19 Mart - Çərşənbə axşamı 03:58:42
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

5- Dağ mədən sənayesi

Yeraltı ehtiyatlar bir millətə aid olan təbii sərvətdir. Dövlətlərin borcu, onları millətinin mənafeyinə uyğun hasil etmək, onları işlətmək və satmaqdır. Bu ehtiyatların məxsus olduğu ölkələrin mənafeyinə uyğun istifadəsini istəməyən qlobal güclər isə onları öz inhisarlarına almağa çalışırlar. Buna görə də həmin ölkənin iqtisadi siyasətinə müdaxilə edərək onun iqtisadi müstəqilliyini məhdudlaşdırmaq istəyirlər. Yeraltı ehtiyatları xaricilərə çıxartdıran və emal etmədən onu xammal şəklində satan ölkə, millətə aid olan ehtiyatları qlobal güclərə verir [39] Çünki bir çox ölkə, ixrac etdiyi yeraltı ehtiyatları emal edildikdən sonra yenidən 100, hətta 1000 qat baha qiymətə təkrar satın alır. Qlobal güclər bu yeraltı ehtiyatların mədən işlətmək haqqını alıb çıxardıqları təbii sərvətləri emal etdikdən sonra təzədən onları həmin ölkələrə baha qiymətə satırlar. Əvvəllər qlobal güclər ölkələrdə ehtiyatlar xammal şəklində satın alıb emal edərək təkrar baha qiymətə geri satırdılarsa, indi bilavasitə mədən yataqlarını ələ keçirib xammalı da özləri istismar edirlər.

Diqqətalayiq məsələlərdən biri də dəyişkən (dinamik) bir proses olan dağ-mədən potensialının qiymətləndirilməsidir. Dəyişən iqtisadi şərtlər və texnoloji irəliləyişlər yeni ehtiyatların kəşf edilməsinə imkan yaratdığı üçün ölkənin ehtiyatları həcmində ciddi dəyişikliklərə yol aça bilər. Bu gün önəmli olmayan aşağı keyfiyyətli yataqlar, dağ-mədən işi kimi maraq doğurmayan təbii sərvətlər sabah maraq doğura bilər. Başqa bir ifadə ilə desək «bu günün çöpü, sabahın sərvəti ola bilər». Yeni mənbələr baxımından ölkənin imkanları çox fərqli ola bilər və bu vəziyyət dağ-mədən potensialına görə ölkələrin sıra ardıcıllığında tutduqları yeri alt-üst edə bilər.
Qlobal güclər inkişaf etməkdə olan və ya geri qalmış ölkələrin malik olduqları yeraltı ehtiyatlara əhəmiyyət verməmələri üçün hər cür yola əl atırlar. Bu ölkələrdə kəşfiyyat işlərinə maneçilik törədilir, kəşf olunmuş yeraltı ehtiyatları olduğundan az göstərməyə çalışırlar. Həmin ehtiyatlar onların mənafelərinə uyğun şəkildə istifadə imkanı yarandıqda isə, əvvəllər olmadığı söylənilən ehtiyatlar bir anda üzə çıxarılaraq qlobal güclərin mülkiyyətinə keçir.
Buna, son dövrlərdə qəbul olunmuş qanunlarla mövcud yeraltı və yerüstü ehtiyatları xaricilərin nəzarətinə verən Türkiyəni misal göstərmək olar. Mus­tafa Çınkının «Rant lordları» kitabında ölkəmiz­dəki yeraltı ehtiyatların qlobal güclər tərəfindən ne­cə ələ keçirildiyini təfsilatıyla görmək mümkün­dür. Kitabdakı məlumatlara görə: [39]
Rio Tinto 30 Dağ-Mədən kəşfiyyatı icazəsi
Cominco 190 Dağ-Mədən kəşfiyyatı icazəsi
Yamas 233 Dağ-Mədən kəşfiyyatı icazəsi
Tuprak 63 Dağ-Mədən kəşfiyyatı icazəsi
Geomar 3 Dağ-Mədən kəşfiyyatı icazəsi
Omya 85 Dağ-Mədən kəşfiyyatı icazəsi
Normandi 149 Dağ-Mədən kəşfiyyatı icazəsi

Göstərdiyimiz məşhur xarici firmalarla yanaşı Maqnezit, Eldorado, Anatolia Minerals, Odysf resources, BHP dağ-mədən, Norando, Knauf kimi digər xarici firmaların da icazə aldığı dağ-mədən yataqlarının ümumi torpaq sahəsi 400 000 km2-dən çoxdur. Yəni, torpaqlarımızın yarısından çoxu bu gün dağ-mədən işlərinə icazə adı altında qlobal firmaların nəzarətindədir.
İstehsal etmək qabiliyyətində 50 cür mədən növünə malik olan təhciz olunan Türkiyə dağ- mədən ehtiyatları baxımından bəlkə də dünyanın ən zəngin ölkəsidir. Hesablamalara görə, ölkəmizdəki mədənlərin dəyəri 3 katirlyon dollardır. Bu ehtiyatların bir neçə milyard dollara qlobal güclərə verildiyini düşünsək, ölkəmizin necə təhlükə ilə qarşı-qarşıya olduğunu yaxşı anlayarıq.
Türkiyənin mədən ehtiyatları bir qitənin mədən ehtiyatları ilə eyni çeşiddə və böyüklükdədir. [41; 02.07.10] Qənaətbəxş olmayan axtarışlara baxmayaraq bor, mərmər, toriy, trona, zeolit, pemza, selestit, perlit kimi mədənlər üzrə, dünyanın ən böyük ehtiyatları da Türkiyədədir. Məsələn, dünya üzrə bor ehtiyatının 67%-i Türkiyədədir. Məlum olan qızıl ehtiyatları baxımından 6500 ton ilə Cənubi Afrika Respublikasından sonra Türkiyə dünyada ikinci yerdədir. Qızıl ilə yanaşı ölkəmizin geologiyası başqa sənayedə istifadə olunan xammallar, mis, qurğuşun, sink, gümüş, liqnit (kömür) kimi çox müxtəlif mədənlərlə əlaqədar yeni ehtiyatların tapılması da əlverişlidir. Ölkəmizdə kəşfiyyat işləri intensiv aparılmır. Xüsusilə keçmişdə müxtəlif səbəblərdən mədənçiləri cəlb etməyən skarn yataqları, son 20-25 ildə iqtisadi mənbələr halına gələn porfiri mis, epitermal qızıl kimi aşağı tenorlu yataqlar kifayət qədər araşdırılmamışdır. Davam etdirilən axtarışlar nəticəsində yeni ehtiyatların tapılması ehtimalı son dərəcə yüksəkdir.
Mədənlərin bu günkü ağır vəziyyəti vəsait çatışmazlığı ilə deyil, onlardan lazımınca yararlanılmamasına bağlıdır. Tapılmasından onlarla il keçdiyi halda, Siirt-Madenköy mis-pirit yatağı, Sivrihisar-Beylikahır NTE-toryum-fluorit qarışıq yatağı, Beypazarı Trona yatağı, Adana-Aladağ aşağı tenorlu xrom yatağı, Manisa-Çaldağ nikkel yatağı, Hasan Çelebi dəmir yatağı və nəhayət xarici şirkətlər tərəfindn sərmayə qoyulmuş maliyyə, texnologiya, bazar problemləri olmayan və istismara hazır olan qızıl yataqlarının varlığı bunun açıq sübutudur. Zəngin ehtiyatlara malik olmaq kifayət deyil, onları zənginliyə çevirmək məharətinə də sahib olmaq lazımdır.
Shell firmasında 20 il baş müdir vəzifəsində işləmiş olan Antonio Robilsonun dediyi kimi «Amerikanın bütün neft şirkətləri bilir ki, aparılan araşdırmalar Türkiyənin bir neft dənizi üzərində olduğunu göstərir». Çəkilən kosmik fotolarla da təsdiq edilir ki, beş min metrdən sonra bol neft yataqları mövcuddur. 1980-ci illərdə xaricilərlə aparılan neft axtarışlarının 5 min metrə qədər dərinliyə enilməsinin planlaşdırılmasına baxmayaraq, axtarışlar 300 metrdə dayandırılmış, neft tapılan yerlərin üzərində sement tökülmüşdür. Bu gün sement tökülən həmin quyulardan neft fışqırır. Eyni zamanda Türkiyədə neft axtarmaq üçün ayrılan büdcənin çox az olması da, bu ehtiyatların üzə çıxmasını istəməyən qlobal qüvvələrin təsirindən xəbər verir. Bundan başqa, Türkiyə xrom, uran, dəmir, maqneziyum, trona, pirofiliz, feldispat, barıt, gil, kömür, gümüş, bəzi sənaye xammalının istehsalı və ehtiyatları baxımından dünyanın söz sahibi olan ölkələri sırasındadır. Mis, qurğuşun, sink, linyit, volfram, boksit, talk, civə, antimuan, kaolen, najdak, platin qrubu, dolomit kimi mədənlər də mövcuddur.
Mədən potensialının istifadəsinə əsaslanan sektorların inkişaf etdirilməsi, Türkiyədə inkişaf edən sənaye qollarının ehtiyac duyduğu xammalların dünya bazarları ilə rəqabət edə bilən qiymətlərlə bu sektorlara verilməsi və bu quruluşlar arasında üzvi əlaqələrin inkişaf etdirilməsi beynəlxalq rəqabət şərtləri nəzərə alınanda ölkəmizin xarici ticarət siyasəti baxımından böyük əhəmiyyət daşıdığı aydın olur. Bununla əlaqədar ölkəmizdə olan və istehsal edilən xammalların arasında yer tutan sənaye qollarının müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının yaranması ilə şübhəsiz böyük faydalar əldə olunacaqdır. Ölkəmizdə ayrı-ayrı sektorların ehtiyac duyduğu xammalları axtarılaraq ehtiyatlarının müəyyənləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması zəruri məhsullar üçün lazımi texnoloji araşdırmalar aparılaraq bu təsisatların qurulmasına əhəmiyyət verilməsi və ehtiyaclara görə istehsalın məqsədlərinin müəyyənləşdirilməsi zəruridir. Hər şeydən önəmlisi odur ki, bu ehtiyatlar dövlət və millət ilə birgə qurulan şirkətlər tərəfindən çıxarılmalı və işlədilməlidir.

Məlum olan mədənlərimizin adları

Enerji xammalları – daş kömür, linit, betonlu şişt.
Dəmir-polad xammalları – dəmir mədəni, marqanes.
Kübrə xammalları – fosfad, pirit S, bor, xrom, maqnit.
Digər metal xammalları – mis, qurğuşun, boksid, sink.
Əlvan metallar və torpaq xammalları – qızıl, gümüş, nadir torpaq.
Sənaye xammalları – kaolen, gil, bentonit, feldispat, talk və pirofillit, kvars, kvarsit, silis qumu, selestit, pemza, perlit, barıt, zeolit, trona, duz, sodium-sulfat, kirəc daşı, dolomit, gips.
Mərmər və tikinti daşları – mərmər.

Facebook-da MİM