, əv­vəl­cə dondurulmuş sərmayəni azadlığa buraxmaq məc­­buriyyətindəyik.
Kapitalist anlayışlar investisiyaların mənbəyini yığımda görürdülər. Buna görə də inkişaf etmək istəyən ölkələrin qarşısına iki secim yolu qoyuldu [4]. Onlardan birincisi, yığımdır. Yəni vətəndaş­la­rın banklarda faizdə duran pulunun yenə bankların va­sitəsiylə faizlə birilikdə investisiya kimi qoyul­ma­sı­dır. Digəri isə faizlə alınan xarici valyutadır. Diq­qət etdikdə görürük ki, hər iki halda investisiya faiz­li pula əsaslanır. Bu əslində kapitalizmin təmə­li­ni təşkil edən məsələlərdən biridir.
Faizli pul ilə investisiya qoyuluşunun ən mühüm problemlərindən biri istehsal xərclərinin artması və məsrəf inflyasiyasına səbəb olmasıdır. İstehsal xərc­lərinin artması ya qiymətləri yüksəldəcək ki, bu da məhsula olan tələbi məhdudlaşdıracaq, ya da ki, istehsalçı mənfəətinin və işçi maaşlarının aşağı düş­mə­sinə səbəb olduğu üçün investisiya qoyuluşuna marağı azaldacaqdır.
Digər tərəfdən iqtisadi inkişaf üçün zəruri olan maliyyə vəsaiti və yığım miqdarı ilə, ya da xaricilərin qəbul etdikləri kredit miqdarı ilə məhdudlaşdırılmışdır. Ancaq iqtisadi inkişaf yolu­na qədəm qoyan ölkələrin milli gəlirləri son dərəcə az olduğu kimi, bununla əlaqədar olaraq yığım da bir o qədər azdır. Az miqdarlı bu pul qənaətləri də faizlə birlikdə bazardan yəni dövriyyədən çıxdığı üçün istehsalı təmin edən pul tamamilə ortadan yox olmuşdur. Bunun əvəzinə bu dondurulmuş pul dövlətə satılır və dövlət hərraca cəlb edilərək böyük bir borc bataqlığına salınmışdır.
Xüsusən 70-ci illərdən sonra bu baxımdan xaric­dən faizlə pul alaraq inkişaf yolunu seçən öl­kə­lər tril­yonlarla ABŞ dolları həcmində qlobal sər­ma­yə­çi­lərə borclu qalmışlar. Yəni inkişafa ça­lış­dıq­ca, is­teh­sal etdikcə dirçəlmək əvəzinə tənəz­zülə uğ­ramış­lar.
İnflyasiya bölməsində bu faizli pul məsələsini geniş şəkildə təhlil edəcəyik. Ancaq qəti şəkildə aydındır ki, investisiyalar üçün yığım və ya xarici sərmayəni həll yolu hesab etmək, xüsusilə onlardan faiz verməklə istifadə etmək düzgün çıxış yolu deyildir. Əksinə davamlı və məhsuldar istehsalın önün­də ən ciddi maneə hesab edilməlidir.
Pul bölməsində ifadə etdiyimiz kimi pulun təh­rik funksiyasından istifadə edərək emissiya mü­qa­bi­li əməyi dövriyyəyə daxil edərək istehsalı təmin etmək lazımdır.
Dövlət layihə təqdim edən hər kəsi ayrıseçkilik qoymadan faizsiz sərmayə ilə təmin etməlidir. Eyni zamanda faizlərin sıfıra enməsi vətəndaşın əlindəki yığımı da müəyyən əllərdə toplanmasına deyil, əksinə bazarda dövr edərək həm istehsalın, həm də istehlakın dəstəklənməsinə imkan verəcəkdir .
Bu gün istehsal müəyyən əllərdə inhisar­laşmış­dır. Maliyyə dəyəri olan pula heç də hər kəs sahib de­yil­dir. Liberalizm bu baxımdan sərbəstlikdən dəm vursa da, pul bu gün müəyyən əllərdə cəm­ləş­miş­dir. İstehsal etmək üçün sadəcə təşəbbüskar ol­maq kifayət etmir. Pulun inhisarlaşması hər is­tə­yə­nin deyil, sadəcə pulu əlində toplayanların icazə ver­diklərinin istehsal etməsinə səbəb olur. Bu və­ziy­yət həm fərdlər üçün, həm də iqtisadi baxımdan dir­çəlmək istəyən ölkələr üçün eynidir. Öz emis­si­ya­sı ilə investisiya qoymaq istəyən ölkələrə li­be­ra­lizm pərdəsi altında qadağalar qoyaraq onların iq­ti­­sadi dirçəlişinə qəsdən mane olmaq istəyən inkişaf etmiş ölkələr öz pullarını onlara sataraq müəyyən müddətdə onları borc bataqlığına salırlar. Sonra dər­hal bu borcların əvəzində toxunulmamış yeraltı qay­naqlar borclu ölkələrin əlindən borc verənlərin əli­nə keçir.
Aşağıdakı qrafikdə bunu daha aydın şəkildə təh­lil edə bilərik.

 
Qrafik 16 -1- Faizsiz pul ilə gerçəkləşən istehsal
Qrafik 17 -2- Faizli pul ilə gerçəkləşən istehsal
Qrafik 18

Yuxarıda qeyd etdiyimiz kimi, layihə müqa­bilin­də istəyən hər insana maliyyə dəstəyinin təmin olun­ması inhisar bazarlarının əmələ gəlməsinə də ma­ne olacaqdır. Belə liberalizmin tətbiq olunduğu ölkələrdə bir kasta sistemi formalaşmışdır. Əgər, yə­ni təşəbbüskarlığından asılı olmadan pul sahibi de­yilsənsə, heç bir zaman istehsalçı ola bilməzsiniz. Tə­bii ki, burada istisnalar da vardır. Milyondan bir adam öz zəhməti ilə, sanki bir emalat xətası kimi sivrilib buna nail olur. Ancaq ümumbəşəri azad­lıqlar ideyasının arxasında gizlənən kapialist dün­ya­sı, insanların həyatına məhdudiyyətlər gətirməklə kas­ta sistemini cəmiyyətdə hakim etdiyini göstərir. Unut­mayaq ki, varlanmaq hər kəsin təbii hüqu­qu­dur. İnsanların qarşısını almaq deyil, əksinə onların yo­lunu açmaq iqtisadi modellərin məqsədi ol­ma­lı­dır.
Təbii emissiya ilə istehsalın dəstəklənməsi mü­əy­yən bir qayda çərçivəsində olmalıdır. Layihənin prak­tikliyi, birbaşa sərmayə qoyan dövlətin özü tə­rə­findən yoxlanılmalıdır.
Bu investisiyaların müəyyən bir qismi üçün əlbəttə ki, idxala da ehtiyac yaranacaqdır. Ancaq bu­nun üçün ehtiyac duyulan sərmayə, idxal edilən öl­kənin yerli pulu qəbul etməməsi şəraitində ixracatla əvəz olunacaqdır. Bunun üçün uyğun bir xarici ticarət siyasəti ilə faizli borc pula ehtiyac olmadan məsələ rahatlıqla həll oluna bilər.
İstehsal üçün ehtiyac duyulan sərmayənin faizsiz olması, ölkələr üçün son dərəcə önəmlidir. Əks təqdirdə ölkələrin tədricən borc bataqlığına gir­məsi labüddür. Məsələn, Türkiyədə avtomobil yo­lu salmaq üçün faizli xarici pula ehtiyac varmı? Əlbəttə xeyr, çox rahatlıqla yollar yerli və faizsiz pul ilə salına bilər. Lakin bizim öz torpaqlarımızda qoy­duğumuz investisiyaları öz milli valyutamızla (emissiya) dövriyyəyə buraxmaq əvəzinə faizlə alı­nan borc pula üstünlük veririk.
Burada diqqətimizi çəkən əsas məsələ, emis­si­ya­nın inflyasiyaya məruz qalıb-qalmaması məsə­lə­si­dir.
«Yerli pul ilə istehsal etməyin, inflyasiya olar» – de­yənlərin, bunu faizli pul ilə etməyi tövsiyə et­mə­ləri, xarici sərmayənin investisiya qoymasını tək­lif et­mələri və ya ölkəyə gələn turistin cibindəki va­lyu­ta­nı inflyasiyanın səbəbi kimi görməmələri qə­tiy­­yən başa düşülmür. Bu necə inflyasiyadır ki, yerli pulu görəndə dərhal ayağa qalxır, xarici pulu görəndə isə yuxuya dalır.
Bəs emissiya hansı şərtlərdə inflyasiyaya səbəb ola bilər?
Əvvəlcə bunu iki yerə bölək. Birincisi, mövcud olan istehsal həcminin artırılması üçün istifadə olu­nan sərmayə qısa vaxtda istehsal gücünü artır­dı­ğı­na və emissiya müqabilində məhsul əldə etdiyinə gö­rə inflyasiyaya səbəb olmayacaqdır. Əgər bu sər­ma­yə artımı investisiya qoyuluşuna sərf olunarsa və məsələn, bu investisiyaların dövriyyəyə girməsi üçün bir illik müddətə ehtiyac duyularsa, orta müd­dətdə yenə bir sıxıntı olmayacaqdır. Ancaq qısa müddətdə mümkün olan tələb artımı üçün əl­bət­tə ki, görülməli olan çox sadə tədbirlər vardır. İnflyasiyanın təhlilində bu məsələyə toxunacağıq. Bundan başqa, bizim kimi tələb problemi ilə qarşı­la­şan və bununla əlaqədar zəif istehsal gücündən is­ti­fadə edən ölkələr üçün qısa müddətdə bu keçid döv­rü çox rahatlıqla ötüşəcəkdir. Bu keçid mü­əy­yən maliyyə həcmləri qorunaraq heç bir tələb inflya­siya riski ilə qarşılaşmadan ediləcəkdir.
Digər bir amil də əməkdir.
Əhalisi daha çox gənclərdən ibarət olan ölkə­miz­də milyonlarla insan işsizlik ucbatından vaxtını ka­fe­lərdə, küçələrdə, cöllərdə keçirir. Bu istifadə olun­mayan işçi qüvvəsindən istifadə edərək asan­lıqla istehsal həcmini yüksək səviyyəyə qaldıra bi­lə­rik. Bu işsizlər arasında təhsilli insanların olduğunu dü­şünsək, məsələnin daha ciddi olduğu aydın ola­caq­dır. Milli iqdisadi modelimizdə biz boş-bekar qa­lan fərdləri sadəcə iqtisadiyyatda bir işci qüvvəsi ki­mi deyil, həmçinin sərmayə yardımı məsələsi həll edildikdə onlardan ciddi bir qisminin sahibkar və ya sənaye istehsalçısı olması barədə düşünürük. Beləliklə emissiya ilə birlikdə hərəkətə keçən istifadəsiz əmək özü ilə yüzlərlə insana iş yerləri açacaq. Avropaya iş dalınca gedən vətəndaşlarımız illərlə işləyib əldə etdikləri bir necə qəpiklə sıfırdan iş adamı ola bilmişlər. İllərlə əldə etdikləri bu ka­pi­tal dövlət tərəfindən eyni insanlara öz tor­paq­la­rın­da verilsəydi, bu gün onlar Avropanın deyil, öz və­tə­ninin inkişafını təmin edərdilər. Bundan başqa sa­dəcə işsizlər deyil, işləyənlər də nəzərə alınsa, sər­ma­yə artımı əməyin marjinal məhsuldarlığını da ar­tı­racaqdır.
Digər bir təsir vasitəsi də xammaldır. Müəyyən bir iqtisadi səviyyəyə yüksələn ölkənin iqtisadi dir­çə­lişi mütləq onun yeraltı və yerüstü qaynaqlarının is­tifadəyə verilməsinə əsaslanır. Əvvəldə də qeyd et­di­­yimiz kimi qeyri-məhdud və sürətlə yenidən bər­pa olunan faydalı qazıntı qaynaqları ilə zəngin bir dün­­yada yaşayırıq. Bu baxımdan əsasən ölkəmizdə sa­­hib olduğumuz yeraltı və yerüstü qaynaqları is­ti­fa­də etmədən iqtisadi dirçəlişi təmin etmək müm­kün deyildir. Əgər hər hansı bir ölkə sahib olduğu bu qaynaqları xaricilərin sənaye müəssisələrinə təh­vil verir və ya satırsa, deməli özünün iqtisadi inki­şafı barədə düşünmür. Əgər malik olduğumuz də­mir, mis və sink metalları emal edilmədən satılırsa, bəs onda sənayemizdə nədən istifadə edəcəyik? Əs­lin­də istehsal, əsasən bu qaynaqların sərmayə ilə bir­likdə əməyi hərəkətə gətirərək işlənməsindən və əla­və dəyər formalaşdırılmasından başqa bir şey de­yildir.
Digər araşdırılmağa ayrıca ehtiyacı olan çox cid­di bir məsələ də kənd təsərrüfatı məsələsidir. Bir sə­naye müəssisəsi üçün bir malı neçəyə satması de­yil, ondan nə qədər mənfəət əldə etməsi əsasdır. Çünki firmaların məqsədi kəmiyyət deyil, əlbəttə ki, ilin sonunda çoxlu mənfəət əldə etməkdir. Bunu ey­ni zamanda ölkələrə də aid etmək olar.
İxrac etmək önəmlidir, amma ixracatı ən az id­xalat ilə əldə etmək, yəni xarici ticarətdə müsbət sal­donu təmin etmək ölkələr üçün əsasdır. Buna gö­rə də kənd təsərrüfatı ən az idxalatla, ən çox ix­ra­catın əldə edildiyi sahələrdən biri olduğu üçün ölkələrin inkişafında və işsizliyin aradan qal­dı­rıl­ma­sında çox mühüm rol oynayan bir sektordur.
Əgər idxalata əsaslanan bir istehsal sahəmiz olarsa, xalis istehsal idxalatın çıxıldıqdan sonra əl­də ediləndir. Halbuki kənd təsərrüfatı sahəsində vəziy­yət daha fərqlidir. Buna görə də, kənd tə­sər­rü­fa­tı­na emissiya ilə edilən əvəzsiz yardım (subsi­diya­lar) çox rahatlıqla və yüksək səviyyədə gerçəkləş­di­ri­lə bilər. Xüsusilə bununla ölkəmizdə çox sürətli bir inkişafı təmin etmək mümkündür.
Sıfır faizlə istehsalçı məhsulunu tarlada səp­mə­miş əldə ediləcək məhsulun təxmini miqdarının ya­rısı dövlət tərəfindən bu insanlara faizsiz ve­rilməlidir. Məhsul alındıqdan sonra qalan hissə də­qiq hesablanaraq ödənilməlidir. Dəstəklənmə qiy­mət­lərinin olması şərtdir. Bu günə qədər Türkiyədə bu iş qismən tətbiq olunmuş və ancaq bunun ma­liyyələşməsi istehsala uyğun emissiya əvəzinə, faizlə alı­nan pulla təmin edilmişdir. İstehsal və emissiya ara­sındakı tarazlıq nisbətinə əməl olunduğu zaman sürətli inkişaf reallaşacaq və bunun sayəsində isə nə ölkə borclanacaq, nə də tələb inflyasiyası ilə qarşıla­şa­caqdır. Xalis hasilatın kənd təsərrüfatında yük­sək olması, dövlətə daha rahat əvəzsiz yardım (sub­si­di­ya) etmək imkanı verəcəkdir.
Qrafik 19

Digər bir məsələ də ərazi və yer məsələsidir. Əv­vəl­cə kənd təsərrüfatı, mədən və sənaye əraziləri mü­əy­yənləşdirilməlidir. Ölkəmizin ən məhsuldar tor­paqlarında yanlış olaraq sənaye istehsalının art­dı­ğını görürük. Bu son dərəcə yanlışdır. Gecik­mə­dən dar regional sənaye inkişaf modeli həyata keçi­ril­məlidir. Yəni kənd yerlərində, yəni kəndlərin ya­nın­da sənaye obyektləri təşkil edilməli, xammal və nəq­liyyat imkanları müəyyənləşdirilərək bəlli sə­naye bölgələri şəhərlərin kənarında və ölkənin hər ye­rində fəaliyyətə başlamalıdır. Əhalinin Şərqdən Qər­bə doğru və ya kəndlərdən şəhərə doğru miq­ra­si­yası bu bölgələrdəki insanlarımızın özlərinə iş ta­pa bilməməsiylə bağlıdır. Halbuki, dar regional in­ki­şaf modeli ilə bu miqrasiyanın qarşısını almaq müm­kün olduğu kimi, işçi qüvvəsi və nəqliyyat xərc­lərinin daha ucuz başa gəlməsiylə istehsalçı üçün rəqabət imkanları da artacaqdır.
Bu modeldə satış problemi də olmaz. Kiçik atelyelər və KOBİ-lər ətrafdakı ehtiyaclara uyğun­laş­dırılaraq istiqamətləndirilir. Beləliklə, bazarın eh­tiyacı da yerində ödənilir.
Regional Geniş İqtisadi Dirçəliş Modelinin bir əsas xüsusiyyəti də sənayenin genişləndirilməsiylə millətin total dirçəlişi və hər bölgənin dövriyyəyə daxil olması ilə istehsalın və sərmayənin hər tərəfi əhatə etməsidir.
Bundan başqa ölkəmizdə istifadəsiz qalan bir çox ərazi çox rahatlıqla xalqın istifadəsinə verilə bilər. İstər dövlətə, istərsə də fərdlərə aid olmasından asılı olmayaraq kiminsə sahib olduğu bir ərazini boş saxlamasının iqtisadiyyata xeyri yoxdur. Buna görə istifadəsiz qalan yerlərə daha yüksək bir vergi dərəcəsi tətbiq etməklə hər yerin istehsala cəlb olunması təmin edilməlidir.
Texnologiya isə son dərəcə əhəmiyyətli bir məsələdir. Həqiqətən inkişaf etməyə qərar verən hər hansı bir ölkə texnologiyaya investisiya qoy­maq məcburiyyətindədir. Lakin bununla məsələ bit­­mir. Əsas məsələ bu texnologiya elminə yi­yələn­mək­dir. Belə biliyə yiyələnmədən hər il texnologiya ma­liy­yə transferi etmək lazım gəlir ki, bu da qa­za­nı­lan gəlirlərin hər il xaricə axması deməkdir. Tex­no­logiya eyni sərmayə və əməklə daha çox məhsul hasil etmək olduğu üçün həm əməyin, həm də sər­mayənin marjinal məhsuldarlığını artırır.
Hər ölkə üçün, xüsusilə bizim ölkəmiz üçün mütləq elmi-araşdırma mərkəzlərinin qurulması, onların universitet və özəl sektorla əlaqəli şəkildə işləməsi vacib məsələdir. Buralarda əldə edilən yeni texnologiyalar yerli sənayelərdə tətbiq olunaraq həm maya dəyərinin azalmasına, həm də xarici bazarlarda yerli sənayeçinin rəqabət şansının artmasına şərait yaradar.
Sadəcə özəl sektor daxilindəki elmi-araşdırma fəaliyyətləri buna kifayət etmədiyi üçün mütləq döv­lət tərəfindən bu elmi-araşdırma mərkəzləri ma­liyyələşdirilməlidir. Çünki bəzən bir çox tədqi­qat­ların büdcəsi ancaq dövlət tərəfindən maliy­yələş­dirilə bilər.
Digər məsələ dövlətin istehsalda iştirak edib-etməyəcəyi məsələsidir. Dövlət yalnız iqtisadiyyatı tənzimləmək funksiyasını yerinə yetirməkdənsə, xüsusilə ictimai işlərdə və strateji sahələrdə mütləq istehsalçı kimi bazarda çıxış etməlidir. Yüksək sərmayə tələb olunan sahələrə investisiya qoymalı­dır. Beləliklə inhisar bazarlarının formalaş­ması­na ma­ne olunmalıdır.
Ölkəmizdə sanki bir iqtisadi qanun kimi müdafiə olunan özəlləşdirmənin nə iqtisadi mənti­qi, nə də praktiki əhəmiyyəti vardır. Fransada dövlətin ölkə iqtisadiyyatında tutduğu yer 54%, Avropa Birliyi ölkələrində orta rəqəm 40%-dən yu­xa­rı, ABŞ-da 30 %-dən yuxarı olduğu halda, Tür­kiyədə 20%-dən aşağıdır. Fransada dövlətin iqti­sa­diyyatda xüsusi çəkisi 54%, Belçikada 54,3%, İsveç­də 62,3%, İtaliyada 50,2%, Almaniyada 49%, ABŞ-da 32%, İngiltərədə 41% olduğu halda Türkiyədə 1998-ci ildə 26%-dir. [23] Türkiyədə son dövrlərdə apa­rılan özəlləşdirilmələr nəticəsində bu nisbət 2005-ci ildə 20%-ə düşmüşdür.
Balkan ölkələrində Türkiyədə olduğu kimi özəlləşdirmə adı altında yeraltı və yerüstü mənbələr qlobal güclər tərəfindən ələ keçirilməyə çalışmışdı. Buna baxmayaraq bu ölkələrdə dövlətin iqtisadiy­yat­da­kı payı bizdə olduğundan nisbətən daha yüksəkdir. Məsələn, dövlətin iqtisadiyyatdakı rolu Serbiyada 60%, Xorvatiyada 40%, Bosniya-Herso­qa­vinada 55%, Rumıniyada isə 35%-dir. [16]
Fransada dövlətin iqtisadiyyatda xüsusi çəkisi 54%, Belçikada 54,3%, İsveçdə 62,3%, İtaliyada 50,2%, Almaniyada 49%, ABŞ-da 32%, İngiltərədə 41% olduğu halda, Türkiyədə bu rəqəm 1998-ci ildən etibarən 26% təşkil edir [2].
Türkiyədə həyata keçirilən ən son özəlləşdir­mə­lər nəticəsində bu nisbət 2005-ci ildə 20%-dən aşağı düş­müş­dür.
Balkan ölkələrində bizdə olduğu kimi özəlləşdirmə adı altında bölgənin yerüstü və yeraltı sərvətlə­ri qlobal güclər tərəfindən əldə edilməsinə baxma­yaraq, bu ölkələrdə dövlətin iqtisadiyyadakı pa­yı Türkiyə ilə müqayisədə daha yüksəkdir. Ser­bi­ya­da dövlətin iqtisadiyyatdakı payı 60%, Xorvatiyada 40%, Bosniyada 55%, Rumıniyada 35% təşkil edir [3].
Yüksək sərmayə tələb olunan sahələrdə və ya st­ra­teji əhəmiyyət daşıyan sektorlarda dövlət və mil­lə­tin əməkdaşlığı zəruridir. Ölkəmizin bu gün sa­hib ol­duğu və xaricilər tərəfindən katrilyon dol­lar­larla ifa­də edilən yeraltı qaynaqlar təəssüf ki, də­yər-dəy­mə­zinə satılmaqdadır. Halbuki, artıq qeyd etdi­yi­miz kimi bu qaynaqlar olmadan bir ölkənin isteh­sala başlaması mümkün deyildir. Digər tərəfdən döv­lət millətinə aid olan qaynaqları yenə onunla birlikdə işlətməlidir. Bunun sayəsində bu qaynaqlar həm yerli sənayeyə ucuz qiymətlə təqdim olunacaq, həm də bu müəssisələrdən əldə edilən mənfəət, on­lara şərik olan xalq üçün böyük bir gəlir qapısı aça­caqdır.

Facebook-da MİM