20 İyun - Çərşənbə 16:50:25
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3 – Ümumi Milli Məhsul

Ümumi Milli Məhsul (ÜMM) ölkədə müəyyən müddət ərzində (adətən bir ildə) istehsal edilən mal və xidmətlərin pulla ifadə edilən dəyərlərinin cəmidir.

İnkişaf isə, müəyyən bir müddətdə ÜMM-un artım nisbətini faizlə göstərən ölçüdür.
Milli İqdisadi Modelimizdə inkişaf, gəlirin ta­razlı bölgüsünü təmin etməlidir. Əks təqdirdə, yəni gəlir bölgüsündə tarazlığı pozan inkişaf, cəmiyyətin həm sosial strukturunda, həm də hər keçən gün iq­tisadiyyatda tarazlığın pozulmasına səbəb olur.
Milli İqdisadi Model istər yeni vergi və sosial dövlət siyasəti, istərsə də pul siyasəti vasitəsi ilə cə­miy­yətin hər sosial qrupunun gəlir səviyyəsini yüksəldən bir inkişafı həyata keçirir.
ÜMM haqqında rəqəmlər inkişafda əsas qəbul edilməlidir. Ümumi Daxili Məhsulda (ÜDM) əc­nə­bilərin ölkə daxilində yaratdıqları əlavə dəyər artımı da nəzərə alındığı üçün iqtisadiyyatda real inkişafı əks etdirmir. Xaricilər əldə etdikləri gəlir­ləri ölkədən çıxarırlar. Buna görə yerli fərdlərin is­tehsalı, həmin ölkənin iqtisadiyyatının inkişafını da­ha yaxşı əks etdirir. Müəyyən bir müddət ərzində mal və xidmət istehsalından artan ehtiyatlar çıxa­rıl­dıq­dan sonra əldə edilən rəqəmlər həqiqi inkişaf faizlərini bizə göstərəcəkdir. Çünki istehsal olun­du­ğu halda satılmayan malın iqtisa­diyyata faydası yox, zərəri vardır. Müəyyən müd­dətdən sonra ehti­yat­larda meydana gələn artım iqtisadiyyatda böh­ranın yaranmasına səbəb olar. Ölkəmizdə hər sek­tor­da müşahidə olunan qalıq artımları hesablan­mır. Qalıq artımı və ya azalma­larının hesablandığı sek­torlarda, istehsal ilə qalığın dəyişməsi bir-birinə nisbət şəklində götürülərək hə­min sektorun və ümumilikdə isə iqtisadiyyatın gedişatı haqqında mə­lumat verir.
Əgər istehsalın müqabilində hər zaman qalıq artımı müşahidə olunursa, bazarlarda kifayət qədər istehlakın olmadığı müəyyənləşdirilir və buna zidd olan qalıq azalmalarında iqtisadiyyatın tələb infl­ya­siyasına məruz qaldığı müşahidə olunur.
Halbuki hazırda istehsal yönümlü hesabla­ma­lar­da qalıq artımları da istehsala daxil edilir.
ÜMM üç istiqamətdə hesablanılır. İstehsal, məsrəf və gəlir yönlü hesablamalardan əldə edilən nə­ticələr bir-birinə bərabər tutulur. Aşağıda izah edə­cəyimiz səbəblə əlaqədar olaraq bildirirəm ki, üç ayrı şəkildə aparılan hesablamaların bir-birinə bərabər tutulması doğru deyildir.
Kapitalizmdə istehsal amillərinə sərf olunan məsrəflərdən əldə edilən gəlirin yanlış olaraq əldə edilən dəyərə bərabər tutulması nəticəsində is­teh­sal-gəlir-istehlak bərabərliyi ortaya çıxmışdır {43,51,57}.
Pul və istehsal bəhsində açıqladığımız kimi əslində istehsal əldə edilən gəlirdən böyükdür (>). Gəlir isə istehlakdan böyük (>) bərabərdir (=). Bu­rada bərabərlik aşağıdaki kimi olmalıdır:
İstehsal > Gəlir > = İstehlak
İstehsaldan gələn gəlirin əldə edilən istehsala bərabər olması mümkün olmadığı kimi, qazanılan bütün gəlirlər də çox gözəl şərtlərdə hamısı istehlaka gedəcəkdir. Kapitalist anlayışlarda istehsal yönlü aparılan hesablamaların istehlak və gəlir yönlü hesablamalara bərabər olduğunu fərz etsək, iqtisadiyyatın tam məşğulluq səviyyəsində ta­raz olması zəruridir. Çünki istehsal qədər istehlak, əl­də edilən gəlir qədər də istehlak vardır. Belə bir və­ziyyətə kapitalist modellərlə nail olmaq mümkün deyildir. İqtisadi rəqəmlər belə bir vəziyyətin kapi­ta­list modellərin tətbiq edildiyi son 150 ildə yaran­ma­dığını göstərir.
ÜMM hesablamalarında əsasında xərclərlə istehsal arasında belə bir bərabərliyin olmadığı dərhal üzə çıxır. Xərc yönlü hesablamalarda qalıq də­yişiklikləri də xərclərə daxil edilir.
Əks təqdirdə istehsal yönlü hesablamaları məsrəf yönlü hesablamalardan böyük olacaqdır {9}.
Məsələn, istehsal və xərc yönümlü aparılan hesablamalara əsasən ÜDM (cari qiymətlərlə) 2003-cü ildə 359 762 925 944 mln.TL-dir. 2004-cü il­də isə 430 511 476 968 mln. TL-dir. 2004-cü ildə ÜDM-də qalıq artımı 33 973 662 533 mln.TL-dir {8}.
Eyni zamanda investisiyaların yığıma bərabər tutulması milli iqtisadi model tərəfindən qəbul edilmir. İnvestisiyaların mənbəyi sadəcə uyğun ol­ma­dığı kimi, hər yığımın investisiyaya yön­lən­di­ril­mə­si də mümkün deyildir. Modelimizdə inves­ti­si­ya­lar faizsiz pul ilə, yəni emissiya ilə həyata keçirildiyi üçün inkişaf edən iqtisadiyyatlarda investisiyalar pul yığımından böyük olacaqdır.
Milli İqtisadi Modeldə ÜMM hesablanması is­tehsal yönlü aparılarkən qalıq artımlarından ayrıca nə­zərə alınacaqdır. Məsrəf yönlü hesab­lama­lar­la istehsal yönlü hesablamalar isə qalıq atrımın­dan ayrılandan sonra hesablanacaqdır.

Facebook-da MİM