19 Mart - Çərşənbə axşamı 10:03:48
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3 – Dənizçilik

Üç tərəfdən dənizlə əhatə olunan Türkiyənin bu imkandan kifayət qədər faydalana bilməməsi göz önündədir. İqtisadiyyatının 4-5%-nin dəniz məhsullarından ibarət olduğunu nəzərə alsaq, ölkəmizin bu sahədə nə qədər geri qaldığı üzə çıxacaqdır. Dənizlərlə əhatə olunmağımıza baxmayaraq, balıq istehlakımız çox azdır. Məsələn, Yaponiyada adam başına illik balıq istehlakı 60-70 kq çatırsa, Türkiyədə bu istehlak miqdarı qramlarla hesablanır. Bu da, dənizlərimizdən səmərəli istifadə edə bilməməyimizi göstərir. [Anadolu Ajansı, 08.06.04]

Türkiyədə balıq yetişdirmə mərkəzlərinin fəaliyyəti daima maneələrlə qarşılaşmışdır. Halbuki düzgün istifadə olunarsa, onlardan yaxşı qazanc əldə etmək mümkündür. Bodrumdakı Saleh Adası yaxınlığında yetişdirilən levrek (Sebastes marinus) və çipuradan (Aurata aurata) əldə olunan gəlir, ildə təxminən 200 milyon dollardır. Bu müəssisələrdə yetişdirilən balığın böyük bir hissəsi Avropaya ixrac olunur.
Digər tərəfdən 1 kq dana ətinin əldə olunmasına təxminən 7 kq, 1kq toyuq ətinə təxminən 3,3 kq, 1kq balığın istehsalı üçün isə cəmisi 1,7 kq və ya maksimum 2 kq yemdən istifadə olunmalıdır. Balıq ətinin məhsuldarlığı da yüksəkdir. Yəni, 1kq balıqdan əldə olunan ət, eyni çəkidəki toyuqdan əldə olunan ətdən daha çoxdur.
Gəlin dünyaya nəzər salaq. Məsələn, balıq ölkəsi olan 5 milyonluq Norveç ölkəsinin adam başına düşən milli gəliri 50 min dollardır. [5] Balıq istehsalında Türkiyə ildə 130 min ton ilə dünyada 35-ci yerdədir. Bəşəriyyətin balıq istehsalına 2030-cu ildə 160 milyon ton ehtiyacı olacaqdır. Ovçuluq vasitəsilə isə bunun yalnız 100 milyon tonu əldə olunacaqdır. Belə halda 60 milyon tonluq bir çatışmamazlıq nəzərə çarpır. Türkiyə balıqçılıq sektoruna əhəmiyyət versə, bu bazar ona çox böyük fayda gətirəcəkdir. Burada ehtiyac duyulan maliyyə yardımı dövlət tərəfindən həyata keçirilərsə, soyuq hava anbarlarının və ucuz mazutun yardımı ilə balıqçılıq sektoru lazımi şəkildə təmin olunacaqdır.

Facebook-da MİM