21 Fevral - Çərşənbə 18:38:08
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

6. Enerji

Texnologiyanın gündən-günə irəliləməsi, enerjiyə olan ehtiyacı da gündən-günə artırır. Deməli, enerji ehtiyatlarının strateji əhəmiyyəti daima artmaq üzrədir.
Şübhəsiz enerji ehtiyatları dedikdə diqqəti daha çox çəkən neft və təbii qazdır. Bundan əlavə artan enerji ehtiyacını ödəmək üçün yeni axtarışlar davam edir. Belə ki, əvvəllər nüvə enerjisindən istifadə edilmirdisə, bu gün bəzi ölkələr enerji ehtiyacının məlum bir hissəsini nüvə enerjisindən əldə edir.
Bu gün alternativ enerji mənbələri aşağıdakılardır:
A – Günəş enerjisi. Türkiyədə bir illik günəşlənmə müddəti 2700 saatdır. [38] Ölkəmizin üzərinə ildə 80 Mtep günəş enerjisi düşür. Türkiyədə ümumən günəş enerjisindən isti su əldə edilir. Hal-hazırda günəşdən 1 MW/ il dəyərində çox az bir miqdarda elektrik enerjisi istehsal edilir ki, bu da çox azdır. Ölkəmizdə şəbəkədən müstəqil günəş batareyası, işıqlanma sistemləri istifadə edilməli və binalar günəşdən fəal yararlanmalıdırlar (istilik-soyutma-elektrik sistemləri, günəş memarlığı). Dünyada hər gün yayılan günəş evindən və parniklərdən istifadə olunmalıdır. Günəş enerjisindən günəş istilik stansiyaları və günəş batareyaları ilə artıq elektrik əldə edilir. Günəş batareyaları ticarəti uğurla həyata keçirilir. Anadolu günəş enerjisi üçün əhəmiyyətli potensiala malikdir. Bu enerjinin geniş tətbiqi, enerji qaynağı probleminin həllinə yardım edər. Bu cür enerjilər tükənməyən enerji mənbələri qrupuna aiddir.
B – Nüvə enerjisi. İnkişaf etmiş ölkələr ümumi elektrik enerjisi ehtiyacını nüvə enerjisi vasitəsilə ödəyirlər. Fransa, Belçika, Tayvan kimi ölkələr istehsal etdikləri elektrik enerjisinin 50%-dən çox hissəsini, İsveç, İsveçrə, Finlandiya, Bolqarıstan və Almaniya isə istehsal etdikləri enerjinin təqribən 1/3 -ni nüvə stansiyaları vasitəsilə təmin edirlər. [68] Nüvə stansiyaları əleyhinə irəli sürülən uydurma və ya şişirdilmiş iddiaların məqsədlərindən biri də inkişaf etməkdə olan ölkələrin nüvə silahı texnologiyasına sahib olmaması istəyidir. Bundan başqa nüvə stansiyaları bütün enerji sistemləri içərisində ən az riskə malikdir.
Türkiyədə nüvə enerjisiylə əlaqədar uzun müddətdən bəri bəzi işlərin görülməsinə səy göstərilsə də, nəticəsi olmamışdır. Türkiyə nüvə enerjisi məsələsində həm xammal yataqlarına, həm də kifayət qədər alimlərə malik olduğu halda, hələ də nüvə enerji stansiyasına sahib deyildir.
C – Külək enerjisi. Fosil yanacaq mənbələrinin məhdudluğu və ətraf mühit problemləriylə əlaqədar bərpa olunan enerji mənbələrinə bütün dünyada getdikcə maraq artır və enerji ehtiyatarının ödənilməsində əhəmiyyətli yer tutur. Bir çox ölkələr 2010-cu ildə elektrik enerjisinə olan tələbatın 10%-ni külək enerjisi ilə ödəməyi planlaşdırır. Ona görə bir sıra ölkələr, beynəlxalq proqramlar təşviqat işlərini artıraraq külək enerjisi texnologiyasını inkişaf etdirməyə çalışırlar. Külək enerjisinin təbiətdə sərbəst halda və istənilən qədər olması, enerji mənbələrinin növünü artırır. Bununla yanaşı kənardan asılı olmayan təmiz bir enerji mənbəyi olduğuna görə bu enerji növü sürətlə inkişaf edir. Ölkəmizdə 1998-ci ildən tətbiq edilən külək stansiyaları kiçik ölçülüdürlər. Hazırda cəmi istehsal gücü 17.4 MW olan iki stansiya «Tik-İşlət-Devret» modeliylə istehsal edərkən, istehsal gücü 1.7 MW olan digər bir stansiya «Otoprodüktör» statusunda istehsal edir. Bu stansiyalarda istehsal olunan illik elektrik enerjisi də təqribən 54 mln kWh-dır və bu ümumi istehsal ilə müqayisədə çox azdır. Türkiyədə indiyə qədər bu enerji mənbəyindən istifadə edilməmişdir. Ölkəmizdə külək enerjisinin potensialı ən az 75 milyard kWh olduğu müəyyənləşmişdir.
Göründüyü kimi, ölkəmiz bu enerji qaynağı baxımından çox zəngin imkanlara malikdir. Bunun ən yaxşı misallarından biri Avropa Birliyi ölkələrində külək enerjisi potensialını müəyyən etmək üçün 200-dən çox yerdə qurulan müvafiq metereoloji stansiyaların 10 ildən çox fəaliyyəti nəticəsində əmələ gələn «Avropa Külək Atlası»dır. Bu Atlas Egey Dənizi və buna qonşu sahillərdə yüksək külək enerjisi imkanlarının varlığından bəhs edir. Ölkəmizin, xüsusilə Egey dənizi sahili qərb bölgələrində aparılan külək ölçmələri, bu potensialı doğruldur. Eyni zamanda Sinopda aparılan araşdırmalar da bu bölgəmizin yüksək külək enerjisi potensialına sahib olduğunu göstərir. [17 a]
D – Geotermik enerji: Dünyada geotermik zənginliyi ilə yeddinci yerdə dayanan Türkiyə, geotermik potensialı ilə ümumi elektrik enerjisi ehtiyacının [69] 5%-ni, istilik enerjisi ehtiyacının 30%-ni ödəmək imkanına malikdir. Ancaq bunların ağırlıq mərkəzi götürüləndə, geotermik potensialı Türkiyə enerji (elektrik +istilik enerjisi) ehtiyacının 14%-ni ödəmək potensialına qadirdir. [69]
Ümumi geotermik potensialımızın (2000 MWe, 31500 MWe) elektrik istehsalı, şəhər isitmə, soyutma, parnik isitmə, istilik stansiyaları, qaynar mədən bulağı istifadəsi, kimyəvi maddələr istehsalı, sənayedə istifadə və başqa sahələrdə tam dəyərləndirilməsində məqsəd, illik xalis daxili əlavə dəyəri 20 mlrd dollar həcmindədir. Ölkəmizdə geotermik mənbə potensialının ancaq 3%-i dəyərləndirilmişdir.

İzmir Denizli + ətrafı Bursa Balıkesir + ətrafı Afyon + ətrafı Aydın Manisa + Turgutlu Bolu + ətrafı Kütahya + ətrafı Çanakkale + ətrafı Sakarya-Akyazı-Kuzuluk Nazilli Erzurum Salihli Şanlı Urfa + Sivas Dikili + Bergama Aliağa Kırşehir Digər yaşayış yerləri Cəmi 220000 mənzil 90000 75000 55000 55000 60000 46000 38000 37500 35000 31500 30000 25000 24000 20000 15000 10000 10000 68000 945000 mənzil (6515MWt)
Fuel-Oil qənaəti (mərkəzi istilik sistemi yanacağı) 3 mln ton/il (1mlrd 150 mln dollar/il)

Türkiyədə geotermik enerji ilə isinən potensial mərkəzlərinin cəminin meydana gətirdiyi 945000 mənzil sahəsi yalnız şəhərin isinməsinə yönəlmişdir. Mərkəzi istilik sistemi və qaynar mədən bulağı isitməsi, soyutma, sənayedə istifadə, balıq istehsalı və s. üçün istifadə edilən enerji bu dəyərin xaricindədir.
E – Biomas enerji. Hər növ ifrazat maddələri karbon qəbul edir və yandırılandan sonra enerji verir. Onlardan ağac, bitki, insan və heyvan ifrazatı, taxıl sapı, su yosunu əhəmiyyətli miqdarda enerjiyə sahibdir. Ətraf mühiti çirkləndirən tullantılar yandırılanda həm ətraf mühit təmizlənir, həm də enerji (istilik və elektrik) əldə edilir. Aparılan araşdırmalar biomas istehsalı ilə ildə 75 mlrd ton və ya gündə 1500 mln baril bir enerji əldə etməyin mümkün olduğunu göstərmişdir. Bu miqdar, dünyanın illik enerji istehlakının təqribən 10 mislinə bərabərdir. Üzvi maddələrin enerjisinin günəşdən gəldiyi və hər il yeniləndiyi nəzərə alınarsa, tükənməyən və yenilənən bir mənbə olduğu asanlıqla müəyyənləşər. Bir çox ölkələrdə bioqaz istehsal edilir. Ancaq Çində 4000000 m3 ilə ən çox istehsal həyata keçirilmişdir. Bioqaz istehsalı üçün Türkiyədə çox böyük potensial vardır. 1kq yaş kübrədən 50 lt bioqaz istehsal olunduğuna görə Türkiyə ehtimallara əsasən ildə 3 mlrd m3 qaz istehsal etmək iqtidarındadır. Bu, 2,3 mln ton daş kömürə bərabərdir. Digər üzvi ifrazat maddələrinin dəyərləndirilməsiylə birlikdə ehtimallara görə Türkiyənin cəmi bioqaz potensialı 26 mlrd m3-dir.
F – Axıntı enerjisi. Türkiyədə mövcud su potensialının 30%-i istifadə olunur, 70%-dən isə istifadə edilmir. Dövlət Statistika İnstitutunun məlumatlarına görə Türkiyədə planlaşdırılan 485 ədəd stansiyanın 108 ədədi işləyir. Türkiyənin iqtisadi su potensialı 123 mlrd kilovatt saatdır, bəndlər tikilərsə bu rəqəm texniki olaraq 216 mlrd kilovatt saata çata bilər. Türkiyə istifadə etdiyi bu 30% su potensialından 2000-ci ildə istehlak olunan elektrikin 40%-ni əldə etmişdir. 2000-ci ildəki elektrik enerjisi istehlakına baxanda, 118 mlrd kilovatt saat olduğunu görürük. Türkiyənin istifadə olunmayan su potensialı əvəzi elektrik enerjisi isə 76 mlrd kilovatt saatdır. Böyük stansiyalar əvəzinə çayların üzərində xırda-xırda bir çox stansiyalar tikilərək illik enerji ehtiyacı ən yaxın çay üzərində tikilən stansiyalarla ödənilə bilər. Beləliklə, enerjinin nəql edilmə məsrəfləri azalaraq kiçik miqyaslı bir çox su hövzəsinin varlığı həm ətraf mühitə zərər verilməsinin qarşısını alır, həm də baş verə biləcək kənar hücumlardan ölkənin enerji şəbəkəsinə zərər gəlməsini çətinləşdirir.
G – Dalğa enerjisi. Dalğa enerjisi üzrə davam edən araşdırmalar neft böhranlarından sonra daha da artmış, 90-cı illərdə həyata keçirilməsi daha çox əhəmiyyət qazanmışdır. Ekologiyaya münasibətdə üstünlüyə malik dalğa enerjisi digər yenilənən mənbələrlə müqayisədə daha kapital tutumludur. İngiltərə, İrlandiya. Norveç və Portuqaliya kimi ölkələrdə dalğa enerjisinin əhəmiyyəti dərk olunmuş, stansiyalar qurulmuş, dövlət yardımıyla pilot fəaliyyətləri başlanılmış və ya bu məsələ qısa müddətli enerji planlaşdırma işlərində nəzərdə tutularaq aktuallaşmışdır. Mərmərə dənizi istisna olmaqla, Türkiyədə açıq dəniz sahilinin uzunluğu 8210 km-dir. Turizm, balıqçılıq və sahil idarələrinin xaricində 5/1 nisbətdə (18.5 kvh/il) istifadəyə yararlı bir dalğa enerjisi əldə etməyin mümkün olduğu hesablanmışdır. Dalğa enerjisi, Türkiyənin uzunmüddətli enerji layihə və proqramlarında yer tutan mühüm bir mənbədir.
H – Yanacaq Maddələri: Dünyada karbon dioksidin miqdarındakı artım və iqlim dəyişiklikləri nəticəsində yaranan son vəziyyət göstərir ki, gələcəyin ən mühüm yanacağı hidrogen, gələcəyin yanacaq texnologiyası isə yanacaq batareyaları olacaqdır. Alışdığımız birinci dərəcəli yanacaqların hamısına alternativ olan hidrogen tam yandırılaraq və ya yanacaq batareyalarında elektrikə çevrilərək istifadə oluna bilər. Avropa Birliyinin hidrogen və yanacaq batareyasına baxışını təhlil etsək görərik ki, Avropa, Amerika və Yaponiyadan öncə hidrogen enerjisinə keçmiş, onun böyük texnoloji və iqtisadi faydalar gətirəcəyini qabaqcadan görmüş, zəruri elmi araşdırma işlərinin istifadəsi məqsədilə ilk 5 illiyinə 5 mlrd Avro ayırmışdır. ABŞ-da hidrogenlə işləyən avtomobillərin inkişaf etdirilməsi üçün 1.7 mlrd dollar dəyərində bir layihəyə başlanılmış və ardınca da 1.2 mlrd dollar fond ayrılmışdır. Yaponiya və İslandiya başda olmaqla bütün dünyada hidrogenə verilən dəyər və üzərində aparılan işlərdəki artım göz qabağındadır. Türkiyə hidrogeni ən qısa zamanda enerji planlaşdırmalarına daxil etməlidir. Bunu araşdırmağa və inkişaf etdirməyə uyğun bazamız vardır. Ölkəmizdə İstanbul Texniki Universiteti, Ortaşərq Texniki Universiteti və Ulduz Texniki Universitetində bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə tanınan hörmətli alimlər işləyirlər. Qurulan Milli Bor Araşdırma İnstitutu və qurulması nəzərdə tutulan Milli Su İnstitutu hidrogen enerjisinin ölkəmizdə yerinin müəyyənləşdirilməsində və məsələnin daha da aktuallaşmasında mühüm rol oynayacaqdır. Hidrogen tərkibli yanacaqların istifadəsində əsas maddə hidrogen bor hibriddir. Ölkəmizin bor ehtiyatlarına görə dünyada birinci olduğunu nəzərə alsaq, yaxın gələcəkdə neftin yerini tutacaq olan hidrogen tərkibli yanacaqlarda açıq-aydın şəkildə birinci olduğumuzu görəcəyik.
Dünyada olan enerji mənbələrini ələ keçirmək və söz sahibi olmaq üçün dövlətlər bir-biriylə ciddi mübarizə aparırlar. Qlobal qüvvələr enerji mənbələri üzərində nəzarətin öz əllərində olmasını istəyir, millətlərin bu məsələdə onlardan asılı olmaları üçün çalışırlar. Məsələn, bu qüvvələr bir tərəfdən özləri nüvə enerjisi istifadə etdikləri halda, digər tərəfdən bu enerjidən istifadə etmək istəyən başqa ölkələrə mane olurlar.
Enerji, iqtisadi və sosial inkişafın təkanverici qüvvəsi, sənayedə istifadəsi zəruri olan bir ana ünsür və cəmiyyətin yaşayış səviyyəsini yüksəldən bir gücdür. Buna görə enerji vaxtında yetərli, keyfiyyətli, aşağı maya dəyərli olmalı, sənaye və sosial həyatın istifadəsinə veriləndə maddi rifahın yüksəlməsini təmin etməlidir. Deməli, hər millətin milli enerji siyasəti olmalıdır. Əks təqdirdə, ölkə bu gücü əlində saxlayanlardan asılı vəziyyətdə qalaraq iqtisadi və siyasi müstəqilliyini təhlükə altında qoyacaqdır.
İstehsalın bir funksiyası kimi istehsal xərclərinə daxil olan enerji siyasəti iqtisadiyyata birbaşa təsir edir. Enerji ucuz qiymətə olan ölkələrdə, istehsal məhsullarındakı enerji məsrəfi aşağı olduğuna görə, firmaların rəqabət gücü yüksəkdir. Eyni zamanda əhalinin enerjidən istifadəyə xərclədiyi pul azalanda, bununla əlaqəlar olaraq istehlak qabiliyyəti artacaqdır. Məsrəf inflyasiyasının qarşısının alınması üçün maya dəyərini əmələ gətirən kateqoriyalarda qiymətlər aşağı düşməlidir.
Milli İqtisadi Modelə görə yalnız istehlakçı təbəqə deyil, eyni zamanda istehsalçılar da həm faizsiz kreditlərlə, həm də pulsuz enerji yardımıyla (sübsidiyalarla) dəstəklənəcəklər.

Facebook-da MİM