Prof.Dr. Haydar Başın tərcümeyi-halı
Prof. Dr. Haydar Baş 1947-ci ildə Trabzon şəhərində anadan olmuşdur. İlk, orta və litsey təhsilini Trabzonda almışdır. 1970-ci ildə Kayseri şəhərində olan Erciyez Universitetinin nəzdində Ali İslam İnstitutunu bitirmişdir.
Bakı Dövlət Universitetində «Vida Xütbəsində insan haqları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək ilahiyyət elmləri doktoru alimlik dərəcəsini almış və həmin Universitetin «Şərq dilləri və Ədəbiyyatının Araşdırılması» fakültəsində «Ərəb dili və ədəbiyyatı» kafedrasında doqquz ildir ki, müəllimlik fəaliyyətinə başlamışdır. Elmi araşdırmalarını davam etdirərək «İslam və Hz. Mövlana», «Təsəvvüf tarixi», «Din sosiologiyası» və «Din Psixologiyası» movzularında hazırladığı əsərlərə görə Bakı Dövlət Universitetində «professor» elmi adına layiq görülmüşdür. Fransız, ərəb, fars və azərbaycan dillərini bilir.
Akademik araşdırmalarını və təhsil sahəsində fəaliyyətini davam etdirməklə yanaşı o, həmçinin yazıçı, iş adamı, istehsalçı və kommersant kimi də tanınmışdır.
Prof.Dr. Haydar Başın zəngin ömür yolunun bəzi səhifələri:
· Trabzon Zəkalı Müəllimlər Dərnəyinin sədri olmuşdur;
· Beş il Dovlət Litseylərində, iki il Kommersiya və İmam Xətib Litseyində müəllimlik etmişdir;
· İPA Anonim Şirkətinin bölgə müdiri olmuşdur;
· Baş Şirkətlər Qrupunun, Baş Dəmir-Polad Zavodları, Baş Ticarət A.Ş. və Baş İstilik Sənayesinin qurucusudur.
· İCMAL, ÖĞÜT və MESAJ jurnallarının təsisçisidir;
· Milli Nəşriyyat Qurultaylarının təşkilatçısı, Nəşriyyatın rəhbəridir;
· Bağımsız Türkiyə Partiyasının (BTP) sədridir.
Prof. Dr. Haydar Başın son dövrlərdə aktual problemlərə həsr olunmuş aşağıdakı əsərləri çap olunmuşdur:
1. «Milli Ekonomi Modeli və Kalkınma Projeleri»
2. «Dar Bölge Yaygın Kalkınma Modeli»
3. «Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler»
4. «Veda Hutbesinde İnsan Hakları»
5. «İslamda Kadın Hakları»
6. «Alemlere Rahmet Hz. Muhammed (sav)»
7. «Makalat»
8. «Mektubat»
9. «İslam ve Mevlana»
10. «İslamda Zikir»
11. «İslamda Tevhid»
12. «İman ve İnsan»
13. «İnsan-ı Kamil ve Nefs Mertebeleri»
14. «Haccın Hikmetleri»
15. «Hikmetin Sırları»
16. «Dua ve Evrad»
17. «Hıristiyanlık ve Yahudilik»
18. «Din Tahripçilerine Kuran-ı Kerimin Cevabı»
19. «Birliğe Doğru»
20. «Nefs terbiyesi»
21. «Varoluşun Gayesi: Zikrullah»
22. «Veda hütbesi və evrensel beyanname»
23. «Hikmetin sırları»
24. «Yaşayan Kuran: Sünnet»
25. «Niçin Türkiye?»
Prof. Dr. Haydar Başın ideya və tezisləri dünyada və Türkiyədə geniş yayılmış, müxtəlif univestitetlərdə onların öyrənilməsinə namizədlik və doktorluq dissertasiyaları, elmi araşdırmalar həsr edilmişdir. Aşağıdakıları buna misal göstərmək olar:
· İllions Universiteti (Universitety of Illions at Urbana - Champaign) Intensive English Institute “Prof. Dr. Haydar BASH” Urbana - 2001
· Dallas Universitetinin Sənaye Fakültəsi. «An Alternative Prescription to the IMF’s Model for Economic Growth in Turkey - IMF metoduna alternativ olaraq Türkiyədə iqtisadi inkişaf konsepsiyası. Dallas-2002.
· Orta Doğu Texnik Universiteti (ODTU) (Sociology of religion. Fall Semester 1993 İCMAL, 1994)
· Sakarya Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya kafedrası. «Haydar Başa görə ideal insan və onun cəmiyyətdə əksi». 1999.
· Erciyes Universiteti İlahiyyət fakültəsi. Prof. Dr. Haydar Baş və Təsəvvüf. 1993.
· Uludağ Universitetinin İlahiyyət fakültəsi. «Prof. Dr. Haydar Başın Təsəvvüf görüşləri». 1997.
Möhtərəm professorun Türkiyədə və dünyadakı proseslərlə əlaqədar hər zaman irəli sürülən və tarixin gedişi prosesində öz təsdiqini tapan bir çox elmi cəhətdən tutarlı, dəqiq fikir və tezisləri mövcuddur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
Prof. Dr. Haydar Baş «Milli Birlik və Bərabərliyin Təməl Ünsürləri» adlı silsiləli konfranslar ilə Türkiyədə və Avropada milli birlik və bərabərliyin əhəmiyyətini vurğulamışdır.
Türkiyənin Avropa Birliyinə üzvlüyünün çox müzakirə edildiyi 1980-ci illərdə elmi mühitin və iş dünyasının Birliyə üzv olmaqla əlaqədar qəti qərarına qarşı fərqli yanaşmanı yalnız möhtərəm Haydar Baş nümayiş etdirmişdir. 1986-cı ildə Berlində o, «Avropa Birliyi bizi aralarına qəbul etməyəcək» tezisini müdafiə etmişdir. Bu prosesin qarşısında fasiləsiz süni əngəllərin yaradılması həmin tezisin doğruluğunu təsdiq edir.
90-cı illərin əvvəllərində siyasətçi və ziyalılarımız ölkəmizin Avropanın Gömrük Birliyinə girməyimizi qələbə sayarkən, Prof. Dr. Haydar Baş «Avropa Birliyinə girmədən Gömrük Birliyinə daxil olmaq Türkiyənin əleyhinədir» demişdir. Hər il xarici ticarətdə 20 milyard dollardan çox mənfi ticarət saldosu verən ölkəmiz Gömrük Birliyinə üzv olduğuna görə bu günə qədər təqribən 150 milyard dollar zərər etmişdir.
Prof. Dr. Haydar Baş 2000-ci ildən sonra xüsusilə xroniki hal almış iqtisadi böhran və inflyasiyadan çıxış yolunu BVF və Dünya Bankının təlimatlarında, kreditlərində görən siyasi iradəyə qarşı çıxaraq bildirmişdir: «Aparılan iqtisadi siyasətlərlə infilyasiyanın dərinləşməsinin qarşısını almaq mümkün deyildir. Bu gedişat Türkiyəni batıracaq və Türk coğrafiyasını bazarlığa döndərəcəklər». Ölkəmizin siyasi və iqtisadi tələblər qarşısında getdiyi yol Prof. Dr. Haydar Başın proqnozlarıyla üst-üstə düşür.
ABŞ 1991-ci ildə İraqa hərbi müdaxilə edəndə «Bu hərbi müdaxilə İraqa qarşı olduğu qədər, son nəticədə məqsəd Türkiyəni parçalamağa yönəlmişdir» şəklində xəbərdarlıq etmişdir. Bu gün ABŞ-nın həyata keçirilən «Böyük Orta Şərq Layihəsi»nin məqsədi İslam coğrafiyasını ələ keçirmək və Türkiyəni parçalamaqdır.
Prof. Dr. Haydar Baş bir çox beynəlxalq elm və tədqiqat mərkəzlərinin 30-dan çox mükafatına layiq görülmüşdür. Onlardan bəziləri aşağıdakılardır:
1. Dünyada Sülh, İnsan Haqları və İqtisadiyyata xitmətlərinə görə verilən Möhtərəm Liderlik Mükafatı. Prof. Dr. Haydar Baş bu mükafatla Beynəlxalq Seçilmiş Liderlər Ensiklopediyasının 5-ci nəşrində yer tutduğu üçün Amerika Bioqrafiya İnstitutu tərəfindən təltif edilmişdir:
2. İnsan Haqları sahəsində göstərdiyi xidmətlərə görə Şərəf Sertifikatı - Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən verilmişdir;
3. 1994 «Zirvədə kim kimdir» mükafatı. Bu sertifikat Amerika Bioqrafiya İnstitutu tərəfindən ildə bir dəfə yalnız müəyyən sahədə xidmət edən bir elm adamına verilir.
4. Müasir İqtisadi Görüşün inkişafında etdiyi xidmətlərə görə Beynəlxalq Ləyaqət Birliyi Sertifikatı. Bu Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən verilən mükafatdır;
5. İnformasiya Sənayesində xidmətlərinə görə verilən Möhtərəm Liderlik mükafatı. Amerika Bioqrafiya İnstitutu tərəfindən verilmişdir.
6. Beynəlxalq Tədqiqatçı Heyəti mükafatı. Amerika Bioqrafiya İnstitutu tərəfindən verilən bu qızıl medal, uğurlu elmi araşdırmaları və müasir iqtisadi görüşləriylə xüsusi xidmətlərinə görə institutun tədqiqatçı üzvü olduğunu təsdiqləyir.
7. Beynəlxalq Ləyaqət Birliyi, Mükəmməl Şəxsiyyət (Excellantia) mükafatı
Bu mükafat Beynəlxalq Bioqrafiya Mərkəzinin yalnız yaşadıqları ölkələrdə nümunəvi həyat tərzi, şəxsiyyətləri və sosial münasibətləriylə təmsil edə bilən və buna səlahiyyəti çatan alimlərə verilir.