03 Dekabr - Çərşənbə axşamı 17:53:01
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1. Milli İqtisadi Modeldə ehtiyatlar

İqtisadçılar insanların ehtiyaclarının qeyri-məh­dud, lakin bu ehtiyaclara cavab verən mal və xidmət miqdarının isə məhdud olduğunu söyləmişlər. Buna müvafiq olaraq ehtiyatların məhdud olduğu göstəril­mişdir. İqtisadiyyat elmi də bu məhdud ehtiyatlara əsaslanaraq qeyri-məhdud ehtiyacları ödəmək elmi kimi tərif edilir.

İnsan haqqındakı bölmədə insanın ehtiyaclarının məhdudluğundan, ehtiraslarının isə qeyri-məhdudlu­ğundan bəhs etmişdik. Bu məsələdə səhvə yol verən iqtisadçıların digər bir səhvi də ehtiyatların məhdud olması düşüncəsidir. Əslində qeyri-məhdud olan ehtiyaclar deyil, ehtiyatlardır.

Ehtiyatları məhdud hesab edilən iqtisadçılar təklifə əsaslanan modelləri inkişaf etdirərək istehsala güc vermişlər. Çünki, bu məntiqə görə ehtiyaclar qeyri-məhdud olduğu üçün insanın daima istehlaka tələbatı artacaqdır. Ona görə iqtisadiyyatın həll edilməsi lazım olan əsas problemi islehlak deyil, istehsaldır. Ancaq bu gün iqtisadiyyatlarda deflyasiyanın, yəni istehlak çatışmazlığının ortaya çıxması, mövcud istehsal həcminə belə cavab verən istehlakın olmaması – bu modellərin yanlış bünövrələr üzərində qurulduğunu isbat edir. Yəni, insanların mövcud təklif miqdarının çox qısa zamanda dayandırılması əvəzinə onların artması, iqtisadi modellərin hadisələrə baxışındakı səhvləri ortaya qoyur.

Deflyasiya xəstəliyi ehtiyacların qeyri-məhdudluğu fikrini kökündən çürüdür. Əksinə, dövrümüzdə iqtisadiyyatları gözləyən ən böyük təhlükə istehlakda yaşanan çatışmazlıqdır. İstehsal etdiyi mal və xidmətləri istehlak edə bilməyən kapitalist sistemi, onları hər gün artan anbar qalıqlarına çevirir və digər tərəfdən dünya əhalisinin artmasını problem kimi qarşılayaraq əhalinin sayının müharibələr, aclıq, xüsusi bir zərurət kimi Afrika və Asiyada doğum üzərində nəzarətlə azaldılmasını müdafiə edir.

Əslində bir az diqqətlə baxsaq dünyada və kosmosda qeyri-məhdud ehtiyatlara sahib olduğumuzu görərik. Ətrafımızda istifadəsiz qalan bu ehtiyatları işlətmək üçün ehtiyac duyulan elmi araşdırmaların və investisiyaların qoyulması kifayətdir.

Hər gün texnologiyanın inkişafı nəticəsində dünən bizim üçün heç bir şey ifadə etməyən bir çox maddə artıq həyatımızın bir parçası halına gəlmişdir. Enerji olaraq dünən karbon yanacaqlarını tanıyan dünya bu gün hidrogen yanacaqlarını da istifadə etməyə başladı. Dünən bəlkə də heç bir dəyəri olmayan bor mədənləri bu gün qızıl qiymətindədir. Nüvə enerjisinin istifadəsindən artıq illər keçdi. Məlumat və biliklərimiz artdıqca, ehtiyatlardan istifadəmiz də artır. Tükənən bir mənbənin yerini elm və texnologiyaya əsaslanan inkişaf sayəsində bir başqa sonsuz qaynaq tutur.

Bütün bu gerçəklərin açıq bir şəkildə ortada olmasına baxmayaraq iqtisadi modellər bu günə qədər bu həqiqətlərin üstünü örtərək mənasız görüşlər əsasında formalaşdı.

Yaşadığımız dünyada mükəmməl bir nizamla qarşılaşırıq. Ekologiya elmi bizə təbiətdə əzəmətli bir nizam və özünü bərpaetmə sistemləri olduğunu göstərir. Məsələn, biz nəfəs alarkən oksigeni uduruq, amma istifadə etdiyimiz oksigen qurtarmır, bitkilər tərəfindən yenilənir, onların ehtiyacı olduğu karbondioksidi isə biz təmin edirik.

Digər misal, azotun, dünyaya yağan yağışın, ozon təbəqəsinin, təbiətdə mövcud bütün maddələrin bir əzəmətli dairəvi dövriyyəsi mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, belə bir nizamın təsadüflər nəticəsində olduğunu söyləmək, əlbəttə bunu təmin edən iradəyə qarşı böyük bir nankorluqdur.

Belə bir iradənin olmadığını hesab etsək, təbiətdə nə qədər nizam ola bilərsə, xaotik sərbəstlik üzərində qurulan iqtisadiyyatlar da ancaq o qədər uğurlu ola bilər. Təbiətdəki nizam necə bir iradənin varlığını göstərirsə, sərbəst bazar anlayışı da iqtisadiyyatlarda bir o qədər xaosa səbəb olur. Qeyri- məhdud ehtiyatlara sahib olmağımıza baxmayaraq hazırda dünya əhalisinin böyük bir qismi aclıq çəkir, hətta bir hissəsinin aclıqdan ölməsi də bunun isbatıdır.

Dünya həm qeyri-məhdud, həm də daim yeniləşən ehtiyatlara malikdir. Bu ehtiyatları istifadə edib-etməmək, yox edib qorumaq bizim əlimizdədir. Əslində bu gün nəzarət altına alınması lazım olan əhalinin sayı deyil, bu ehtiyatlara dünyadakı təbii tarazlığı pozan şəkildə zərər verənlər olmalıdır.

Ehtiyatlardan daha geniş istifadə miqdarı daha çox iş qüvvəsiylə əlaqədardır. Çünki, artan əhali yeni iş qüvvəsi olduğu üçün yeni ehtiyatların istifadəsinə şərait yaradır. Məsələn, düzgün bir kənd təsərrüfatı siyasəti ilə qazanılan hər yeni iş qüvvəsi torpaqdan daha çox istifadə etməyə imkan verəcəkdir.

Bundan başqa, qeyri-məhdud olan ehtiyatları aşkara çıxarmaq üçün pul mütləq bir təhrik ünsürü olaraq istifadə edilməli və əmək dövriyyəyə qatılmışdır.

Ehtiyatlarımız qeyri-məhdud olduğuna görə bu gün inkişaf etdirilən siyasətlərin məqsədi ekosistemi pozmadan bunlardan lazımi qədər səmərəli istifadə etməkdən ibarət olmalıdır.

Ehtiyatların məlum əllərdə toplanması onlardan səmərəli şəkildə istifadə olunmasına imkan vermir. Demək olar ki, qeyri-məhdud olan ehtiyatlar məlum əllərdə inhisarlaşdığına görə yetərsiz və məhdud olmuşdur. Beləliklə, bir millətə aid olan ehtiyatları o millətin ortaq dəyəri kimi qəbul etməliyik. Xüsusilə, böyük sərmayə, texnologiya tələb edən enerji və yeraltı ehtiyatların işlənməsində dövlət və millətin əməkdaşlığı zəruridir. Dünyada ən zəngin ehtiyatlara malik olan ölkələrin ən kasıb ölkələr olduğunu xatırlasaq, bu yeraltı ehtiyatların məlum qrupların nəzarətində olduğunu bir daha anlayarıq. Sözdə azadlıqdan dəm vuran kapitalist siyasətlər enerji və yeraltı ehtiyatları dövlət və xalqın istifadəsindən daha çox məlum əllərdə inhisarlaşmasını müdafiə edirlər. Halbuki, ölkələrin inkişafı üçün əsas olan hər cür yeraltı və yerüstü ehtiyatlar bütün insanların istifadəsinə verilməlidir.

Təbiətdə olub faydası olmayan heç bir maddə yoxdur. Deməli, qurulan sənaye müəssisələri inteqrativ sistemlər əsasında formalaşmalıdır. Ümumi şəkildə mövcud olan hər şey bir təbii ehtiyatdır və bir-birinə zəncirvari şəkildə bağlıdır.

Facebook-da MİM