29 Mart - Cümə 13:44:15
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2. Sosial dövlət siyasəti

Milli İqtisadiyyat Modelində artıq dediyimiz kimi dövlət, bizim üçün sosial dövlətdir. Sosial dövlətin vəzifələri aşağıdakılardır:

1. Ev xanımları işçi statusu qazanacaq və təqaüdçü olma haqqını əldə edəcəkdir. Beləliklə, hər ailəyə məlum qədər maaş veriləcəkdir.
2. Məşğulluqdan və pensiyalardan vergi və digər rüsumlar tutulmayacaq, vergi mahiyyətli yığımlar maaşlara əlavə olunacaqdır.
3. Gənclərə faizsiz uzunmüddətli evlənmə krediti veriləcəkdir.
4. Uşaq dünyaya gətirən hər anaya bir məmur maaşı həcmində, hər doğulan körpəyə orta səviyyəli məmur maaşının beşdə biri qədər uşaq yardımı ediləcəkdir. Bu yardım uşaq bir işə yiyələnənə qədər davam edəcəkdir.
5. Tənha qocalara maaş veriləcəkdir. Onların dolanışığı dövlətin təminatı altında olacaqdır.
6. Şəhid ailələri, dul, yetim və əlillərə dövlət sahib çıxacaqdır.
7. Orta məktəbi bitirən şagirdlər imtahansız universitetə qəbul olunacaqdır.
8. Ali məktəblərdə ödənişlər ləğv olunacaqdır.
9. Evsizlərin evlə təmin olunması üçün 15-20 illik faizsiz kredit veriləcəkdir.
10. İllik gəliri 100 milyarddan (T.L) az olanlardan heç bir vergi alınmayacaqdır.
11. Əkinçidən vergi alınmayacaq və ona pensiya almaq hüququ veriləcəkdir.
12. Kiçik və orta müəssisələrə, kiçik sahibkarlığa uzun müddətli faizsiz kredit veriləcəkdir.
13. Kənd təsərrüfatına məhsulun müqabilində hələ toxumunu tarlaya səpməmişdən yarı qiymətli faizsiz avans veriləcəkdir.
14. Nəqliyyatçılara, avtobus, taksi nəqliyyat vasitələrinə avtomobillərini yeniləmələri üçün faizsiz uzun müddətli kredit veriləcəkdir.
15. Sənayeçilərə layihə müqabilində faizsiz uzun müddətli kredit veriləcəkdir.
Bu və buna bənzər layihələr vasitəsilə dövlət xalqı, xüsusilə də az gəlirliləri müdafiə etməlidir. Dövlətin xidmət şəklində həyata keçirdiyi bu işlər, Milli İqtisadiyyat Modelimizin iqtisadi bir qanunudur. Çünki, ancaq bu yolla bazarda çatışmayan tələb təmin oluna bilər. Sosial dövlət layihəsi bir tərəfdən məhdud gəlirli insanlara dəstək verərək gəlir bölgüsündəki disbalansı aradan qaldırır. Digər tərəfdən isə çatışmayan tələbi dövriyyəyə daxil etdiyi üçün iqtisadiyyatda tarazlıq yaradılmasını təmin edərək, istehsalçı üçün zəruri bazarı formalaşdırır. Beləliklə, davamlı inkişafa yol açır.
Sosial dövlət layihəsi çərçivəsində məhdud gəlirli təbəqəyə transfer edilən pul birbaşa istehlaka gedəcək və yığım olmayacaqdır. Pulun ildə 16 dəfə dövr etdiyini nəzərə alsaq, dövlət bir əli ilə məhdud gəlirli əhali qrupunu dəstəkləyərkən iqtisadiyyatın artımına da imkan yaratdığı üçün digər əli ilə verdiyindən daha çoxunu vergi kimi istehsalçıdan ala biləcəkdir.
Sosial dövlət layihəsi iqtisadiyyatlarda çatışmayan həlqə kimidir. Zəncirin çatışmayan həlqəsi sosial dövlət anlayışı ilə təmin edildikdə iqtisadiyyatın bir-biri ilə bağlı olan maraqları tarazlaşacaqdır. Dövləti zəiflədərək bazarları bir neçə iri sərmayəçilərin ixtiyarına verənlərin əksinə olaraq bizim modelimizdə dövlət, xalqına bütün imkanları təmin edən, onu qoruyub himayə edən bir kainat dövlətidir.

Facebook-da MİM