18 Aprel - Cümə axşamı 04:56:51
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3. Maliyyə siyasəti (Vergi siyasəti)

Dövlətin ictimai xərcləri qarşılamaq və xalqa xidmət etmək üçün öz vətəndaşlarından müəyyən miqdarda yığdığı pula vergi deyilir.

Vergiyə yanaşma tərzi iqtisadi modellərin və onları həyata keçirən hökumətlərin həm iqtisadiyyata və həm də ictimai hadisələrə baxışını ifadə edir.
İqtisadi modellərin vergiyə münasibəti onların əsaslandığı baxışların məcmusudur.
Müasir iqtisadi anlayışların fəlsəfəsini meydana gətirən liberalizm dövlətin zəifliyini qəbul edir. Ancaq dövləti və ictimai xərcləri kiçildən liberal anlayışlar digər tərəfdən vergilərin artırılmasını tələb edir. Öz xərclərini azaldan dövlət nəyə görə vergini çox almalıdır? – sualı bizi düşündürür.
Xüsüsilə son 25 ildə inkişaf modeli kimi faizlə alınan sərmayəni özlərinə gəlir mənbəyi hesab edən ölkələr, bu gün inkişaf əvəzinə qlobal sərmayəçilərə və onların yerli əlaltılarına trilyon dollarlarla borclu qalmışlar.
İndi liberalizmin dövlətə təyin etdiyi çox bəsit rol, xalqdan maksimum vergi yığmaqdan, onun minimum miqdarını xalqa xidmət məqsədilə xərcləməkdən, yerdə qalan hissəsini isə qlobal sələmçilərə verməkdən ibarətdir.
Bu məntiqə əsaslanan dövlət sosial deyil, xərac alan bir strukturdur.
Bu xəracın əsirinə çevrilən bəşəriyyət, həmin ölkələrin hökumətləri tərəfindən nəzarətdə saxlanılır. Maliyyə dəyəri olan pul ilə borc bataqlığına salınan dövlətlərin gəlirləri yığılan vergilər vasitəsilə müəyyən yerlərə ötürülür. Diqqət yetirildikdə görürük ki, liberal metodlar dövlətlərin qarşısına borcları ödəyən iqtisadi modellər qoymaq əvəzinə, borcların davam etdirilməsiylə əsarəti artırmağa çılışırlar. Bu vəziyyət, ölkəmizdə də mövcuddur. Bu naqis anlayışa təmtəraqlı sözlərlə elmi don geydirməyə çalışırlar. Məsələn, – borcun milli gəlirə nisbəti filan rəqəmi aşmasa problem yaranmaz, faizdən əlavə olan qalıq müəyyən bir səviyyəni aşmasa gələcəkdə borc miqdarı azaldıla bilər – kimi ifadələr cəmiyyətin mənafeyini deyil, belə ölkələrə pul satanların pulunu qorumağa yönəlmişdir. Buna görə də yığılan vergilərin hansı məqsədlə istifadəsi, vergi probleminin həll edilməsi gərəkən birinci məsələsidir.
Milli İqtisadi Modeldə hər şeydən əvvəl maliyyə dəyəri olmayan pul siyasəti yeridildiyi üçün büdcə xərclərində faiz ödəmələri adlı bir anlayış olmayacaq, artıq dövlət mövzusunda qeyd etdiyimiz kimi, yığılan vergilərin az hissəsini xalqa xidmət məqsədi ilə xərcləyən dövlət anlayışından yığılan vergilərin çox hissəsini xalqa xidmət məqsədilə xərcləyən sosial dövlət modelinə keçiləcəkdir. Vergi, dövlətin gəlirlərindən biridir. Senyoraj gəlirləri, ticarət sistemindən gələn gəlirlər dövləti, faizin sıfıra bərabər olması və paralel şəkildə düzgün maliyyə və pul siyasəti yeridilməsi şərtilə, xalqdan aldığından daha çox ona xidmət şəklində qaytarmaq imkanı qazandırır.
İndi isə hansı sosial təbəqədən hansı nisbətdə vergi alınacağı sualına cavab axtaraq. Çünki vergi paralel olaraq istehlak və istehsalı məhdudlaşdırır və istehsal xərclərini artırır.
Əvvəlcə vergilərin kimlərdən tutulmasını və onun istehlaka necə təsir göstərdiyini araşdıraq.
Xatırlayırsınızsa, gəlir istehlak əyrisinin düz əyri olmadığını demişdik. Yəni məlum bir nöqtəyə qədər düz xətt üzrə gedən əyri ondan sonra azalan bir parabolaya çevrilir.
Digər əhəmiyyətli bir məsələ də odur ki, iqtisadi tarazlıq nöqtəsini gəlirin istehlaka bərabər olduğu nöqtə deyil, istehlakın istehsala bərabər olduğu nöqtədir. Əgər biz hər gəlir səviyyəsi üçün eyni səviyyədə vergi almağa başlasaq bu ədalət olmayacaq, eyni zamanda iqtisadiyyatda ciddi dərəcədə tələbin məhdudlaşmasına səbəb olacaqdır. Halbuki cavabını axtardığımız sual eyni miqdarda vergini cəmiyyətdə tələbi ən az dərəcədə məhdudlaşdıran şəkildə toplamaqdan ibarətdir. Bu yanaşma həm iqtisadiyyatın artımını ləngitməyəcək, həm də sosial ədaləti təmin edəcəkdir.

Qrafikləri diqqətlə nəzərdən keçirdikdə görünür ki, gəlir səviyyəsi yığım xəttinin altında olan sahədən alınan vergi bilavasitə istehlak miqdarını aşağı salacaqdır.
Məsələn 1000 vahid vergi aldığımızı fərz edək. Əgər bunu az gəlirli təbəqədən alsaq, istehlaka olan təsir 1000 vahid səviyyəsində, yüksək gəlirli təbəqədən alsaq, onun istehlaka təsiri təxminən sıfıra bərabər olacaqdır. Çünki fərdlərin gəlir səviyyəsi artdıqca, əldə etdikləri gəlirlərin istehlaka təsiri azalır.
Buna görə də məlum gəlir səviyyəsindən aşağı olan təbəqədən vergi almaq iqtisadiyyata ancaq zərər verər. Azgəlirli əhalinin gəliri nə qədər azalsa, istehlak da bir o qədər azalacaqdır.
Gəlirin mənbəyi istehsaldır. İstehsalın səviyyəsi də istehlaka bağlıdır. İstehlak çatışmazlığı istehsalın azalmasına və nəticədə də gəlirin azalmasına səbəb olur.
Hər nə qədər istehlakın səbəbi əldə edilən gəlir görünsə də əldə edilən gəlirin səbəbi istehlakdır. Ayrıca, az gəlirli təbəqədən vergi almamaqla, gəlir bölgüsündə yaranan disbalansı aradan qaldıra bilərik. Bu sosial baxımdan faydalı olmaqla yanaşı, həmçinin iqtisadiyyatın taraz olmasında da böyük rol oynayır. Artıq qeyd etdiyimiz kimi, eyni miqdarda pulun gəlir bölgüsü pozulan cəmiyyətdə yaratdığı istehlak həcmi ilə, gəlir bölgüsündə tarazlığın təmin edildiyi cəmiyyətdə yaratdığı istehlak həcmi eyni deyildir. Az gəlirli təbəqənin əlindəki pulun dövriyyə sürəti və bununla əlaqədar istehlak sürəti surəti ilə eyni miqdarda pulu olan yüksək gəlirlilərin malik olduğu vəsaitin dövriyyə sürəti eyni deyildir.
Dövriyyə sürəti eyni miqdarda pulun gəlir səviyyəsi yüksək olan əhalinin əlində deyildir.
Vergilər investisiya xərclərinə də təsir edir. Məsələn, xırda sənətkarların qoyduğu kiçik həcmli investisiyaları üçün onlara lazım olan kapital qoyuluşları vergilər vasitəsilə onların əlindən alınır.
Artıq qeyd etdiyimiz kimi, dövlət özü böyük müəssisələri sıfır faizli kreditlə tələb olunan sərmayə ilə təmin edəcəkdir. Bu, faizsiz kreditin ancaq müəyyən gəlir səviyyəsinə malik olanlara verilməsi demək deyildir. Əlbəttə ki, layihəsi olan hər kəs bu imkandan faydalanacaqdır. Ancaq xırda sənətkarlardan alınmayan vergilər də eyni zamanda əlavə olaraq, onlara gərəkən kiçik sərmayəni formalaşdıracaqdır.
Belə olan halda, müəyyən səviyyədən aşağı gəlirə malik olan təbəqədən vergi alınmamalıdır. Bu miqdar ölkədən ölkəyə, dövrdən dövrə dəyişir. Ölkəmizdə indiki şəraitdə illik gəliri 100 milyard lirədən aşağı olanlardan vergi alınmamalıdır. Bu miqdarda verginin alınmaması hökumət üçün itki olmayacaqdır. Artıq qeyd etdiyimiz kimi, məsələn, illik gəliri 20 milyard olan fərddən aldığımız 8 milyardlıq pul istehlak şəklində bazara daxil olaraq dövr edəcəkdir. Bunun, ölkəmizin şərtlərinə uyğun olaraq ildə 16 dəfə əldən-ələ keçdiyini fikirləşə bilərik. 2004-cü ildə ÜDM 430 511 476 968 TL-dir. M1 isə 26 906 087 000 TL-dir {13.25.01.01}. ÜDM/M1=16-dır. Bu məbləğdə vergidən azad olsa, istehlak miqdar 120 milyard lirə artmış olacaqdır. Bunun muqabilində istehsalda da artımı da nəzərə alsaq, bu yeni istehsal artımından alınan vergi miqdarı, bizim əvvəlcə vergidən azad etdiyimiz 8 milyarddan ən azı 4 dəfə çox olacaqdır.
Biz bu vergini yüksək gəlirli vətəndaşlardan almasaq, bunun nəticəsində istehlak artımı heç olmayacaqdır. Çünki, onun mühüm hissəsi yığıma gedəcək və müvafiq olaraq zərər çəkəcəkdir. Çünki, alınmayan vergilərin böyük bir qismi ehtiyata yığılacaq, istehlaka ayrılan pulun dövriyyəsi isə daha da azalacaqdır. Artıq bu iki müxtəlif sosial təbəqə arasında vergiylə əlaqədar yaranan istehlakda da azalma barədə bəhs etmişik. Nəticədə gəliri 100 milyarddan az olanlardan vergi almamaq dövlətin yığdığı vergi miqdarını azaltmaq əvəzinə, daha da artıracaqdır.
Bundan başqa yalnız vergidən azad etməklə deyil, sosial dövlət prinsiplərinə uyğun olaraq dövlət tərəfindən müdafiə olunacaq az gəlirli əhali iqtisadiyyatın dirçəlməsində aparıcı rol oynayaraq nəticədə inkişaf edən iqtisadiyyatda vergi gəlirinin daha da artmasına səbəb olacaqdır.
Digər tərəfdən dolayı vergilər də ləğv edilməlidir. Əks təqdirdə hər təbəqədən eyni vergi alınacaq və bu böyük sosial ədalətsizliyə səbəb olacaqdır. Digər tərəfdən, istər dolayı vergilərin mövcudluğu, istərsə də məşğulluqdan vergi alınması 100 milyarddan aşağı vergi miqyasına daxil olduğu üçün ləğv olunmalıdır.

Facebook-da MİM