12 Oktyabr - Şənbə 06:18:22
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Prof. Dr. Haydar Başın qısa həyat tarixçəsi

Haydar-BasProf. Dr. Haydar Baş 1947-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olmuş, ilk və orta təhsilini orada almışdır. 1970-ci ildə Kayseri Erciyes Universitetinin Ali İslam İnstitutunu bitirmişdir. Sonralar ‘Məfkurəçi müəllimlər dərnəyi’nin Trabzon şöbəsini açaraq, ona sədrlik etmiş, 5 il dövlət, 2 il Ticarət və İmam Xətib liseylərində, 13 il Bakı Dövlət Universitetində (BDU) müəllim vəzifəsində çalışmışdır. O, BDU-də «Vida xütbəsində insan haqları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, “İslam və Hz. Mövlana”, “Təsəvvüf tarixi”, “Din sosiologiyası” və “Din psixologiyası” mövzusunda yazdığı tədqiqat işləri ilə əlaqədar olaraq BDU-nun professoru elmi adına layiq görülmüşdür. Onun fikirləri, tezisləri dünyada və Türkiyədə müxtəlif universitetlərdə elmi tədqiqat mövzusuna çevrilmişdir.[1]*

Prof. Dr. Haydar Baş elm və təhsil sahəsində çalışmaqla yanaşı, həm də iş adamı, sənayeçi və tacir kimi də tanınmışdır. O, İPA A.Ş-nın bölgə müdürlüyü vəzifəsini icra etmiş, «Baş Şirketler Qrubu», «Baş Çelik Fabrikaları», «Baş Ticaret A.Ş» və «Baş Isı Sanayii» təşkilatlarının qurucusu olmuşdur. Hal-hazırda baş redaktoru olduğu «İcmal», «Öğüt» və «Mesaj» jurnallarının təsisçisi, Milli Mətbuat Qurultaylarını təsis edən Mətbuat Orqanının və Bağımsız Türkiyə Partiyasının (BTP) sədridir.

Prof. Dr. Haydar Başın bəlkə də bütün dünyanın müasir tələbatına çevrilmiş ən önəmli tezisi kapitalizmin qanunları altında əzilən xalqların tək qurtuluşu olaraq göstərilən «Milli Ekonomi Modeli» əsəridir. Bu model, istehlaka əsaslanan ilk və yeganə analitik tədqiqat olmaqla yanaşı, həm də davamlı inkişafı, gəlir bölgüsündə ədaləti və işsizliyin ortadan qaldırılmasını təmin etmək yollarını göstərən iqtisadi innovasiya modelidir. İlk dəfə İstanbulda, sonra Bakıda, Almaniyada, dörd dəfə Bursada, Rusiyada (Dumada), və Kiprdə gerçəkləşdirilən doqquz beynəlxalq iqtisadi konfrans ilə dünyaya tanıdılan bu tezis, yüzlərlə konfrans iştirakçıları tərəfindən araşdırılmış və belə bir nəticəyə gəlinmişdir ki, «Milli Ekonomi Modeli» kapitalizmin sona çatdığı günümüzdə tək qurtuluş yoludur və onun müəllifi Nobel Mükafatı almağa layiq olan bir namizəddir. Bu gün yüzdən çox ölkə tərəfindən qismən həyata keçirilən bu nəzəriyyə, kapitalizm və sosializm ilə yanaşı üçüncü böyük iqtisadi nəzəriyyə kimi, məşhur dünya iqtisadi nəzəriyyələri sırasındadır.[2]**

Beynəlxalq Bioqrafiya Mərkəzi onu dünyada sülhə, insan hüquqlarına, rabitə sənayesinə, iqtisadiyyat və digər elm sahələrinə verdiyi tövhələr ilə əlaqədar olaraq müxtəlif vaxtlarda bir çox mükafatla təltif etmişdir.[3]***

Prof. Dr. Haydar Başın 40-a yaxın əsəri vardır.[4]****


[1] * Illinois Üniversiteti (University of Illinois at Urbana – Champaign) Inten­sive English Institute “Prof. Dr. Haydar BAŞ”. Urbana – 2001; Dallas Üniversiteti İdarəetmə Fakültəsi. “An Alternative Prescription to the IMF’s Model for Economic Growth in Turkey (IMF metoduna alternatif ola­raq Türkiyədəki iqtisadi inkişafa bir resept)” Dallas-2002; ODTÜ (Sociology of Religion Fall Semester 1993. İCMAL, 1993); Sakarya Üniversiteti Fənn Ədəbiyyat Fakültəsinin Sosiologiya Bölümü (Haydar Baş’a görə ideal insan və onun cəmiyyətdə təzahürü, 1999); Erciyes Üniversiteti İlahiyyat Fakültəsi (Prof. Dr. Haydar Baş və Təsəvvüf, 1993); Uludağ Üniversiteti İlahiyyat Fakültəsi (Prof. Dr. Haydar Baş’ın Təsəvvüfi görüşləri, 1997).

Bu 11 beynəlxalq internet səhifəsində əks olunmuşdur: All Experts//en.allex perts.com. (The New York Times’ın sahib olduğu səhifə). \ 2- //lap.eu/economic_system AEuropen Direct Navigation website \ 3- //en.wikipedia.org (Dünyanın en böyük еnsiklopediyası). \ 4- //yawiki.org yawikitionary.com web dictionary 5- //en.wikivisual.com \ 6- //www.avoo.com \ 7- //www.halfvalue.com \ 8- //1bx.com/en/economic system \ 9- www.Gourt.com (gourt the home off all knowledge), İngiltərə mərkəzli \ 10- www.kerala.com (Hindistan mərkəzli) \ 11- www.knowledgehunter.info.

[2] ** Bu 11 beynəlxalq internet səhifəsində əks olunmuşdur: All Experts//en.allex perts.com. (The New York Times’ın sahib olduğu səhifə). \ 2- //lap.eu/economic_system AEuropen Direct Navigation website \ 3- //en.wikipedia.org (Dünyanın en böyük еnsiklopediyası). \ 4- //yawiki.org yawikitionary.com web dictionary 5- //en.wikivisual.com \ 6- //www.avoo.com \ 7- //www.halfvalue.com \ 8- //1bx.com/en/economic system \ 9- www.Gourt.com (gourt the home off all knowledge), İngiltərə mərkəzli \ 10- www.kerala.com (Hindistan mərkəzli) \ 11- www.knowledgehunter.info.

[3] *** Möhtərəm Liderlik Mükafatı», «Şərəf Sertifi­katı», «1994 Zirvədə Kim Kimdir», «Beynəlxalq Ləyaqət Birliyi», “Möhtərəm Liderlik”, «Beynəlxalq Tədqiqatçılıq Namizədi Medalı», «Beynəlxalq Ləyaqət Birliyi – Mükəmməl Şəxsiyyət» və başqa mükafatlar.

[4] **** Milli Ekonomi Modeli ve Kalkınma Projeleri; İmam Ali; Hz. Fâtımâ; Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler; Niçin Türkiye?; Hikmetin Sırları; Yaşayan Kur’an: Sünnet; Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı; Veda Hutbesinde İnsan Hakları; İslam’da Zikir; Âlemlere Rahmet Hz. Muhammed (iki cilt); Makâlât; Mektûbât; İslam ve Mevlana; İslamda Tevhid; İman ve İnsan; İslamda Kadın Hakları; Dua ve Evrad; Haccın Hikmetleri; İnsan-ı Kâmil ve Nefs Mertebeleri; Hıristiyanlık ve Yahudilik; Birliğe Doğru; Veda Hutbesi ve Evrensel Beyanname; Nefs Terbiyesi; Varoluşun Gayesi: Zikrullah; Dar Bölge Yaygın Kalkınma Modeli; Sosyal Devlet – Milli Devlet; İmam Hasan; İmam Hüseyin; İmam Zeynel Abidin; İmam Cafer es-Sadık; İmam Rıza; İmam Muhammed Bâkır; Tevhid’in Merkezi Ehl-i Beyt; Hac; Kapitalizmin Tarihe Gömülüşü: Rusya Devlet Duma’sında Milli Ekonomi Modeli Sunumu; Tüm Gayretimiz Birlik ve Kardeşlik İçin; İmam Hasan el-Askeri ve İmam Muhammed Mehdi.

Facebook-da MİM