19 Mart - Çərşənbə axşamı 10:17:40
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

Prof.Dr. Haydar Başın tərcümeyi-halı

Prof. Dr. Haydar Baş 1947-ci ildə Trabzon şəhərində anadan olmuşdur. İlk, orta və litsey təhsilini Trabzonda al­mış­dır. 1970-ci ildə Kayseri şəhərində olan Erciyez Universite­tinin nəzdində Ali İslam İnstitutunu bitirmişdir.
Bakı Dövlət Universitetində «Vida Xütbəsində insan haq­ları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edə­­rək ilahiyyət elmləri doktoru alimlik dərəcəsini almış və hə­min Universitetin «Şərq dilləri və Ədəbiyyatının Araşdırıl­ması» fakültəsində «Ərəb dili və ədəbiyyatı» kafedrasında doqquz ildir ki, müəllimlik fəaliyyətinə başlamışdır. Elmi araşdırmalarını davam etdirərək «İslam və Hz. Mövlana», «Təsəvvüf tarixi», «Din sosiologiyası» və «Din Psixologiyası» movzularında hazırladığı əsərlərə görə Bakı Dövlət Universitetində «professor» elmi adına layiq görülmüşdür. Fransız, ərəb, fars və azərbaycan dillərini bilir.
Akademik araşdırmalarını və təhsil sahəsində fəaliyyətini davam etdirməklə yanaşı o, həmçinin yazıçı, iş adamı, is­teh­­salçı və kommersant kimi də tanınmışdır.
Prof.Dr. Haydar Başın zəngin ömür yolunun bəzi səhifələri:
· Trabzon Zəkalı Müəllimlər Dərnəyinin sədri olmuşdur;
· Beş il Dovlət Litseylərində, iki il Kommersiya və İmam Xətib Litseyində müəllimlik etmişdir;
· İPA Anonim Şirkətinin bölgə müdiri olmuşdur;
· Baş Şirkətlər Qrupunun, Baş Dəmir-Polad Zavodları, Baş Ticarət A.Ş. və Baş İstilik Sənayesinin qurucusudur.
· İCMAL, ÖĞÜT və MESAJ jurnallarının təsisçisidir;
· Milli Nəşriyyat Qurultaylarının təşkilatçısı, Nəşriyyatın rəhbəridir;
· Bağımsız Türkiyə Partiyasının (BTP) sədridir.
Prof. Dr. Haydar Başın son dövrlərdə aktual prob­lem­lərə həsr olunmuş aşağıdakı əsərləri çap olunmuş­dur:
1. «Milli Ekonomi Modeli və Kalkınma Projeleri»
2. «Dar Bölge Yaygın Kalkınma Modeli»
3. «Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler»
4. «Veda Hutbesinde İnsan Hakları»
5. «İslamda Kadın Hakları»
6. «Alemlere Rahmet Hz. Muhammed (sav)»
7. «Makalat»
8. «Mektubat»
9. «İslam ve Mevlana»
10. «İslamda Zikir»
11. «İslamda Tevhid»
12. «İman ve İnsan»
13. «İnsan-ı Kamil ve Nefs Mertebeleri»
14. «Haccın Hikmetleri»
15. «Hikmetin Sırları»
16. «Dua ve Evrad»
17. «Hıristiyanlık ve Yahudilik»
18. «Din Tahripçilerine Kuran-ı Kerimin Cevabı»
19. «Birliğe Doğru»
20. «Nefs terbiyesi»
21. «Varoluşun Gayesi: Zikrullah»
22. «Veda hütbesi və evrensel beyanname»
23. «Hikmetin sırları»
24. «Yaşayan Kuran: Sünnet»
25. «Niçin Türkiye?»
Prof. Dr. Haydar Başın ideya və tezisləri dünyada və Tür­kiyədə geniş yayılmış, müxtəlif univestitetlərdə onların öy­rənilməsinə namizədlik və doktorluq dissertasiyaları, elmi araş­dırmalar həsr edilmişdir. Aşağıdakıları buna misal göstərmək olar:
· İllions Universiteti (Universitety of Illions at Urbana – Champaign) Intensive English Institute “Prof. Dr. Haydar BASH” Urbana – 2001
· Dallas Universitetinin Sənaye Fakültəsi. «An Alternative Prescription to the IMF’s Model for Economic Growth in Turkey – IMF metoduna alternativ olaraq Türkiyədə iqtisadi inkişaf konsepsiyası. Dallas-2002.
· Orta Doğu Texnik Universiteti (ODTU) (Sociology of religion. Fall Semester 1993 İCMAL, 1994)
· Sakarya Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya kafedrası. «Haydar Başa görə ideal insan və onun cəmiyyətdə əksi». 1999.
· Erciyes Universiteti İlahiyyət fakültəsi. Prof. Dr. Haydar Baş və Təsəvvüf. 1993.
· Uludağ Universitetinin İlahiyyət fakültəsi. «Prof. Dr. Haydar Başın Təsəvvüf görüşləri». 1997.
Möhtərəm professorun Türkiyədə və dünyadakı proses­lərlə əlaqədar hər zaman irəli sürülən və tarixin gedişi prosesin­də öz təsdiqini tapan bir çox elmi cəhətdən tutarlı, dəqiq fi­kir və tezisləri mövcuddur. Bunlara misal olaraq aşağıdakı­ları göstərmək olar:
Prof. Dr. Haydar Baş «Milli Birlik və Bərabərliyin Tə­məl Ünsürləri» adlı silsiləli konfranslar ilə Türkiyədə və Av­ro­pada milli birlik və bərabərliyin əhəmiyyətini vur­ğu­la­mış­dır.
Türkiyənin Avropa Birliyinə üzvlüyünün çox müzakirə edildiyi 1980-ci illərdə elmi mühitin və iş dünyasının Birliyə üzv olmaqla əlaqədar qəti qərarına qarşı fərqli yanaşmanı yal­nız möhtərəm Haydar Baş nümayiş etdirmişdir. 1986-cı ildə Berlində o, «Avropa Birliyi bizi aralarına qəbul etmə­yə­cək» tezisini müdafiə etmişdir. Bu prosesin qarşısında fasi­lə­siz süni əngəllərin yaradılması həmin tezisin doğruluğunu təs­diq edir.
90-cı illərin əvvəllərində siyasətçi və ziyalılarımız öl­kə­mi­zin Avropanın Gömrük Birliyinə girməyimizi qələbə sayar­kən, Prof. Dr. Haydar Baş «Avropa Birliyinə girmədən Göm­rük Birliyinə daxil olmaq Türkiyənin əleyhinədir» de­miş­dir. Hər il xarici ticarətdə 20 milyard dollardan çox mən­fi ticarət saldosu verən ölkəmiz Gömrük Birliyinə üzv olduğuna görə bu günə qədər təqribən 150 milyard dollar zərər etmişdir.
Prof. Dr. Haydar Baş 2000-ci ildən sonra xüsusilə xroniki hal almış iqtisadi böhran və inflyasiyadan çıxış yolunu BVF və Dünya Bankının təlimatlarında, kre­dit­lə­rin­də görən siyasi iradəyə qarşı çıxaraq bildirmişdir: «Aparılan iq­tisadi siyasətlərlə infilyasiyanın dərinləş­məsinin qarşısını al­maq mümkün deyildir. Bu gedişat Türkiyəni batıracaq və Türk coğrafiyasını bazarlığa döndərəcəklər». Ölkəmizin si­ya­si və iqtisadi tələblər qarşısında getdiyi yol Prof. Dr. Hay­dar Başın proqnozlarıyla üst-üstə düşür.
ABŞ 1991-ci ildə İraqa hərbi müdaxilə edəndə «Bu hərbi mü­daxilə İraqa qarşı olduğu qədər, son nəticədə məqsəd Tür­ki­yəni parçalamağa yönəlmişdir» şəklində xəbərdarlıq et­mişdir. Bu gün ABŞ-nın həyata keçirilən «Böyük Orta Şərq La­yihəsi»nin məqsədi İslam coğrafiyasını ələ keçirmək və Tür­kiyəni parçalamaqdır.
Prof. Dr. Haydar Baş bir çox beynəlxalq elm və tədqiqat mər­kəzlərinin 30-dan çox mükafatına layiq görülmüşdür. On­lardan bəziləri aşağıdakılardır:
1. Dünyada Sülh, İnsan Haqları və İqtisadiyyata xitmətlərinə görə verilən Möhtərəm Liderlik Mükafatı. Prof. Dr. Haydar Baş bu mükafatla Beynəlxalq Seçilmiş Liderlər Ensiklopediyasının 5-ci nəşrin­də yer tutduğu üçün Amerika Bioqrafiya İnstitutu tərəfindən təltif edilmişdir:
2. İnsan Haqları sahəsində göstərdiyi xidmətlərə görə Şərəf Sertifikatı – Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən verilmişdir;
3. 1994 «Zirvədə kim kimdir» mükafatı. Bu sertifikat Amerika Bioqrafiya İnstitutu tərəfindən ildə bir dəfə yalnız müəyyən sahədə xidmət edən bir elm adamına verilir.
4. Müasir İqtisadi Görüşün inkişafında etdiyi xidmətlərə görə Beynəlxalq Ləyaqət Birliyi Sertifikatı. Bu Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən verilən mükafatdır;
5. İnformasiya Sənayesində xidmətlərinə görə verilən Möhtərəm Liderlik mükafatı. Amerika Bioqrafiya İnstitutu tə­rəfindən verilmişdir.
6. Beynəlxalq Tədqiqatçı Heyəti mükafatı. Amerika Bi­oq­­rafiya İnstitutu tərəfindən verilən bu qızıl medal, uğurlu elmi araşdırmaları və müasir iqtisadi görüşləriylə xüsusi xidmətlərinə görə institutun tədqiqatçı üzvü olduğunu təsdiqləyir.
7. Beynəlxalq Ləyaqət Birliyi, Mükəmməl Şəxsiyyət (Excellantia) mükafatı
Bu mükafat Beynəlxalq Bioqrafiya Mərkəzinin yalnız ya­şadıqları ölkələrdə nümunəvi həyat tərzi, şəxsiyyətləri və sosial mü­na­sibətləriylə təmsil edə bilən və buna səlahiyyəti çatan alimlərə verilir.

Facebook-da MİM