20 Avqust - Bazar ertəsi 14:10:27
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

5. Məzənnə siyasəti

«Necə bir məzənnə siyasəti» – sualına cavab axtarmadan əvvəl valyuta məzənnəsi sisteminin tarixçəsinə baxaq.

Bu günkü valyuta məzənnəsi sisteminin əsası 1944-cü ildə ABŞ-ın New Hemshire əyalətinin Bretton Woods qəsəbəsində keçirilən bir konfransda qoyuldu. Dünya Bankı və BVF-nun əsası da bu konfransda qoyuldu.
1971-ci ilə qədər davam edən bu sistemə görə, 1 unsiya (təxminən 31 qr) qızıl = 35 ABŞ dollar qəbul edilmişdir. Dünya ölkələri beynəlxalq pul vahidlərini belə bir dəyər üzərindən ABŞ dollarına indeksləmişdirlər. Beynəlxalq pulların maksimum 1 % nisbətində aşağı və yuxarıya dəyişə biləcəyi bir xətt məsəfəsi müəyyənləşdirilmişdi. Bu nisbət daha çox olduqda, ölkələrin pul sahəsində rəhbərləri bazarlara müdaxilə edərək bunun üçün valyuta ehtiyatlarını dövriyyəyə salacaq, bu da kifayət etmədiyi təqdirdə BVF-dan kredit alacaqlar. Yalnız bu şərtlərdən sonra BVF-dan icazə alınaraq devalvasiya edilə bilərdi.
Bu sistem, 15 avqust 1971-ci ildə ABŞ-ın dollarının qızıla bağlanması ləğv edildikdən sonra süqut etdi. Bu tarixdən sonra dolların qızıl təminatı olması məcburiyyəti ortadan götürülmüşdür {15, s.4-6}.
17-18 dekabr 1971-ci ildə Vaşinqton, Smithosoion ərazisində keçirilən iclasda ABŞ-ları qarşısında mark və ien başda olmaqla digər ölkələrin də pulları devalvasiya edildi.
ABŞ-da 12 fevral, 1973-cü ildə ikinci dəfə devalvasiya edildi. Nəhayət, mart 1973-cü ildə Smithosoion müqaviləsi də öz əhəmiyyətini itirdi {15, s.4-6}.
Bu tarixdən etibarən hər ölkə özünə aid bir sistem həyata keçirməyə çalışdı. Təbii ki, dolların «hard curency», yəni bütün dünyada işləməsi funksiyası bu gün də davam edir.
Bretton Woods sisteminin ən əsas xüsusiyyəti, ABŞ dollarına bütün pulların indeksləşməsi (bağlanması) ilə birlikdə, onun dünya pulu olmasıdır. Başqa sözlə ölkələr öz aralarında, hətta ölkədaxili iqtisadi əməliyyatları dollarla həyata keçirməyə başladılar. ABŞ dövriyyəyə buraxdığı dolların həcmində ehtiyatın hamısını qızılla təmin edəcəyinə söz vermiş olsa da heç bir ölkənin bunu araşdırma imkanı yox idi. Bunun üçün ABŞ xüsusən 60-cı illərin sonunda meydana gələn cari kəsirlərini, qarşılığı olmayan pul çap edərək ödəməyə çalışmışdır. Marşal yardımları kimi tanınan yardımların ABŞ üçün heç bir yükü olmamaqla yanaşı bu yolla ABŞ öz pulunu başqa ölkələrdə hakim etmişdir. Mətbəə dəyərindən başqa heç bir maya dəyəri olmayan dollarları çap edərək bütün dünyaya paylayan ABŞ, həm siyasi hegemonluğunu, həm də dünya gəlirlərini özünə yönəldən bir sistem qurmuşdur.
Tədricən qızıl ilə əlaqəsini itirən dollar, artıq real qarşılığı olmayan, ancaq etibarına görə bütün dünyada istifadə olunan pul halına gəlmişdir.
ABŞ nəinki ehtiyatdakı qızılın, hətta sahib olduğu bütün yeraltı və yerüstü sərvətlərin də dəyərindən artıq pul çap edərək, dünya ölkələrinə göndərmiş və göndərməkdədir. ABŞ düşündüyümüzün əksinə olaraq istehsalçı deyil, istehlakçı bir ölkədir. İldə orta hesabla 600 milyard dollar məbləğində olan cari kəsiri mövcuddur. 2002-ci ildə cari kəsir 473,9 mlrd dollar, 2003-cü ildə 530,7, 2004-cü ildə 660,4 olan ABŞ-da 2005-ci ildə bunun 691,1 mlrd dollar olması gözlənilir {66}. ABŞ bu kəsirini tədavülə pul və istiqraz buraxmaqla ödəyir. Hal-hazırda ABŞ-ın xarici borcu 2,7 trln dollar təşkil edir. Bu rəqəm dünyanın cəmi ÜMM-in 7,5%-nə bərabərdir {22}.
Valyuta sistemindən danışarkən ən vacib məsələ, pul zonaları məsələsidir. Beynəlxalq pulların işləndiyi zonalar məsələsi, bəlkə də iqtisadi siyasətin ən önəmli sahəsidir.
Bu gün dünyanın müxtəlif yerlərində FOREX bazarlarında beynəlxalq pullar alınıb satılır. Ancaq, hər ölkənin pulunun gündə 2 trilyon dollar məbləğində dövriyyəsi olan bazarlarda alınıb satılması mümkün deyildir. London, Nyu-York, Paris, Tokio kimi bazarlarda məlum ölkələrin pulları alınıb satılır.
Konvertə edilməyən türk lirəsiylə bu bazarlarda dollar və ya avro almaq mümkün olmadığı kimi, onu dünyanın hər hansı bir yerində dollarla dəyişdirmək də mümkün deyildir. Ancaq öz torpaqlarımızda həm xalqarası, həm də banklararası bazarlarda, Örtülü Bazarda (Kapalı Çarşı) rahatlıqla işləyən «hard currency» valyutalarının başında dayanan dollardır.
Madam ki, milli pulumuz FOREX bazarlarında işləmir, öz torpaqlarımızda sərvətlərimizin xaricə daşınmasına şərait yaradan xarici pulların konvertə olmasına icazə verməyimiz də düzgün deyildir.
Xüsusilə, qarşılğı olmayan ABŞ dollarının dünya iqtisadiyyatında hegemonluğu dünyanı çıxılmaz bir böhrana salmışdır. Bu gün, ehtiyatları dollarla saxlayan ölkələr bu pulları sahibinə qaytaranda, qarşılığını tapmayacaqlar. Bu baxımdan varlı qəbul edilən bir çox ölkələr, əslində qarşılığı olmayan kağız parçalarına sahib olmaqla zəngin olduqlarını düşünürlər.
Milli İqtisadi Modeldə valyuta məzənnəsi sistemi, idxal və ixraca əsaslanan sabit məzənnə sistemidir.
FOREX bazarlarında hər gün həddən artıq bir səviyyədə əməliyyatlar aparılır. Onların mal və xidmət ticarətiylə əlaqəsi yoxdur.
Son illərdə Asiya və Meksikada yaranan böhranları araşdırdığımız zaman onların ölkəmizdəki böhranlarla eyni xarakterli olduğunu görürük. Bizdə daxil olmaqla digər ölkələrin ilk baxışdan inkişaf edən iqtisadiyyatı, böhrandan əvvəl pul kisələrinin axınıyla əlaqədar inflyasiyaya düşərək dərhal böhran partlayışı baş verir. Milli bazarlara tədricən daxil olan xarici valyuta bir anda bazardan çıxdıqda, ölkə iqtisadiyyatını batırır.
İstər sabit, istər dəyişən məzənnə sistemi olsun xarici valyutanın dəyəri sərbəst bazarda müəyyənləşəndə, bu bazarlara hakim olan qlobal sərmayəçilər dərhal əllərindəki milli və ya xarici pulu satıb alaraq bazarları bir anda darmadağın edirlər.
Boom bust cycle adlanan anlayışa görə, hər şey öz qaydasında olduğu zaman cari kəsir xarici valyuta ilə maliyyələşdirilir, dərhal ardınca bazarlardan çıxarılan qlobal sərmayə iqtisadiyyata bomba təsir göstərir {14, s.224}.
Halbuki idxal və ixraca əsaslanan bir valyuta sistemi tətbiq edildikdə xarici valyutanın dəyərini qlobal sərmayəçilər deyil, ölkələrin mərkəzi bankları müəyyənləşdirəcəklər. Həm nəzarət dövlətlərin öz əlində olacaq, həm də xarici valyutanın qiyməti real dəyərlə ölkələrin mənafelərinə uyğun bir səviyyəsi də tənzimlənəcəkdir.
Məhşur möhtəkir C.Sorosun İngiltərənin Mərkəzi Bankında devalvasiya etdiyi nəzərə alındıqda öz dövlətlərinin nəzarətində olmayan bütün valyuta sistemlərinin, bu ölkələrin iqtisadi həyatında böyük təxribatlar yaradacağı məlum olur.
Xarici valyutanın idxal və ixracla əlaqədar dəyərləndirilməsi, yenə sabit dəyişən məzənnə kimi mərkəzi banklar tərəfindən müəyyənləşdirilməsi, valyutanı bir investisiya vasitəsi olmağa qoymayacaq və ölkə iqtisadiyyatında iki mühüm əhəmiyyəti olacaqdır: Birincisi, milli gəlirin qlobal güclərə transfer olunmasına maneçilik törədiləcək, ikincisi isə xaricilər ölkə iqtisadiyyatıyla istədikləri kimi oyun oynaya bilməyəcəklər.
Bu mənada sərbəst bazar, həmin bazarların inkişaf etmiş ölkələrin və onların yardımçısı olan qlobal sərmayəçilərin nəzarətinə keçməsi deməkdir. Halbuki, Milli İqtisadi Modeli xalqın mənafeyinə uyğun olaraq bazar dövlət nəzarətində olduğu üçün, onların hakimi qlobal sərmayəçilər deyil, birbaşa millətin özü olacaqdır.
Ölkəmizdə indi tətbiq edilən dəyişkən məzənnə sisteminin xeyrimizə olmadığını başa düşmək üçün, dalbadal bu qədər yüksək cari kəsir verməyimizə baxmayaraq, aşağı valyuta məzənnələrinə baxmaq kifayətdir. Normal vəziyyətdə cari kəsir olduqda valyuta tələbiylə əlaqədar valyuta məzənnəsi yüksəlməli olduğu halda, ölkəmizdə məzənnə aşağı düşür. Qlobal sərmayəçilər gətirdikləri valyutanı milli pula çevirib dövlətə satmaqla həm faizdən, həm də məzənənin aşağı olması nəticəsində ikiqat çox pul qazanırlar. İstər dəyişkən, istər sabit məzənnə sistemində, sərbəst bazar məntiqi daxilində interbank şərtləriylə müəyyənləşən valyuta məzənnələri əcnəbilərin nəzarətində olan valyuta sistemidir. Bunun əvəzinə, dövlətin nəzarətində olan valyuta mübadilə sistemində xarici pul həqiqi dəyərini tapacaqdır.
Bir ölkənin pulunun dəyirini əslində o ölkənin ixrac mallarına olan tələb müəyyənləşdirməli olduğu halda, bu gün sərbəst bazar adı altında bu dəyər qlobal sərmayəçilər tərəfindən müəyyənləşdirilir.
Milli İqtisadi Model, valyuta bazarlarını ölkə iqtisadiyyatına nəzarət edilməsində vasitə olmaqdan çıxarır. Bir pulun «hard curency» səviyyəsinə qaldırılması xam xəyallara deyil, ölkələrin sahib olacağı təbii ehtiyatlara və istehsal gücünə söykənəcəkdir.

Facebook-da MİM