18 Noyabr - Bazar 18:06:27
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

RƏYLƏR

İqtisadi inkişaf mexanizminə yeni baxış

Müstəqillik yolu ilə inamla irəliləyən Respub­likamızın sosial iqtisadi tərəqqisi bütün digər bərabər şərtlər daxilində müasir iqtisadi biliklərin daha geniş yayılmasından və dərindən mənimsənilməsindən asılı­dır. Ölkəmizin gələcək inkişafına öz töhfəsini vermək istəyən hər kəs, ilk növbədə iqtisadiyyat blokunda çalı­şanlar iqtisadi fikir tarixindən yaxşı məlum olan nəzə­ri bilikləri, ideyaları, proqnozları bilməklə yanaşı, inkişaf prosesində yaranan yeni iqti­sadi bilikləri də dərindən mənimsəməlidirlər. Ekkles­siast təsadüfən deməmiş­dir ki, sivilizasiyanın tərəqqisi əvvəllər olduğu kimi yenə də biliyin tərəqqisi ilə daha çox bağlıdır.
Üçüncü minilliyə qədəm qoyduqdan sonra dönüb geriyə baxdıqda görürük ki, bəşəriyyət durma­dan inkişaf edir, yeniləşir. Tarixin dərinlik­lərində Şərq­dən başlayan böyük mədəniyyətlər müxtəlif mənəvi və maddi dəyərlərə əsaslansalar da bəşəriyyətin irəliyə doğru addımlamasına məlum töhfələr vermişlər. Son bir neçə yüz il ərzində bəşəriyyətin tarixdə görünməmiş sürətli inkişafı, elmi-texniki və texnoloji inqilablar Qərb mədəniyyəti və onun yaratdığı bazar iqtisadiyyatı ilə bağlıdır.
Lakin bəşər tarixinin gedişi göstərir ki, hər hansı bir mədəniyyət dünyada gedən proseslərə nə qədər müddət və necə öncülük etməsindən asılı olmayaraq, əgər onun əsas dəyərləri dəyişən zamanın tələblərinə uyğunlaşdırılmasa, çatışmaz­lıqları tənqidi şəkildə gözdən keçirilməsə o inkişafa təkan vermək əvəzinə, buxova çevrilə bilər.
Qərb mədəniyyətinin kapitalizm anlayışları çərçivəsində yaratdığı sosial-iqtisadi sistem orta əsrlər­dən bu yana bəşəriyyətin irəliyə doğru sürətlə irəliləmə­sində əsas aparıcı mexanizm olmuşdur.
Bu sistem eyni zamanda dövlətlərarası mühari­bələrə yeni təkan vermiş, dünyaya böhran­lar və inflyasiyalar xəstəliyi gətirmiş, dünya miqyasında və ölkə daxilində əhali təbəqələri arasında qeyri-bərabər­lik uçurumu yaratmış, qlobal ekoloji böhranı təhlükəli hala çatdırmışdır və s.
Bundan başqa tədqiqatlar göstərir ki, dünya iqtisadiyyatının inkişafında son dövrlərdə ciddi problemlər özünü göstərməyə başlamış, bir sıra qabaqcıl sənaye ölkələrinin iqtisadiyyatında ziddiyyət­lər artmışdır. Qərbin inkişaf etmiş ölkələrində ÜDM-un orta illik artım sürəti azalma meyli göstərir. Belə ki, həmin göstərici 50-ci illərdə rekord səviyyəyə yüksə­lərək 4,1% və 60-cı illərdə 5,0% təşkil etdiyi halda, 70-ci illərdə 3,1%, 80-ci illərdə 2,7% və 90-cı illərdə 2,2% qədər azalmışdır. Əmək məhsuldarlığının orta illik artım sürəti isə «Avro» zonasında 70-ci illərdə 3,9%-dən 80-ci illərdə 2,2%, 1990-1995-ci illərdə 2,6%, 1995-2000 illərdə 1,6% və 1995-2003 illərdə 1,2% enmişdir. Əmək məhsuldarlığının artım sürəti ABŞ-da da 1970-1995 illərdə azalma meyli göstərmişdir. Həmin göstərici 1995-2003-cü illərdə ABŞ-da 2,1% səviyyəsində yenidən sabitləşmişdir. 80-cı illər zəif inkişaf etmiş ölkələr üçün də ağır sınaq dövrü oldu. Bir sox müşahidəçilər həmin dövrü inkişaf üçün itirilmiş illər hesab edirlər. Latın Amerikası və Afrikanın əksər ölkələrində, bəzi Asiya dövlətlərində adambaşına gəlir və real əmək haqqı durmadan aşağı düşmüşdür. 90-cı illərin əvvəllərində həmin meyl qalmaqda davam etmişdir. İnkişafın bərpa olunması haqqında üçüncü dünyanın ümidlərinə istehsalın qlobal tənəzzülü və yığılmış xarici borcların dözülməz ağırlığı ağır zərbə vurdu. Sovet İmperiyasının yerində inşa edilmiş postsovet Respublikaları isə bir çox əsas iqtisadi göstəricilər üzrə 1990-cı il səviyyəsinə ancaq indi çatmaq üzrədir.
Təsadüfi deyildir ki, istər ayrı-ayrı ölkələrdə, istərsə də bütövlükdə dünya iqtisadiyyatında son dövrlərdə özünü göstərən durğunluqdan elmi və siyasi dairələrdə çıxış yolları axtarılmasına getdikcə daha çox diqqət ayrılır. Bu iqtisadçıların arasında yaranmış durğunluq və çətinliklərin əsas səbəbinə radikal şəkildə yanaşanlar, Adam Smitin sərbəst bazar prinsipinin əsas postulatlarına tənqidi münasibət bəsləyənlər kifayət qədər çoxdur. Bazar münasibətlərinin tanınmış tədqiqatçısı F.Bekbed isə daha da qabağa gedərək qeyd edir ki, azad bazar insanı azad etmir, istehsalçının iradəsini ona qəbul etdirir, onun şüuru ilə oynayır. Digər iqtisadçılar isə göstərirlər ki, sərbəst bazar iqtisadiyyatının doğurduğu kütləvi istehsal israfçılığın mənbəyi olmaqla insanın sağlamlığına mənfi təsir göstərir, ətraf mühiti qlobal miqyasda çirkləndirir, torpaq və suya, azon təbəqəsinə dağıdıcı təsir göstərir, bütün dünyada xammal böhranı yaratmış və onu daha da dərinləşdirir. «Həyatın reallıqları göstərir ki, bəşəriyyət artıq mövcud olma problemi ilə üz-üzə dayanmışdır» fikri də əsassız deyildir.
Bəşəriyyətin inkişafında yaranmış kritik vəziyyət, onun keyfiyyətcə yeni və daha yüksək inkişaf mərhələsinə daxil olması problemləri bütün mütərəqqi fikir adamları kimi dünya şöhrətli Türk alimi Prof. Dr. Haydar Başı da narahat edir. Onun nəşr etdirdiyi «Milli İqtisadi Model» kitabı bu narahatlığın məhsuludur.
Oxucuların mühakiməsinə təqdim edilən həmin kitabın ən böyük əhəmiyyəti onun tamamilə yeni təfəkkür tərzi əsasında iqtisadiyyatın aktual problem­ləri­nin və inkişaf mexanizminin kompleks şəkildə tən­qi­di nəzərdən keçirilməsi və qətiyyətlə yeni inkişaf mo­delinin təklif edilməsidir. Fikrimizcə kitab müasir iqtisad elminin və bazar iqtisadiyyatının nailiyyətləri ilə yanaşı çatışmaz­lıqları haqqında oxucuları dərindən düşündürə­cəkdir. Müəllifin əsas müddəaları ilə tanışlıq bəşəriyyətdə, ilk növbədə inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatı dövlətlərində iqtisadi inkişaf mexanizminin təxirə salınmadan təkmilləş­dirilməsi zəruriliyinə diqqəti və inamı artıracaqdır.
İqtisad elminin klassikləri və sonralar onların davamçıları tərəfindən əsası qoyulmuş bir çox fundamental nəzəri görüşlərə (Adam Smitin «iqtisadi insan», pulun mahiyyəti və funksiyaları, müqayisəli üstünlüklər nəzəriyyəsi və s.) başqa cür münasibət bəsləyən prof. Haydar Baş iqtisad elminin müasir dövrdə dərsliklərdə olan tərifiylə də razılaşmır. Belə ki, Amerikalı professorlar S. Fişer, R. Dornbuş və R. Şmalenzinin verdiyi tərifə görə iqtisad elmi cəmiyyətin məhdud ehtiyatlarla kimin üçün və necə istehsal etdiyini öyrənən bir elmdir. Prof.Dr. Haydar Baş isə sübut edir ki, ehtiyatlar məhdud deyil, insan ehtiyacları məhduddur. Qeyri-məhdud olan isə insanın tamahıdır. Onun fikrinə görə ehtiyatların məhdudluğu barədə tezis, azlığın daha da varlanmasına xidmət edir. Nə kapitalist, nə də sosialist anlayışlara uyğun gəlməyən bu tezis, iqtisad elminə və ona əsaslanan iqtisadi siyasətə köklü şəkildə yeni baxışdır. Təklif olunan Milli İqtisadi Model (MİM) məhz belə bir təməl üzərində formalaşmışdır.
Məlum olduğu kimi insanın öz tələbatından artıq dəyər, başqa sözlə izafi dəyəri yaratmaq qabiliyyətində olduğunu əslində kapitalist anlayış da, marksizm də qəbul edir. Kapitalist anlayışlar ehtiyatların məhdud olduğu prinsipini əsas götürür. Ancaq kapitalizmi sonsuz ehtiyatlar insanlar üçün faydalı olduğuna görə deyil, mənfəət gətirdiyi dərəcədə maraqlandırır. Tarixi təcrübə göstərir ki, deflyasiya və böhran zamanı azlığın mənfəəti daha yüksək olur. Marksizm isə bunun əksinə hesab edir ki, müasir mərhələdə elmin köməyi ilə insan təbiət üzərində ağalıq etməyə başlayır, bu isə «yeni dünyanın maddi əsasını» təşkil edir. Lakin, nə marksizmin, nə də kapitalist anlayışların yaratdıqları iqtisadi sistemlər Tanrının bəxş etdiyi, istər yüksək varlığın – insanın, istərsə də təbiətin sonsuz ehtiyat­larını dövriyyəyə kifayət qədər sala bilməmişdir. Ona görə də, Prof.Dr. Haydar Baş haqlı olaraq hesab edir ki, uzun müddət dünyada hökmran olmasına baxma­ya­raq, həmin sistem bəşəriyyət qarşısında duran üç əsas məsələni yəni gəlir bölgüsündə tarazlığı, davamlı inkişafı və daimi tam məşğulluq problemlərini həll edə bilməmişdir. O, dünyada ehtiyatların məhdud olması və ehtiyacların qeyri-məhdudluğu haqqında yanlış fikirlə razılaşmır və hesab edir ki, bu yanlış fikirlər əslində cəmiyyətin az bir hissəsinin maraqlarının təmin olunmasına yönəlmişdir.
Oxucuların mühakiməsinə təqdim olunan kitab 9 fəsildən ibarətdir. Birinci fəsildə təklif olunan Milli İqtisadi Modelin fəlsəfi əsasları verilmişdir. Müəllif Milli İqtisadi Model nədir? – sualını qoyaraq, onun zəruriliyini və mahiyyətini inandırıcı arqumentlərlə əsaslandırır.
Prof.Dr. Haydar Baş belə bir düzgün qənaətə gəlmişdir ki, kapitalist anlayışların əsas çatışmazlığı insan amili ilə bağlıdır. Belə ki, kapitalizmin yenicə formalaşmağa başladığı dövrdə «insan cəmiyyətin əsil sərvəti» hesab edildiyi halda (U.Petti), sonralar bu anlayışa münasibət dəyişmişdir. D.Rikardo insan əməyini dəyərin və sərvətin yeganə mənbəyi hesab etsə də, başlıca istehsalçı olan insanın özünü cəmiyyətin əsas sərvəti anlayışına daxil etmirdi. T.Maltus isə daha da qabağa gedərək belə bir nəzəriyyə irəli sürdü ki, təbii sərvətlər məhdud olduğu üçün guya insanın gücsüzlüyü getdikcə artır, əhalinin artımı isə kasıbçılığın əsas mənbəyinə çevrilir. Prof.Dr.Haydar Başa görə, «kapitalizm sistemi insanı anlamaq yerinə, öz sisteminə uyğun bir insan tərifi vermişdir». Marksizm isə nəzəriyyədə insan amilinə yüksək qiymət versə də, real həyatda onun zəngin potensialından kifayət qədər istifadə edə bilməmişdir. Məhz bu amil Sovet İmperiyasının çökməsində önəmli rol oynamışdır. Bununla əlaqədar olaraq, Prof. Dr. Haydar Baş tarixi əhəmiyyəti olan çox mühüm bir nəticəyə gəlmişdir. Yəni indiyə qədər mövcud olan bütün iqtisadi modellər insanların qabiliyyətindən tam istifadə etmədikləri üçün dünyada ehtiyatların sonsuz olmasına baxmayaraq insanlığın böyük əksəriyyəti yoxsulluq içərisində yaşayır.
Belə bir şəraitdə insanlığın düçar olduğu durğun­luqdan və neqativ qlobal problemlərdən can qurtar­ması, üçüncü minillikdə keyfiyyətcə yeni inkişaf mərhə­ləsinə daxil olması bəşəriyyətdə yalnız ümumi insani dəyərlərə üstünlük verilməsi ilə mümkündür.
«İqtisadi siyasətlərin məqsəd və məzmununu təşkil edən insana daha gözəl həyat və rahatlıq bəxş edilməlidir» tezisini irəli sürən Prof.Dr. Haydar Baş qətiyyətlə qeyd edir. «İnsanla bağlı bir modeli həyata keçiririksə, onun işinə müdaxilə etməyən, onu uzaqdan seyr edən və ya onun istəklərini məhdudlaşdıran deyil, əksinə onun seçimlərini həm özünün həm də cəmiyyətin lehinə faydalı edən bir anlayışı tətbiq etmək məcburiyyətindəyik». Bu isə istər ayrı-ayrı ölkələrdə, istərsə də bütün dünyada ictimai inkişafın bir çox mərhələləri haqqında köhnəlmiş streotiplərin dəyişdirilməsi ilə mümkündür.
Mövcud sistemin ayrı-ayrı detallarının başqası ilə əvəz edilməsi problemi köklü sürətdə həll edilə bilməz. Ona görə də ictimai-iqtisadi inkişafın reallıqları, onun xarak­terik cəhətləri, müasir dövrdə yaranmış prob­lemlər haqqında ümumi təsəvvür dəyişməli, cəmiyyətin gələcək inkişafı tələblərinə uyğunlaşdırıl­malıdır. Bunu elmi texniki və texnoloji inqilabların müasir inkişaf mərhələsi də tələb edir. Prof.Dr. Haydar Baş öz qarşısına məhz belə bir nəcib məqsəd qoymuşdur.
Kitabın ikinci fəsli «Milli İqtisadi Modeldə ehtiyatlara təməl baxış tərzi» adlanır və burada müəllif inandırıcı dəlillərlə ehtiyatların qeyri-məhdud oldu­ğunu əsaslandırır, bu ehtiyatlardan səmərəli istifadə olunmasının insanın keyfiyyətindən asılı olduğunu xüsusi vurğulayır. Problemlərə yeni təfəkkür tərzi ilə yanaşan alimi daha çox həmin problemlərin həlli yolları maraqlandırır. Prof. Dr. Haydar Baş qeyd edir: «Milli İqtisadi Modeldə nəzərdə tutulan ideyaları reallaşdırmaq üçün bizə yardım edən çox mühüm qüvvə vardır: pul və dövlət».
Cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin etmək üçün o, artıq hamıya məlum olan həmin hər iki mühüm mexanizmə yeni yanaşma tərzi təklif edir. Bəşəriyyətin inkişaf ta­ri­xin­də onların hər ikisinə bu və ya digər dərəcədə bö­yük önəm verilmişdir.
Kitabın üçüncü fəslində iqtisadi inkişafda pulun rolu, onun mahiyyəti və funksiyaları təhlil edilir, ye­ni pul tənliyi əsaslandırılır, pul emissiyasına ta­ma­milə yeni baxış formalaşdırılır.
Bazar iqtisadiyyatının inkişafında pulun nə də­rə­cədə mühüm rol oynadığı məlumdur. O da məlum­dur ki, bazar iqtisadiyyatı inkişaf etdikcə onun rolu da, ona verilən əhəmiyyət də artır. Lakin bu marağın artması ilk növbədə və daha çox bazar iqtisadiyyatında pulun təbiətindən irəli gələn infilya­siya kimi ağır xəstəliklərin müalicə olunması zərurəti ilə əlaqədardır. Fikrimizcə müasir iqtisadi nəzəriyyədə monetarizm adlanan yeni cərəyanın mühüm tarixi xidməti pulun əmtəə istehsalı və dövriyyəsinə, iqtisadiyyatın inkişafına əks təsir etmək imkanının dərk edilməsi və dövlətin iqtisadi siyasətində monetar mexanizmin rolunun artırılması ideyaları təşkil edir. Lakin bununla yanaşı o da məlumdur ki, geniş imkanlara malik olan pul kateqoriyasından müasir dövrdə kifayət qədər istifadə edilmir və o daha çox bir qrup insanlara xidmət edir. Cəmiyyətdə mövcud olan bütün ehtiyatların aşkara çıxarılması və onun hər bir üzvünün maraqlarına cavab verən şəkildə işlədilməsi üçün həqiqətən pulun mahiyyəti, rolu, formaları və fəaliyyət mexanizminə yeni yanaşma tərzi tələb olunur. Ona görə də Prof.Dr. Haydar Başın «Əməyi dövriy­yəyə salan, istifadə edilməyən yeraltı və yerüstü sərvət­ləri hərəkətə gətirərək iqtisadi dəyəri forma­laşdıran, istehlakçının ehtiyaclarını tələbə çevirən, potensial tələ­bi istehlaka çevirən, bazarda formalaşan tələbə ca­vab verən, istehsalı fəallaşdıran, istehsal amillərini sürətlən­dirən, istehsal və istehlakda təhrik amili, mal və xidmətin müqabili olan, maliyyə dəyəri olmayan pul, iqtisadiyyatda hər şey deməkdir».
Həqiqətən də makroiqtisadi tarazlığın pozulma­sında və əhali təbəqələri arasında gəlirin qeyri-bərabər bölgüsündə mövcud şərtlər daxilində fəaliyyət göstərən pul amili müstəsna rol oynayır.
Hələ keçmiş zamanlardan bəlli olan pul ilə pul qazanmaq və yaxud Azərbaycan dilində yaxşı bilinən pul möhtəkirliyi bir çox ictimai xəstəliklərin mənbə­yidir. Yunan filosofu Aristotel iqtisadiyyatı xrestoma­tikadan fərqləndirirdi. Onun fikrinə görə «İqtisadiyyat həyat üçün zəruri yaxud da ev və dövlət üçün faydalı olan şeyləri əldə etmək, yaratmaq məharətidir». Bunları o, əsil sərvət hesab edirdi. Aris­to­telə görə xres­to­ma­tikada sərvətin mənbəyi tədavül, məqsədi isə qeyri-məhdud dərəcədə varlan­maq­dır. O, buna yol verməməyə çağırırdı.
Ona görə də yeni təklif olunan Milli İqtisadi Modelin hakim ünsürü gəlir bölgüsündə tarazlığı pozan pul və pul qazanmaq əvəzinə, cəmiyyətin hər təbəqəsinə fayda verən istehsal ilə pul qazanmaq məntiqidir.
Prof. Dr. Haydar Başın araşdırmalarında sərbəst bazar və dövlət anlayışlarına xüsusi önəm verilir, onlara fərqli prizmadan baxılır. Onun fikrinə görə mövcud iqtisadi sistemdə «dövlət qlobal sərmayənin faizlə satdığı pulu qoruyan və faiz gəlirlərini ödəmək üçün əhalidən vergi toplayan bir iradədir» O bazarların sərbəstliyi prinsipinin əleyhinə çıxır və hesab edir ki, «bazarların sərbəstliyi adı altında ehtiyatlar bir neçə qlobal sərmayə qrupunun nəzarətinə verilir. Onun yeni təklif etdiyi «Milli İqtisadi Model ehtiyatların və pulun bir qrup əllərdə toplanmasına qarşı çıxaraq, hamının rifahını təmin etməyə çalışır, pulun sərbəst dövriyyəsinə, layihəsi olan hər kəsin istehsalla məşğul olmasına zəmin yaradır.
Prof.Dr. Haydar Başın kitabının dördüncü və beşinci fəsilləri Milli İqtisadi Model ilə gətirilən yeni prinsiplər əsasında mikro və makro təhlilə həsr edilmişdir. İnflyasiya, deflasiya, faiz, gəlir bölgüsündə olan qeyri-bərabərlik kimi iqtisadi inkişafın təməl problemlərinə yeni baxış kitabın altıncı fəslində yer alır.
Yeni təklif olunan «Milli İqtisadi Model»in praktikada necə tətbiq olunması haqqında konkret tövsiyələr «Milli İqtisadi Modeldə iqtisadi siyasət» adlanan yeddinci fəsilə toplanmışdır. Burada çıxış nöqtəsi kimi dövlətin iqtisadiyyata müdaxiləsi problemi əsas götürülür.
Müəllif hesab edir ki, inkişaf edən iqtisadiyyatda həmişə istehsal ilə istehlak arasında məlum dərəcədə kəsir mövcuddur və həmin kəsirə müdaxilə edilməzsə tarazlıq yaratmaq mümkün deyildir. Bu müdaxilə isə dövlət tərəfindən aparılmalıdır. Milli İqtisadi Model çərçivəsində sosial-iqtisadi həyata müdaxilə edən dövlət modelini müəllif «sosial dövlət modeli» adlan­dırır. O, dövlətin iqtisadi funksiyasını yalnız istehsal ilə istehlak arasında tarazlığın yaradılmasında gör­mür. Bu funksiyanı o daha geniş təsəvvür edir. Döv­lət həmçinin sərmayə bazarlarını tənzimləməli mil­lətə aid olan yeraltı və yerüstü sərvətlərin və­təndaşların istifadəsinə verilməsini təmin etməli, ka­pital qoyuluşları və istehsalın maliyyələşməsi məq­sədilə öz vətəndaşlarına faizsiz kredit verməli, istehsalçılar üçün bazarın formalaşdırılması məqsədilə tədbirlər görməlidir. Bunlardan başqa dövlət bazar­larda bir alıcı kimi çıxış edərək büdcə xərcləri ilə sənayeçiləri dəstəkləməlidir. Milli İqtisadi Model çərçivəsində dövlətin çox mühüm vəzifələrindən biri qabaq­cıl texnologiya və kapital tutumlu digər sahə­lərdə istehsalçı kimi bazarda mövqe tutması, mənfəət gətirməyən infra­struk­tu­ra­ya kapital qoyuluşlarını həyata keçir­məsi­dir. O yerli sənayeni qorumaq üçün gömrük tənzim­ləmə­lə­ri və anti-dempinq siyasə­tin­dən aktiv istifadə et­mə­lidir. Bu tədbirlər arasında əsas yenilik istehsal­çı­lara faizsiz kredit verilməsidir. Bu kreditlərin isə sen­yoraj ad­lan­dırı­lan milli­ pul emis­siyasından əldə edilən gəlirlərlə ödə­nil­məsi nəzərdə tutulur.
Hesab edirik ki, bu fəsildə maliyyə, vergi, pul, məzənnə, xarici ticarət siyasəti sahəsində irəli sürülən yeni fikir və tövsiyələr oxucularda dərin maraq doğuracaqdır. Şübhə etmirik ki, «Milli İqtisadi Modelin ehtiyatlarına Türkiyə misalında ümumi baxış» adlandırılan səkkizinci fəsil də oxucuların dərin marağına səbəb olacaqdır. Bu fəsil imkan verəcəkdir ki, oxucular Türkiyə gerçəklərini Azərbaycandakı durum­la müqayisə etsinlər.
Prof. Dr. Haydar Baş Milli İqtisadi Model haqqında öz görüşlərini belə yekunlaşdırır: «MİM digər modellərdən ilk növbədə insan və dövlətə münasibətinə görə fərqlənir. MİM-də insan ehtiyacları məhdud, ehtiyatlar isə qeyri-məhduddur. İnsanın ehtiyacları deyil, tamahı qeyri-məhduddur. MİM insa­nın məhdud ehtiyaclarının qeyri-məhdud ehtiyatlar ilə ödənilməsi haqqında görüşlər toplusudur. MİM ölkə­lərin inkişafını və tam müstəqilliyini qarşısına məqsəd qoyan və bunun üçün lazım olan formulları ortaya qoyan baxışdır».
Bunlarla yanaşı, məlum olduğu kimi abstrakt düşüncə mürəkkəb və ziddiyyətli ictimai-iqtisadi pro­ses­lərdə mövcud olan qarşılıqlı təsir ünsürlərini bəzən tam dəqiqliyi və təfərrüatı ilə nəzərə ala bilmir. Təqdim olunmuş konsepsiyada abstrakt idrak üsulu­nun məhsulu olan və irəli sürülən yeni fikirlər şübhəsiz bö­yük əhəmiyyət kəsb etməklə mübahisəli məqamlar da mövcuddur. Biz bu məqamları oxucu­ların sərbəst müha­kiməsinə təqdim edirik və onlardan yalnız biri üzərində dayanmaq istəyirik.
İqtisadi sistem, yoxsa iqtisadi model? Dünya iqtisadi ədəbiyyatında iqtisadi sistem iqtisadi modeldən fərqləndirilir. İqtisadi sistem dedikdə cəmiyyətdə mövcud olan əmlak münasibətləri və təşkilat formaları əsasında baş verən bütün iqtisadi proseslərin cəmi həmin cəmiyyətin iqtisadi sistemi hesab edilir. İqtisadi sistemin əsas ünsürləri – iqtisadi ehtiyatlar və iqtisadi fəaliyyətin nəticələri üzərində mülkiyyət formalarına əsaslanan sosial-iqtisadi münasibətlər; iqtisadi fəaliy­yətin təşkili formaları; mikrosəviyyədə iqtisadiyyatın tənzim­lən­­məsi üsulları; iqtisadi subyektlər arasında konkret iqtisadi əlaqələrdir. Son 150-200 il ərzində dünyada müxtəlif iqtisadi sistemlər mövcud olmuşdur: 1) İki bazar iqtisadiyyatı sistemi-azad rəqabətin hökmran olduğu bazar iqtisadiyyatı (xalis kapitalizm) və müasir bazar iqtisadiyyatı (müasir kapitalizm); 2) İki qeyri-bazar iqtisadiyyatı sistemi: ənənəvi və inzibati amirlik sosialist sistemi.
Adları çəkilən iqtisadi sistemlər çərçivəsində bir çox iqtisadi inkişaf modelləri mövcud olmuşdur. Məsələn, müasir bazar iqtisadiyyatı sistemi daxilində: Amerikan modeli, Yapon modeli, İsveç modeli və s. Sosializm sistemində isə Sovet modeli, Çin modeli və s. mövcud olmuşdur.
Bizim qənaətimizə görə təklif olunan iqtisadi mexanizm özündə çoxsaylı radikal yenilikləri birləş­dirən və dünya tarixində ilk dəfə M.Kamal Atatürk tərəfindən irəli sürülən «qarışıq (karma) iqtisadiyyat» iqtisadi sisteminə uyğun gəlir. Çünki bu sistemdə xüsusi və dövlət mülkiyyəti (birinci üstünlük təşkil etsə də) paralel fəaliyyət göstərir. Burada iqtisadi fəaliy­yətin tənzimlənməsində dövlətin rolu yüksəkdir.
Prof. Dr. Haydar Başın «Milli İqtisadi Model» konsepsiyası inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin gələcək inkişafı üçün praktik əhəmiyyətli fikirlərlə zəngindir. Hesab edirik ki, onun irəli sürdüyü fikirlərin çoxu ölkələrin iqtisadi fikirlər xəzinəsində özünə layiqli yer tutacaqdır.
Kitabın böyük əhəmiyyəti bir də onunla əlaqədardır ki, müəllifin təklif etdiyi yeni iqtisadi modeldə hadisələrə və proseslərə Qərb gözü ilə deyil, müsəlman – türk insanının malik olduğu ölçü ilə baxılır. Bu Şərqdə formalaşan yeni özünü dərketmə prosesinin əsasını qoya bilər.
O, bəşəriyyət qarşısında yaranmış problem­lərə radikal tənqidi münasibət bəsləməklə kifayət­lənmir, bəşəriyyətin xüsusilə inkişaf etməkdə olan ölkə­lərin inkişafının sürətləndirilməsini təmin et­mək üçün yeni yanaşma tərzi formalaşdırır, yeni iqtisadi mexanizm yaratmağa çalışır.
Vurğulamaq lazımdır ki, kitabda irəli sürülən yeni fikirlər iqtisadi düşüncənin təkamülündə böyük əhəmiyyətə malikdir. İqtisadi siyasətdə onla­rın siyasi iradə tərəfindən tətbiqi ölkələrin qey­ri bərabər inkişafının qarşısının alınmasında yoxsul­lu­ğun aradan qaldırılmasında bir çox qlobal problemlərin həllində dönüş nöqtəsi ola bilər.
İqtisad elmində problemlərə cəsarətli və yeni yanaşma tərzi, konstruktiv düşüncələr həmişə dərin maraq doğurur, çoxlu suallar meydana gətirir. Hesab edirik ki, kitabı Azərbaycan oxucuları dərin maraqla qarşılayacaqlar.
Kitab universitet tələbələri, magistrlər, aspi­rant­lar, iqtisadçılar, sosial sahədə çalışan mütəxəssislər, fi­losof və politoloqlar, ümumiyyətlə geniş oxucu küt­ləsi üçün faydalıdır.

Ziyad Səmədzadə,
AMEA həqiqi üzvü, iqt. e. d., professor

Dünyamalı Vəliyev Azərbayjan
Universitetinin «İqtisadi Nəzəriyyə»
kafedrasının müdiri, iqt. e. n., dosent

 

İqtisadiyyat yenidən yazılır

İnsan təbiəti qısa və xoşbəxt dövrlər nəzərə alınmazsa daima tamahı ön plana çəkmişdir. Bunun nəticəsində hökmran mövqedə olanlar iqtisadi ri­fah içərisində, digər hissəsi isə səfalət və yoxsulluq içəri­sində yaşayaraq öz taleləri ilə barışmışlar. İdarə edənlərlə aclıq çəkənlər arasındakı kütlələr qabiliy­­yətinə uyğun olaraq özlərinə pay qoparmış və bu məqsədlə idarə edənlərə yaxın olmağa çalışmışlar. Orta təbəqə adlanan bu əhali qrupu həmişə dövlətin üzərində təsir qüvvəsinə malik olmuşlar. Cəmiy­yə­tin iqtisadiyyatı onları idarə edən hökmdarların şəx­si əmrləri ilə yönəldilmiş və beləliklə, təsərrüfatçılıqda hər hansı bir qanuni qaydalar olmamışdır. Qanunlar başda duran şəxsin təbiətinə, xarakterinə, əxlaqına, ağlına və qabiliyyətə uyğun olaraq veri­lən əmr və direktivlər ilə təsdiqlənirdi. Tarix boyunca güclü dövlət olmağın əsas şərti ədalətli bölgü olmuşdur. İstismarçı sistemin qurucuları olan kapita­list ölkələr qloballaşma adı verdikləri, əslində isə istismarçı bir sistemlə inkişaf etməkdə olan ölkələrin bütün ehtiyatlarını ələ keçirmək əməliyyatlarını sürətlə həyata keçirirlər.
İstismar sistemi bəşər cəmiyyəti ilə birlikdə davam etməkdədir. Güclü olan daima istismar etmiş, zəif olan isə həmişə kölə kimi əzilmişdir. Yüz əlli il­dir kapitalist sistemi, müharibələr, iqtisadi cəhətdən borclandırma, özəlləşdirməyə təşviq və hökm­et­mə yolu ilə həyata keçirilir. Bütün ehtiyatları tükənmiş olan və çox inkişaf etmiş hesab edilən ölkələrin yaşamasına səbəb inkişaf etməkdə olan ölkələrin ehtiyatlarıdır. Bu ehtiyatların məhdudlaşdırılması vəziyyətin tamamilə tərsinə çevrilməsi de­mək olardı.
Son yarım əsrdə hərbi müdaxilədən çox, sülh və bə­rabərlik ideyası ilə texnoloji üstünlüklərini bütün dün­­ya ilə paylaşmaq istədikləri yalanını vasitə kimi istifadə edən inkişaf etmiş ölkələr, geri qalmış, la­­kin əslində xəzinələr üstündə oturan ölkələri qlobal­laşma cəhdləri ilə ələ keçirməyə çalışmışlar. Qlo­­ballaşmanın bir şərti olan özəlləşdirmə yolu ilə öl­kələrin gəlir gətirən sahələrini, strateji əhəmiyyəti olan qurumlarını ələ keçirirlər. Ölkədə nüfuzlu olan iri yerli şirkətlər əvvəlcə qlobal tanınmış şirkət­lərlə şərik olurlar. Daha sonra isə onları təkbaşına ələ keçirirlər. Bütün bu cəhd və planlarla inkişaf etməkdə olan ölkələrin istehsalını ələ alaraq, inkişaf və rəqabət mübarizəsini azaltmağa çalışırlar. İnkişaf etməkdə olan ölkələrin böyük miqdarda yeraltı sərvətləri qlobal güclərə aid böyük şirkətlə­rin himayəsinə keçmiş və yaxud da keçmək istiqamətindədir. Pul siyasətləri tamamilə BVF və Dün­ya Bankına təslim edilmiş, emissiyaya heç bir mü­daxilə imkanı olmadığından bütün əmək və istehsal da qlobal istismarçıların əlində cəmlənmişdir. Senyoraj hüququ onlara xarici valyuta kimi faiz­li borc formasında verilir. Belə vəziyyətdə bütün insanlar qlobal güclərdən asılı vəziyyətə düşməkdədir.
Bura qədər izah olunanlar qlobal və ya kapitalist iqtisadiyyatın görünən mənzərəsidir. Qlobal güc­lərin ən çox çəkindiyi milli dövlətlər olduğu üçün onlar əvvəlcə hədəf olaraq milli dövlətlərə hü­cum planları hazırlayır, həyata keçirirlər. Özəlləş­dir­mə və kreditlə borclandırma təhrikləri, mədəniy­yətlərarası əməkdaşlıq bu planların əsasını təşkil edir. Milli İqtisadi Model bu məqsədlə milli döv­lətin olmasını tələb edir və qlobal­laşmanı aradan qal­dı­rılma tədbirlərindəndir.
Kapitalist iqtisadiyyatının asanlıqla tətbiq edilməsi üçün elm üzərinə qoyulmuş iqtisadi modellər vasitəsi ilə bütün ölkələr şirin xəyallara qərq edilir. Ona görə də bu əsər həqiqəti ortaya çıxararaq mövcud iqtisadi nəzəriyyələri, tətbiq edilmə təməlini xalis riyazi formullarla alt-üst edir, hər xalqın eyni şərtlərlə iqtisadi inkişafını tənzimləyir.
Milli İqtisadi Model istehlak yönlü bir modeldir. Yəni cəmiyyəti təşkil edən fərdlərin hamısını məlum bir gəlir səviyyəsinə çatdırılmasını hədəf kimi götürür. Bunun nəticəsində qlobal güclərin kiçildərək ortadan qaldırmaq istədiyi dövlətlər bu modellə təkrar böyük və güclü dövlətə çevriləcəklər. Cəmiyyətdə kasıb, ac, işsiz qalmayacaqdır. Hər kəsin əsas ehtiyacları ödənilərək dövlət sosial bir dövlət olacaqdır. Ölkənin hər cür qaynaqları dövlət – millət əməkdaşlığı ilə istifadə ediləcəkdir. Milli İqtisadi Model özlərini təmin edə bilən ölkələrin üstün sahələrinə müdaxilə edərək, özlərindən asılı hala salan kapitalist ölkələrin hər cür müdaxilələrini heçə endirəcəkdir. Kənd təsərrüfatında, meşəçilikdə, heyvandarlıqda və hər cür istehsalda xalq ilə birlik, vergi almaq əvəzinə faizsiz kreditlərlə xalqına dəstək verilməsi və ən əhəmiyyətlisi isə hər sahədə fərdlərə təqaüd hüququnun tanınması, istehsal etdik­ləri bütün məhsulların reallaşmasına zəmanət verən tam bir sosial dövlət olacaqdır. Modellə istismar etmək və istismar olunmaq aradan qalxacaqdır. Bu­nun yerini ədalətə əsaslanan həmrəylik və bölüş­dürmə mühiti tutacaqdır.
İqtisadiyyat cəmiyyətdən cəmiyyətə ötürülən, mövcud mədəniyyət strukturuna görə dəyişməsi zəruri olan bir təməldir. İllər boyunca Xristian mədəniy­yətinin əsası olan iqtisadi siyasətin tətbiq edilməsi bizi çıxılmaz vəziyyətə salmışdır. Kapitalist sistemin pul və faiz siyasəti, pul ilə pul qazanmaq imkanları yara­daraq pulun məlum mərkəzlərdə cəmləşməsinə səbəb olmuşdur.
Milli İqtisadi Modeldə isə tətbiq olunan sistem bizim mədəniyyətimizin bir məhsuludur. Gəlir bölgüsündə müvazinət, davamlı artım və tam məşğulluq ahəngdar şəkildə reallaşmış olur. Sosial dövlətin yaradılmasının əsas şərtləri də bunlardır. Faizin aradan qaldırılması inflyasiyanın baş verməməsinə səbəb olur. Bizim mədəniyyətimizdə yalan danışmaq qadağandır. Bu real olduğu halda liberal iqtisadiyyatın vergi almaq texnikası xırda sənətkarların özünü qoruyub saxlamaq üçün yalan danışmağa məcbur edilmişlər. Belə davranışa xalqımızın böyük əksəriyyəti vadar edilmişdir. Bu səbəblə mənəvi günahkarlıq anlayışı mövcuddur. Milli İqtisadi Modeldə yüz milyarddan az qazanan şəxsdən vergi alınmayacaqdır. Bu isə xalqımıza özünə güvənmək və inam xoşbəxtliyini yaşadacaq və insanlar daha çox imkanlara sahib olmaq üçün inkişaf uğrunda çalışmaqda davam edəcəklər.
Bunu açıq söyləməkdə fayda görürəm. Kapitalist sistemə görə iqtisadiyyat insanın sonsuz ehtiyaclarını qarşılamaq üçün məhdud imkanlardan istifadə edərək müəyyən edilir. Bu təyinata əsaslanan iqtisadiyyat öz xalqının mənfəəti üçün digərlərini əzəcəkdir. Elə buna görə də dünyada istismar, müharibə, işgəncələr və haqsızlıqlar hakimdir. O da məlumdur ki, insanın ehtiyacları hüdudsuz deyil, əksinə yaradıldığı kimi bir əlin barmaqlarının sayı qədər də deyildir. Yemək, içmək, geyinmək, ailə qurmaq və s… Amma ona verilən imkanlara baxarkən, bütün ehtiyaclarına qarşılıq olmayacaq qədər çox alternativlər və bolluq vardır. Seç, seç ye, seç al, bəyən, bəyən geyin. Deməli iqtisad elmi deyilən və xalqı yanlış bir təyinata istiqamətləndirən, uğrunda müharibələr aparılan, milyonlarca əsərlər yazılan, saysız tələbə və müəllim hazırlanan və son nəticədə isə heç olduğu Prof. Dr. Haydar Baş tərəfindən cəsarətlə göstərilən təməlsiz elmin – bəşəriyyətin adına tam bir «Qalmaqal» olduğu həqiqəti ilə üz-üzə qalmışıq. Təcrübədə görünür ki, əhalinin yalnız on faizi bu iqtisadiyyatdan fayda götürmüş, geridə qalanlar isə daima əzilmişlər. Halbuki bunun tamamilə əksinə olması, hamının rahat həyat yaşaması xalqlar üçün idealdır.
Prof. Dr. Haydar Başın yazdığı və illər boyu bəyan etdiyi Milli İqtisadi Modeli ilk əvvəl iqtisadiyyatı – hüdudsuz imkanları, insanın məhdud ehtiyacları üçün istifadə elmi kimi müəyyən etmişdir. Həqiqət bu olduğuna görə kapitalizm ehtiyacların deyil, tamahın ödənilməsinə çalışmışdır. Bu səbəblə illər boyu elm tərəfindən xarab bir sistemin nəzəriyyələri hazırlanmış və bütün insanlar bunu elm hesab edərək tətbiq etmişlər. Texnologiya sahəsində qabaqda gedən xalqlar qloballaşma boşboğazlıqları ilə geridə qalmış və qlobal güclərin tamahını ödəyən xalqlardan rəsmi olaraq sui-istifadə etmişlər.
Hüdudsuz imkanları xalq qarşısında açmış milli iqtisadi modelin yeni dövləti- vergi toplayan, sələmçilik edən və millətini qlobal güclərə kölə edən bir dövlət halından çıxarır və xalqına sahib duran, onlardan vergi almaq əvəzinə onlara maddi imkanlar yaradan, istehsala kömək edən, bir istehlak cəmiyyəti ortaya çıxaran sosial dövlət halına gətirmişdir. Fərqlilik terminini tamamilə lüğətdən çıxaran, hər fərdin gərəkli ehtiyaclarını kiməsə möhtac olmadan ödəyən bir dövlətin olmasını təmin edir. Eyni zamanda pulu sadəcə bir mübadilə və dəyər saxlama vasitəsi olmaqdan çıxarmış, ona inkişafa təhrik ünsürlüyü, mal və xidmət qarşılığı olma xassəsi qazandırmışdır. Yəni pulu pul edən də yenə Prof. Dr. Haydar Baş olmuşdur. Əsər bu tədbirləri bütün dünyanın qarşısına çıxarır.
Dönüb arxaya ibrət ilə baxdıqda əsrlər boyu insanlara iqtisad elmi kimi öyrədilən, on minlərlə məqalə yazılan, konfranslar təşkil edilən, ən əsası isə saysız-hesabsız magistr və doktorlarluq dissertasiyaları yazılaraq indiki vəziyyətə çatdırılan və son nəticədə milyonlarla insanı pərişan edən bir yalana əsaslanan və qloballaşmaya dəstək verən iqtisadi modeli yaradanları və tətbiq edənləri öz insafına buraxıram. Onlar qarşısında həqiqi və güclü model gördüyüm üçün elm adamı olaraq millətin adından fəxr edirəm.
İnkişaf etməyən qlobal bataqlıqda inkişaf etmək üçün çalışdıqca daha da geri qalan xalqlara müjdə olsun. Milli iqtisadi model ilə milli sosial dövlət layihəsini ortaya atan, zəif dövləti deyil, hər işdə xalqı ilə eyni şərtlərdə əl-ələ olan güclü bir dövləti tanıdan bu əsər qurtuluşunuza səbəb olacaqdır. Bunu əsla unutmayın. Bu model iqtisadiyyatda bir alternativ model deyildir. Yuxarıda izah olunduğu kimi təməli səhv olan bir modelin alternativi necə ola bilər ki, iqtisad elmi bu təməl əsərlə əslində real olaraq yenidən başlanır. Bu bir tarixi hadisədir. Bu əsər sonsuzluğa qədər rəhbər və dərs kitabı olacaqdır. Elmdə edilən bu yeni istiqamətə görə hörmətli Prof. Dr. Haydar Başı təbrik edir, ona Allahdan uğurlar və sağlamlıq diləyirəm.

Prof. Dr. Ata Selçuk
Selcuk Universiteti

Liberal görüşə alternativ nəzəriyyə

XX əsrin ikinci yarısında iqtisad elmində, nəzəriyyəsində özünə zidd anlayışları inkar edən, Qərb dövlətlərinin nəzarətində olan ölkələrin dövlət iqtisadi siyasətini formalaşdıran və həmin ölkə gənclərinə Universitet kitablarında tədris edilən liberal-monetarist anlayışının sözsüz inhisarı mövcud olmuşdur. Bu anlayışa uyğun gəlməyən bütün nəzəriy­yə və tədqiqatlar, problem və nəticələr elm adam­larının, siyasətçi və tələbələrin diqqətindən kənar edilir, əhəmiyyətsiz istisnalar hesab edilir və yaxud da «iqtisadiyyatın» əsas qanununa əlavə hesab edilirdi. Beləliklə, «elmin əsas banisi», iqtisad elminin «mainstream»i yer üzünün böyük hissəsinin həyatı üçün dərin problem və təhlükə olan sosial-iqtisadi həyat problemləri və reallıqlarını yalnız qismən əks etdirir, real problemlərin həllini arxa pla­na çəkir. Reallıq isə liberal-iqtisad elminin təsiri al­tında axıb gedir.
Günümüzün əsas problemlərinə isə iqtisadi və siyasi mərkəzlərin və əyalətlərin, pul-maliyyə sahəsinin və real bölmənin infrastrukturu, müasir iqtisadiyyatda dövlətin, inhisar və rəqabətin rolu və s. aiddir. Bu anda bir sıra ölkələrdə «hər kəs tərəfindən qəbul edilən reallıq» halını alan və hakim olan nəzəri modellərin əsasında bir sıra istiqamətin «aksiomalarını» yenidən gözdən keçirən daha çox yeni ideyalar və yanaşma tərzləri meydana çıxmışdır. Lakin iqtisadi siyasətdə alternativ nəzəriyyənin və alternativ fikrin olması üçün yeni ideyaların bir yerə toplanmasına güclü şəkildə ehtiyac hiss olunur. Prof. Dr. Haydar Başın kitabı bu məsələlərin həllinə yönəldilmişdir və məhz işin böyük əhəmiyyəti də ondan yararlanmaqdır.
Bir sıra İslam təəssübkeşlərinin özünə müəllim hesab etdiyi, dərin inama sahib olan bir insanın iqtisadiyyat kimi dünyəvi elmdə parlaması təsadüfi deyildir. İşin əsası budur ki, müasir iqtisadi nəzəriyyə və mövcud dünya iqtisadi sistemi fərdin və çoxluğun hədəfi olaraq sadəcə maddi və maliyyə vasitələri onların məsələlərinin təşkili məqsədlərini ön plana çəkir. Bu kateqoriyalar sistemində isə insanlıq qarşısında duran problemlərin, xüsusən də iqtisadi sahədə olan problemlərin həlli yoxdur. İnsanlığın ilkin fiziki ehtiyaclarının ödənilməsini getdikcə asanlaşdıran texniki və istehsalın təşkilinin inkişafı iqtisadi proseslərin iqtisadi olmayan amillərə: siyasi, sosial və ilk növbədə geniş mənada mənəvi şərtlərə ciddi şəkildə bağlı olması reallığını ortaya qoymuşdur. Prof. Dr. Haydar Baş «Cəmiyyətin pozitiv və ya neqativ vəziyyəti – bu cəmiyyəti for­malaşdıran insanların daxili təbiətini bilavasitə əks etdirməsidir» – ifadəsini yazmışdır.
Cəmiyyətin strukturu və iqtisadi əlaqələr nə qədər rasional görünsə də, onların xalqın rifah səviy­yə­sinə təsiri və onu yüksəltməsi cəmiyyətin mənəvi bə­rabərliyinə və fərdlərin çox hissəsinin və xüsusən onun elita təmsilçilərinin bu əlaqə və strukturun ədalətli olmasına inanmaları müm­kün­dür. Tarix bo­yunca insanlar bu qənaətə gəlmişlər. Cə­miyyətin mə­nəvi bərabərliyinin əsasında din, inam, vətənpər­vərlik və ya xoşbəxt cəmiyyət yaratmaq düşüncəsi durur. Əgər cəmiyyətin mənəvi təməlində hər hansı səbəblə neqativ hal baş verərsə, cəmiyyətin bütün sosial institutlarında və onları dəstəkləyən mexanizmlərdə təqlidçilik başlayır. Həm əxlaq, həm ədliyyə – hüquq sistemi, həm demokratik haki­miy­yət, həm mediya ölkənin və ölkə əhalisinin çox his­səsinin mənafeyini qorumağa başlayır. Maliyyə qay­naqlarına sahib olan və bu sosial sistemin hege­mon­luğunu ələ keçirən az saylı sosial qruplar və klan­lar bundan bir vasitə kimi istifadə edirlər. Ölkənin mənəvi bərabərliyinin əhəmiyyəti ondadır ki, o olmasa dövlət təsirsiz vəziyyətə düşər.
Milli İqtisadi Modelin müstəsna əhəmiyyətli prinsipi ölkənin hər sosial qrupunun maddi rifah səviyyəsinin yaxşılaşdırılmasında cəmiyyət və dövlətin məsul olmasıdır. Bu prinsip, dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirən liberal ideologiyanı rədd edir.
Bazar və rəqabət gücləri müəllifin dediyi kimi struktur qeyri bərabərliyini (Prof. Dr. Haydar Başın termini ilə «struktur kəsiri») təkbaşına aradan qaldırıla bilməz. Bunu yalnız güclü və müstəqil dövlət edə bilər.
Valyuta-maliyyə ehtiyatlarının çox az sayda zəngin bank qruplarında, maliyyə-siyasi qurumlarda və cəmiyyətlərin əllərində toplanması dünya iqtisadiyyatı üçün (və bütün sosial – siyasi sahənin sabitliyi üçün) ən böyük təhlükə olduğunu Prof. Dr. Haydar Baş görmüşdür: Qlobal məsələlərlə məşğul olan bir sıra iqtisadiyyat və siyasət alimləri, əvvəlcədən hazırlanmış postulatları izah etmək məqsədi ilə deyil, həqiqətən də hazırkı bəsit olmayan dünyada baş verən həqiqətləri öyrənmək istəyənlərin də eyni fikirdə olduğunu düşünürəm. Prof. Dr. Haydar Başın nəticəsinə görə: «Bu gün dünya iqtisadiyyatının əsas aparıcıları istehsalçılar deyil, qlobal maliyyəçilərdir. Bu anda onların iqtisadi və siyasi təsirlərinin güclənməsinə ən azı düşüncə baxımından, struktur cəhətdən millətin inkişafı və iqtisadi artımı istiqamətində hərəkət edən dövlətlər maneçilik törədə bilərlər.
Kitabda çox əhəmiyyətli məsələ də həll edilir: pulun istehsaldan birbaşa çıxarılaraq maliyyə möhtəkirliyinə ötürülməsi, izafi xərclənməsi və siyasi problemlərin həllinə yönəldilməsi və s. Beləliklə pulun çıxarılması və kapitalın xaricə axması nəticəsində istehsalın nə qədər aşağı düşdüyünü və ölkənin potensial iqtisadiyyatını çökdürdüyünü Rusiyanın 90-cı illərdəki vəziyyəti bariz əks etdirilən nümunə kimi göstərə bilərik.
Prof. Dr. Haydar Başın kitabının əsas dəyəri, təkrarlamaq istəyirəm ki, bu an iqtisad elmində hakim olan liberal görüşə və (çox zaman alternativsiz deyilir) liberal nəzəriyyəyə alternativ olan yeni görüşün formalaşmasının əsasını təşkil edir. Bu kitab təbii ki, təkcə Türkiyə üçün deyil, bütün iqtisad elmi üçün və ilk öncə «Qərb olmayan» ölkələr üçün böyük əhəmiyyət daşıyır. Bu kitabın məşhurlaşması, iqtisadçılar, siyasət adamları və digər sosial elm adamları üçün, eyni zamanda siyasətçilər, Universitet tələbələri və müəllimləri üçün istifadə olunması çox əhəmiyyətlidir. Xidmətin fikir və düşüncələri geniş işıqlandırılmalı, danışıqların predmeti olmalı, digər alimlərlin fikirləri ilə müqayisə edilməli və başqa məşhur iqtisadçı alimlərin fikirləri kimi kütləyə yayılmalıdır.

Prof. Dr. Viktor Volkonski,
Rusiya Milli Elmlər Akademiyasının
Xalq Təsərrüfatının Proqnozlaşdırılması İnstitutu

 

Həqiqi sosial-iqtisadi ədalət layihəsi

Prof. Dr. Haydar Başın «Milli İqtisadi Model» əsəri müasir iqtisad elmi üçün tamamilə yeni və orijinal bir hadisədir. Milli İqtisadi Model dünyada formalaşmış və hakim olan liberal kapitalist sistemə meydan oxuyur. Ayrılıqda onu kapitalist sistemin alternativi olduğunu söyləyə bilmərik. Çünki kapitalist sistem və onun iqtisadi nəzəriyyəsi bir növ dalana düşmüş və insanlıq qarşısında duran problemləri həll etməkdə acizdir. Bu çox yaxşı məlum olan bir həqiqətdir. Ona görə də, bu model inkişaf etməkdə olan və inkişaf etmiş hesab etdiyimiz ölkələrin bəlkə də yeganə ümid yeridir.

Yüzillər boyunca, ölkələr, regionlar və qitələr arasındakı məsafələr eyni qalsa da, müasir fizika və elektrotexnika ötürmələri sayəsində dünya daralmışdır.
Eyni ifadəni dünyadakı maliyyə axınlarına da aid etmək olar. Dünyada maliyyə axınları artaraq bir anda gerçəkləşir və istər millətin, istərsə də fərdlərin taleyinə böyük təsir göstərir. Buna görə də heç təsadüfi deyildir ki, Prof. Dr. Haydar Baş öz modelində müasir iqtisadi həyatda pul və kapitalın roluna böyük əhəmiyyət verir.
Prof. Dr. Haydar Baş pulun iki yeni funksiyasını təklif edir: iqtisadi aktivliyi təşviq edən və təhrik vasitəsi olması, əməyin, istehsalın və xidmətin qarşılığı olması funksiyaları. İqtisad elmi və praktikasında bu yeni sözdür. Bu vaxta qədər kapitalist sistemi pulun bu funksiyalarını görmür və ya qəbul etmək istəmirdi. Çünki kapitalist bank sistemi faiz yolu ilə və yalnız xüsusi «seçilmiş» ölkələr tərəfindən senyoraj hüququndan istifadə etmək yolu ilə pul qazanmağa əsaslanır. Bu siyasətin «xüsusi» ölkələrdə olduğu kimi qalan bütün dünyada da nə ilə nəticələndiyini təhlil edək.
Bu ildə ABŞ əhalisinin bir illik kredit kartı büdcəsi 800 milyard dollar olmuşdur. Ödənməmiş istehlakçı kreditlərinin (maşın və s.) miqdarı 1,3 trilyon dollar, ipoteka kreditinin borcu isə 8,8 trilyon dollar təşkil etmişdir. Beləliklə, ABŞ əhalisinin cəmi borcu – 10,9 trilyon dollardır və ya ABŞ-ın ÜDM-nın təxminən 100%-i qədərdir. Kredit borcunun bu səviyyədə artmasına səbəb son illərdə ABŞ-da faiz dərəcələrinin aşağı olmasından irəli gəlir. Pulun faiz gətirmək məqsədiylə banklar tərəfindən yaradılması və faiz dərəcələrinin artmağa meylli olması ABŞ və bütün dünya iqtisadiyyatının, bəşəriyyətin bu günə qədər qarşılaşmadıqları dərin böhrana gətirib çıxara bilər.
İnkişaf etməkdə olan ölkələrin vəziyyəti heç də bundan yaxşı deyildir. Onlar öz iqtisadiyyatlarını «inkişaf» etmiş ölkələrə ixrac etməklə inkişaf etdirir və ixrac əvəzində xarici valyuta əldə edirlər. Bu şəkildə inkişaf etməkdə olan ölkələr senyoraj hüququndan imtina edərək, senyorajdan gəlir əldə etmək hüququnu «inkişaf» etmiş ölkələrə verirlər. Beləliklə Yaponiya qızıl – valyuta ehtiyatı olaraq 800 milyard dollar, Cənubi Koreya – 400 milyard dollar, Çin – 244 milyard dollar, Rusiya – 100 milyard dollar yığmışlar. Bu siyahını davam etdirmək olar və dollar ehtiyatının miqdarı xüsusən neft ixrac edən ölkələr üçün əhəmiyyətli dərəcədə artar. Bundan başqa inkişaf etməkdə olan ölkələr valyuta ehtiyatları ilə nə edəcəklərini aydınlaşdıra bilmirlər. Məsələn Rusiyanın Baş naziri M.Fradkov son zamanlar bunu etiraf etdi. İşin ən maraqlı tərəfi odur ki, inkişaf etməkdə olan ölkələr özlərinin təbii sərvətləri və ehtiyatlarını, məmulat, insan xidməti və enerjisi qarşılığında xarici valyuta alaraq inkişaf etdiyini və böyüdüyünü zənn edirlər. Əslində isə bu vəziyyət ilk Qərb müstəmləkəçilərinin Amerika qitəsində yerli xalqla apardığı mübadiləyə bənzəyir. Muncuq, güzgü, qəşəng geyim əvəzinə yerli xalqdan qızıl alırdılar. ABŞ iqtisadiyyatının möhtəşəm böhranı inkişaf etməkdə olan ölkələrin bütün ehtiyatlarını bir anda heçə endirəcək və onların iqtisadi-siyasi güc mərkəzi ola bilmə istəklərinə son qoyacaqdır.
Belə bir vəziyyətdə Prof. Dr. Haydar Başın Milli İqtisadi Modeli dünyanın bütün ölkələrinə ümid verir. Milli İqtisadi Model pulun təhriketmə və əməyin, istehsalın qarşılığı olmaq funksiyasından çıxış edərək, ədalətli maliyyə sisteminin təcrübədə hansı şəkildə qurulacağını göstərir. Hər dövlət öz senyoraj haqqını öz iqtisadiyyatının inkişafı üçün istifadə edəcəkdir. Beləliklə, maliyyə manipulyasiyası yolu ilə iqtisadi fəaliyyət nəticələrinin xaricə köçürülməsi formasında olan ədalətsizlik aradan qaldırılacaqdır. Ayrıca pul yaratmaq vasitəsi kimi istifadə olunan faizin ləğvi və pul yaratmaq haqqının dövlətin mərkəzi bankına həvalə edilməsiylə iqtisadi inkişafın real lokomotivi olan ölkədaxili istehlak üçün sağlam təməl yaradılmasına kömək edəcəkdir. İnkişaf etmiş ölkələrin ölkədaxili istehlakının qeyri-sabitliyi (misal olaraq, ABŞ-ın ÜDM-nin 70%-ni təşkil edən ev təsərrüfatlarının istehlakı faizli istehlak kreditindən istifadə ilə əlaqədar təhlükə altına düşmüşdür) və inkişaf etməkdə olan ölkələrdə artımın daxili mənbələrə əsaslanan real ölkədaxili istehlakın olmaması hazırkı dünya iqtisadiyyatını staqflyasiyaya sürükləmişdir.
Qeyd etmək lazımdır ki, Milli İqtisadi Model həyatın yalnız bir istiqamətini əsas götürən hər hansı özəl model deyildir. O sistemli yanaşmanı təklif edir və bu sistem bir tam kimi həyata keçirilməlidir. Buna görə modelin yalnız bir istiqamətini əsas götürərək o biri istiqamətlərini unutmaq olmaz. Prof. Dr. Haydar Başın sistemli yanaşması Milli İqtisadi Modelin əvəzsiz model olduğunu göstərir. Çünki bu günə qədər olan iqtisadçılardan hələ heç kim iqtisadi problemləri tam şəkildə əhatə edə bilməmişdir.
Milli İqtisadi Modelin daha bir özəlliyi isə iqtisadiyyatdakı disbalansın həqiqi səbəbini – istehsal və istehlak arasındakı kəsiri göstərməsidir. Prof. Dr. Haydar Baş bu kəsirin baş vermə səbəblərini dəqiq şəkildə təhlil etməklə və bu problemin həlli metodlarını inandırıcı şəkildə göstərmişdir. Bu məqsədlə istehlak qruplarının onların yığım meyllərinə uyğun olaraq təsnifatının aparılması orijinal yanaşmadır. Prof. Dr. Haydar Baş ədalətli olaraq göstərir ki, əhali qrupları yığım mərhələsinə qədər istehlakın lokomotividir. Buna görə də dövlət iqtisadi inkişafa nail olmaq üçün diqqəti ilk növbə əhalinin bu qruplarına yönəltməlidir. Türkiyədə əhalinin 90%-i belə əhaliyə aid edilir. Digər inkişaf etməkdə olan ölkələrdə də eyni vəziyyət müşahidə olunur. Bu vəziyyətdən yaranan potensial tələb çatışmazlığı inkişaf etməkdə olan ölkələr üçün bir tərəfdən çatışmazlıq kimi görünsə də, əslində bu vəziyyət Milli İqtisadi Modeldə cəmiyyətin bu əsas hissəsinin istehlakı dəstəklənərək inkişaf etməkdə olan ölkələrin üstünlüyünə çevrilir və güclü iqtisadi inkişafa nail olmağa imkan yaradır.
Son nəticədə Milli İqtisadi Modelin çoxtərəfli araşdırmaya ehtiyacı olan ciddi elm sahəsi olduğunu bildirmək istəyirəm. Sözsüz, bu model, iqtisadçı alimlər tərəfindən elmi məqalə, empirik tədqiqata yol açaraq Prof. Dr. Haydar Başın fikirlərinin inkişaf etdirilməsinə bir səbəb olmalıdır. Digər tərəfdən, Milli İqtisadi Model yalnız nəzəriyyə deyildir. Bu model Türkiyədə və digər ölkələrdə iqtisadi artımın və inkişafın reallaşdırılması üçün lazım olan real və praktik təkliflər irəli sürür. Bu məqsədlə türk xalqına arzu edirəm ki, lider kimi Prof. Dr. Haydar Başa sahib dursun, onun iqtisadi görüşlərinin həyata keçirilməsinə şərait yaratsın və bütün dünyada həqiqi iqtisadi, sosial və siyasi ədalətin bərqərar olmasında nümunə olsun.

Dos. Dr. Əli Heydər Şaydullin
ABŞ-nın Harvard Universiteti

Gələcəyin iqtisad fəlsəfəsi

Prof. Dr. Haydar Başın «Milli İqtisadi Model» kitabının işıq üzü görməsi – yalnız Türkiyə və Müsəlman dünyası üçün deyil, dövrümüzün bütün mədəniyyətləri üçün mühüm hadisədir. Qətiyyətlə deyə bilərik ki, bu əsər dünyada iqtisadi düşüncənin inikşafında yeni mərhələdir.
Rusiya və Tatarıstan elm adamları Prof. Dr. Haydar Başın fəlsəfi, ilahiyyət və din sahəsində dərin biliyə malik, böyük xidmətləri olan bir alim kimi tanıyırlar. Bu xidmətlər peyğəmbərimizin həyatı və ya İslamda qadın hüquqları kimi geniş sahəli məsələləri əhatə edir. Fikrimizcə, Prof. Dr. Haydar Baş dövrümüzdə İbn-Sina, Fərabi, İbn-Ərəbi və başqaları kimi müsəlman Şərq dünyasının məşhur alimlərini təmsil edir. Onlarda olduğu kimi onun da xidmətlərində ciddi elmilik ilə mənəviyyat, mədəniyyət və təcrübə bütünlüyü vəhdət təşkil edir.
«Milli İqtisadi Model» əsəri əslində onun yeni xidmətidir. Kitabın səciyyəvi cəhətləri – yeniliyi və fundamental olması, ənənələrə arxalanması və cəsarət, müasir iqtisadi problemlərin həllinə orijinal yanaşma tərzidir. Bu xidmətdə analitiklərin parlaq düşüncəsi ilə praktikin təcrübəsi, elm adamının cəsarəti və iş adamının praqmatizmi birləşir…

Prof. Dr. Gülnur Baltanova Rusiya
Federasiyası Kazan Universiteti

Elmi inkişaf yolunun dəyərli nümunəsi

Müəllif kitabı «Milli İqtisadi Model» adlandırsa da onun əhatə dairəsi bir model anlayışından xeyli genişdir. Əslində yeni, orijinal, vacib bir nəzəriyyədir. Prof. Dr. Haydar Baş, Şərq mədəniyyətindən, İslam dəyərlərindən, Qurani-Kərimin tələblərindən, həmçinin müasir Qərb dünyasının elmi nailiyyətlərindən, iqtisadi nəzəriyyələrindən, araşdırma üslublarından istifadə edərək, öz bəsirətinin köməyi ilə ortaya olduqca ciddi bir əsər qoymuşdur. Kitab təkcə iqtisadiyyat elmində yeni bir nəzəriyyə kimi yox, həm də indiki zamanda Yer üzünün ehtiyacı olan elmi inkişaf yolunun bir nümunəsi kimi olduqca böyük dəyərə malikdir.
Mən kitabın fəlsəfi mahiyyətinə daha çox diqqət yetirsəm də onu çox ciddi bir iqtisadi nəzəriyyə kimi qiymətləndirirəm. Elə bu kitabın fəlsəfi mahiyyəti də əslində onun bir mükəmməl iqtisadi nəzəriyyə olduğu üçün qiymətlidir. Müəllif geniş dünyagörüşünə malikdir. Onun iqtisadi nəzəriyyəyə belə önəm verməsi iki cəhətdən olduqca əlamətdardır: 1) Həqiqətən də Yer üzünün indiki ağır böhrandan çıxması üçün təbii proseslərə uyğun, adekvat iqtisadi nəzəriyyələrə böyük ehtiyac vardır. 2) Digər tərəfdən isə müasir Qərb dünyası əsasən iqtisadi dəyərlərə daha çox üstünlük verir, kapitalizm ideyasını daha çox təbliğ edirlər. Müasir Qərb dünyasının mahiyyəti bazar iqtisadiyyatına istiqamətlənib və daha çox varlanmaq yolu insanlığın üstün yolu kimi qəbul olunub. Kitabın ortaya çıxması Qərb dünyasına öz iqtisadi baxışlarında daha düzgün seçim etməyə kömək edə bilər. Bu isə öz növbəsində dünyadakı siyasi proseslərə güclü təsir edə bilər.

Əhməd Qəşəmoğlu
fəlsəfə elmləri namizədi, AMEA-nın
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu

«Milli İqtisadi Model» iqtisad elmində yenilikdir

Kitab iqtisad elminin ən aktual məsələlərində yeni mövqelər nümayiş etdirir. Burada müasir ekonomiksdən fərqli olaraq resursların qeyri-məh­dud­Lu­ğu və əksinə istehlakın məhdudluğu qəbul edilir; həm dəyərdən (substansional əsas kimi), həm də tələb və təklifdən bəhs edilir; xüsusi mülkiyyət institu­tu əsas hesab olunmaqla bərabər liberal iqtisadiy­­yatdan imtina olunur; pulun emissiyasına üs­tün­lük verilməklə bərabər faiz rədd olunur; xarici borca nisbətən pul emissiyasına üstünlük verilir; əmək haqlarının artması ilə məsrəf inflyasiyasının baş verə­cəyi fikri tamamilə əsassız hesab edilir; işçilərin mi­nimum gəlir səviyyəsinə, əməyə tələb və təklifə, on­ların tənzimlənməsinə dair yeni baxışlar ortaya qoyulur. İqtisadiyyatda istehsal problemləri yox, istehlak problemləri önə çəkilir; istehlak ilə məşğulluq arasında qarşılıqlı təsir zaman faktoru ilə əlaqələndirilir, insan ancaq «iqtisadi adam» kimi deyil, həm də mənəviyyatın daşıyıcısı kimi götürülür. Bu modelin iqtisad elmi məktəbinin müasir cərəyan və istiqamətlərinin hər hansı birinin və ya birlikdə götürülməklə bir neçəsinin müddəaları ilə üst-üstə düşdüyünü söyləmək olmaz. Prof. Dr. Haydar Başın Milli İqtisadi Modeli iqtisad elmində yenilikdir. O, bazar iqtisadiyyatlı cəmiyyəti ədalət, nisbi bərabərlik elementləri ilə zənginləşdirir. Zəif ölkələrin güclülərdən asılılığını aradan götürməyə, insan sərvətindən, digər resurslardan düzgün istifadəyə yönəldilib.

Xosrov Kərimov,
BDU – nun «İqtisadi nəzəriyyə»
kafedrasının dosenti, iqt.e.n

 

XXI əsrin real iqtisadi modeli

Prof. Dr. Haydar Başın yeni iqtisadi anlayışlar və araşdırma üsulları ilə zəngin olan, iqtisadiyyatın bütün sahələri ilə birlikdə sosial-fəlsəfi elmləri özündə birləşdirən, kapitalist və sosialist iqtisadi sistemlərinin bir aksioma kimi qəbul etdikləri ənənəvi anlayışları tənqid edən «Milli İqtisadi Model» əsəri XXI əsrin aktual problemlərinə cavab kimi meydana gələn və cəmiyyəti bütöv bir sosial-iqtisadi sistem şəklində araşdıran, fərqli xüsusiyyətləriylə seçilən real iqtisadi modeldir.

Rauf Məmmədov
fəlsəfə elmləri namizədi,
AMEA-nın Fəlsəfə və
Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu

 

Rifah və inkişaf

Bu gün kapitalist, sosialist, liberal və irqçi iqtisadi sistemlər inkişaf etmiş ölkələrdə belə rifah və inkişafa birlikdə nail ola bilməmişlər. Həqiqətən tətbiq edilən iqtisadi modellərin hamısı gəlir bölgüsündə tarazlığı, tam məşğulluğu və davamlı inkişafı təmin etmək kimi mühüm problemləri görməməzliyə vurur. Halbuki, cəmiyyət səviyyəsində rifah və inkişafın birlikdə təmin olunması üçün həmin problemlərin həll edilməsi vacibdir. Onların həlli isə ancaq insani hissləri və İslami dəyərləri özünə rəhbər tutan bir milli iqtisadi modelin irəli sürdüyü prinsip və şərtlərin dəqiqliklə tətbiq edilməsi ilə mümkündür. Belə bir model bu gün «Milli İqtisadi Model» adlı əsərlə Prof. Dr. Haydar Baş tərəfindən yaradılmışdır. Bu modeldə istehsal ilə is­teh­lakın nəzarətdə saxlanılan emissiya ilə tarazlaşdı­rılması əsas şərt kimi qəbul edildiyinə görə, cəmiy­yətin bütün təbəqələri üçün rifah və inkişafı birlikdə gətirməsi mümkün görünür.

Prof. Dr. Ömər Saracoğlu
İstanbul Universiteti

 

Sağlam təməllərə əsaslanan yeni iqtisadi sistem

Milli İqtisadi Model tətbiq edildikdə hər şeydən əvvəl «öz yağınla qovrulma» və «ayağını yorğanına görə uzat» ifadəsindən başlayaraq, xaricdən asılı olan istehlaka maneçilik törədilir, ehtiyacına uyğun olaraq bazara pul çıxarılmaqla tələb artırılır. Tələb artdıqca istehsalın artımını təmin edən tədbirlərlə istehsal dəstəklənir. Əslində istehsal və istehlak tarazlaşdıqda ölkənin və əhalinin gəlir səviyyəsi yüksəlmiş olur. Xaricdən asılılıq azalır və öz ehtiyatlarımızdan səmərəli istifadə olunaraq zənginlik səviyyəmiz artırılır.
Milli İqtisadi Modelin tətbiqi ilə xaricdən asılılığımız azalacaq, etibarımız artacaqdır. Prof. Dr. Haydar Başın təklif etdiyi Milli İqtisadi Model yalnız ölkəmiz üçün deyil, dünyanın da iqtisadi qurtuluşunu müjdələyir. Hal-hazırda kapitalist və sosialist sistemlər iflasa uğramışlar. Onların yerinə bir sistem kimi qarşımıza Milli İqtisadi Model çıxmışdır. Bu model diqqətlə hazırlanmış və sağlam təməllərə söykənmiş yeni bir iqtisadi sistemdir.

Prof. Dr. Hidayet Sarı
İstanbul Universiteti

 

Milli İqtisadi Model alternativ deyil,
yeganə inkişaf modelidir

Milli İqtisadi Model, BVF və Dünya Bankı kimi təşkilatlara möhtac olmayan bir iqtisadi inkişaf modelidir. Çünki bu təşkilatlarla əməkdaşlıq edən bütün ölkələrin iqtisadiyyatları tənəzzülə uğrayır. Bu iftira deyil, elmi və tarixi bir həqiqətdir. Mənim fikrimcə bu həm də sosial planda bir həqiqətdir. Çünki, bunu bir cəmiyyət olaraq günümüzdə birlikdə yaşadıq.
Milli İqtisadi Model ölkələri istismar edən güclərlə mübarizədir. Bu alternativ deyil, yeganə inkişaf modelidir. Milli İqtisadi Model ölkənin inkişafı və iqtisadi cəhətdən müstəqil olmasıdır. İqtisadi müstəqillikdən məhrum edilən Türkiyənin istədiyi bütün mal və xidmətləri istehsal edə bilmə qabiliyyətinə malik olması, daxili və xarici borclarını yeni borc almadan ödəyə bilməsidir.

Prof. Dr. İbrahim
Aslanoğlu Qazi Universiteti

İqtisadi problemlərə orijinal yanaşma

Milli İqtisadi Model mövcud iqtisadi sistemlərin yaratdığı problemlərə fərqli və köklü yanaşan, iqtisadi rifahın, sosial barışın, başqa insanlara və dövlətə möhtac olmadan ayaqda durmağın yollarını göstərən, ehtiyatlarımızı millətimizin öz dəyərləri çərçivəsində aşkara çıxaran bir modeldir. XX əsr ölkələrin siyasi istiqlal mübarizəsində türk millətinin öndərlik etdiyi bir əsr kimi tarixə daxil olmuşdur. Prof. Dr. Haydar Baş tərəfindən təklif edilən Milli İqtisadi Model tətbiq edilərsə, XXI əsr istismar olunan ölkələrin iqtisadi müstəqillik əldə etmələrinə, türk millətinin öndərlik etdiyi əsr olacaqdır.

Sani Ak
Dosent, ABŞ

Mövcud iqtisadi sistemlərə
alternativ iqtisadi model

İqtisadi güc bəşəriyyət tarixində baş vermiş hadi­sələrin səbəb-nəticə əlaqəsində mühüm amil­lər­dən biridir. Tarixi hadisələrə istiqamət verən amillər arasında iqtisadi gücün təsiri son iki yüz ildə da­ha çox artmış, dövrümüzdə isə artıq aparıcı rol oyna­mağa başlamışdır. Bunun əsas səbəbi kimi müasir insanın insani dəyərlərə bağlantısının azalmasını və daha materialist bir anlayışın hakim olmağa başlamasını göstərmək olar. Bəşəriyyət, bir tərəfdə ifrat dərəcədə istehlakçı, digər tərəfdə isə aclıqdan ölümə məhkum olan iki əsas əhali təbəqəsinin birinə daxil olma nöqtəsinə gəlmişdir. Bu iki qütb arasında qalmağa məcbur olan kütlə isə əriməyə başlamışdır. Beləliklə, insan nəsli öz varlığını yox etməyə yönəlmiş təhlükəli vəziyyəti də öz əli ilə yaradır.
Belə bir vəziyyətin yaranmasında XI-XX əsrlərdə tətbiq edilən iqtisadi sistemlərin böyük rolu vardır. Hətta dövlətlər tətbiq etdikləri əsas iqtisadi sistemlərdən asılı olaraq iqtisadi ittifaqlar yaratmış və son dövrlərdə mübarizə də bu birliklər arasında özünü göstərir. Bu sistemlərdən liberalizmi ön plana çıxaran birlik dünyada təkbaşına qaldıqdan sonra cəmiyyətin inkişafında yeni mərhələ başlamış, qlobal sərmayənin mütləq hakim olduğu yeni dünya nizamı meydana gəlmişdir. Dünya artıq kiçik bir kəndə çevrilmişdir. İnsanlıq qlobal sərmayəni əlində cəmləşdirilmiş bir azlıq və mövcudluqları haqqında düşünməyə məcbur edən çoxluqdan ibarət bir kütlə halına gəlmişdir. Çox maraqlıdır ki, xoşbəxt azlığın rifahı üçün yaradılan bu sistem Prof. Dr. Haydar Başın öngörüşünə görə əslində öz intiharını da hazırlayır.
Əlinizdəki əsər yuxarıda qısa şəkildə ifadə etməyə çalışdığımız vəziyyətə məhkum edən iqtisadi sistemlərə alternativ iqtisadi modeldir. Onun müəllifi Prof. Dr. Haydar Baş öz tezisləri ilə müasir dövrdə insanlığı düçar olduğu böhrandan çıxmaq üçün çıxış yolu göstərmişdir.

Prof. Dr. Ömer Eyercioğlu
Antep Universiteti

İqtisadiyyat elmində inqilabi yenilik

«Milli İqtisadi Model» əsəri iqtisadi inkişafla yanaşı ictimai, mədəni və elmi inkişafa şərait yaradan yeni və alternativ model mahiyyətinə malikdir. Prof. Dr. Haydar Başın bu fundamental əsəri iqtisadiyyat elmində inqilabi yenilikdir. Burada yazılmış fikirlərin reallaşdırılması isə bəşəri problemlərin həlli erasının başlanğıcı olacaqdır.

Dos. Rövşən Quliyev
Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin
Elmi Tədqiqatlar şöbəsinin müdiri

Facebook-da MİM