19 Mart - Çərşənbə axşamı 09:04:28
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2. Pulun əsas funksiyaları

A – Pul təhrik amili kimi

Milli İqtisadi Modelə görə pul əməyi işə təhrik edərək mal və xidmət istehsalını təmin edən bir vasitədir. Başqa sözlə «fəaliyyət mənbəyi» olan pul, istehsal və istehlakla əlaqədar olan planların ortaya çıxmasında vasitəçidir. Heç bir iqtisadi nəzəriyyə bu günə qədər pulun niyyəti üzə çıxaran bir amil olması barədə bir şey söyləməmişdir. Milli İqtisadi Modeldə pulun təhrikedici amil olması (fəaliyyət mənbəyi) ona aid bir funksiya kimi xüsusi vurğulanmışdır.
Təhrik vasitəsi olan pul insanla birləşdikdə iqtisadi niyyətin yaranmasına və keçmişdə mövcud olan niyyətin də reallaşmasına səbəb olur. Pul bu baxımdan iqtisadi təlimlərin iddia etdiyi kimi iqtisadiyyatı örtən neytral bir örtük deyildir. Əksinə istehsal ilə istehlakı sürətləndirən aktiv bir rola malikdir. Pulun təhrik xassəsindən istifadə olunanda, qeyri-məhdud ehtiyatlar insanların ixtiyarına verilir və beləliklə sonu görünməyən bir xəzinəyə malik olmaq imkanları açılır.

 

B – Əməyin və istehsalın müqabili olması

Praktiki baxımdan pul olmayanda qida, geyim, yaşayış yeri, təhlükəsizlik, səhiyyə və s. kimi əsas ehtiyacların təminatı çətinləşir, yeraltı və yerüstü sərvətləri üzə çıxaran əməyin gerçəkləşməsi mümkün olmur və beləliklə istehsal və istehlak fəaliyyətləri aparılmır.
Pul, hərəkətə gətirdiyi əməklə istehsal olunan mal və xidmətlərin müqabilidir. İstehsalı fəallaşdıran sərmayənin başlanğıcda müqabili olmaya da bilər. Pul, istehsal ilə birlikdə həm öz müqabilini, həm də daha çoxunu formalaşdırmaq güc və qabiliyyətinə malikdir. Öz dəyəri olmayan pulun maliyyə dəyəri, istehsal amillərini dövriyyəyə salmaqla əldə olunan mal və xidmətin dəyərindən daha da az ola bilər. Pulun bu xüsusiyyəti, təhrik xüsusiyyətində olduğu kimi yanlız Milli İqtisadi Modelin gəldiyi elmi tədqiqatın nəticəsinə aiddir.
Milli İqtisadiyyatda bazarlarda dövr edən pulun maliyyə dəyəri olmadığı kimi, əməyə təhrik edən istehsal amillərini fəallaşdıran pulun da maliyyə dəyəri yoxdur. Başlanğıcda öz dəyəri olmayan pul, təhrik funksiyası ilə mal və xidmət istehsalını təmin edərək öz müqabilini tapır.
Əmək və istehsal nəticəsində dövr edən pul, işsizlərin əməyini fəallaşdırır. Məsələn, yol çəkmək üçün lazım olan tikinti materialları dağlardan əldə olunaraq cəmiyyətin yol ehtiyacı təmin olunur. Bununla da həm insanların əməyinə qiymət verilir, həm də iqtisadiyyat üçün əhəmiyyət kəsb edən yol çəkilir.
Pulun bu xüsusiyyətinə başqa bir misal da çəkə bilərik. Fərz edək ki, əkdiyimiz 1 kisə qarğıdalıdan 10 kisə qarğıdalı hasil etmişik. Deməli, 9 kisə qarğıdalı, pulun əmək və istehsalın müqabili olma xassəsindən istifadə edilməsi halında bazarlarda tələbin azalmasına səbəb olur. Bazarda zəruri pulun miqdarı 9 kisə qarğıdalının dəyəri qədər olmalıdır.

C – Mübadilə vasitəsi kimi

Pul mübadilə vasitəsdir. Bazarda olan hər növ mal və xidmət pul ödənərək satın alınır. Mübadilənin tam gerçəkləşməsi üçün bazarda tədavüldə kifayət qədər pul olmalıdır.
Liberal iqtisadiyyatlarda mübadilə vasitəsi olan pulun maliyyə dəyəri vardır. Maliyyə dəyəri olan pullar isə istehsalın məhdudlaşmasına və bahalığa səbəb olur. İstehsal olunan mal və xidmətlər dəyərindən baha qiymətə bazarlara çıxarılır. Bazarlardan müxtəlif yollarla pulun faizlə geri çəkilməsi, sağlam mübadilə prosesinə mane olur.
Liberalizm sistemi ifrat pul kütləsinin qarşısını almağa çalışaraq qarşısına müəyyən bir miqdarda tələbi təmin etmək məqsədi qoyur və onu qorumağa çalışır. «Hər təklif, öz tələbini formalaşdırır» fikri ilə ifadə edilən «miqdar nəzəriyyəsi» bu anlayışın bir nəticəsi kimi özünü göstərir. Pulun «Miqdar nəzəriyyəsi» bazardan faizlə yığılaraq müəyyən adamların əllərinə doğru axını təmin edilir, bazarların pula olan ehtiyacının emissiya ilə ödənməsinin qarşısını alaraq bazarlara pul satanlara şərait yaradır.
Liberal iqtisadiyyatlarda bazarlar istehlak qabiliyyətini itirir və ən əsas ehtiyaclar da mübadilə ilə həyata keçirilə bilmir. Hazırda mövcud olan iqtisadiyyatlarda istehlakçının mala və xidmətə olan ehtiyacının gündən-günə artmasına baxmayaraq, mübadilə qabiliyyətinin eyni nisbətdə azalması müşahidə olunur. Bu proses, iqtisadiyyatda resesiya və deflyasiya yaranacağından xəbər verir.
Dünyada getdikçə artan əhalinin istehlak qabiliyyətinin aşağı düşməsi, istehsal həcminin çatışmazlığı ilə deyil, insanların bu məhsulu alacaq puldan məhrum olması ilə əlaqədardır. İstehsal problemi olmayan bir dünyada insanların aclıqdan ölməsi, digər tərəfdən isə istehsal mallarının anbarlarda yığılıb qalması, bazarda mübadiləni reallaşdıran pulun kifayət qədər olmamasıyla bağlıdır.
Milli iqtisadiyyatda mübadilə üçün dövriyyədə olan pulun maliyyə dəyəri yoxdur. Pulun spekulyasiya sahələrindəki mənfəətini sıfır həddinə çatdıran bu model, pulun bazara qayıdışını, sərbəst dövriyyəsini və real iqtisadiyyata yardımını təmin edəcəkdir. Mübadilənin genişlənməsini təmin edən Milli İqtisadi Model, istehsal olunan mal və xidmətlərin dəyərində mübadilənin gerçəkləşdirilməsi üçün təklif və tələb münasibətlərinin tam şəkildə tənzimlənməsini əsas şərt kimi qəbul etmişdir. Milli İqtisadiyyatdakı tarazlıq, məlum riyazi ölçülər çərçivəsində təklif və tələbin ayrı-ayrı, bəzən də məlum nisbətdə, eyni vaxtda emissiya ilə dəstəklənməsi yolu ilə təmin olunur. Bu metod, iqtisadiyyatın əsas məqsədi olan davamlı inkişafın da formulunu əhatə edir. Bu şərtlər çərçivəsində fəaliyyət göstərən iqtisadiyyatda mübadilə, hamı tərəfindən tam yetərli şəraitdə həyata keçirilir.

D – Pulun yığım (dəyər saxlama) funksiyası

Liberal iqtisadiyyatlarda dövriyyədə olan pulun maliyyə dəyəri vardır. İstehsal etmədən və iş qüvvəsi sərf olunmadan pul qazanmaq, bu modelin bir nəticəsidir. Bu modelə əsasən pulun saxlanılmasında məqsəd, faizlə pul qazanmaqdır. Buna görə kapitalist iqtisadiy­yatında pul, spekulyativ sahələrdə yüksək qiymətləndirilir.
Liberalizmin dəyər saxlama vasitəsi kimi pula təyin etdiyi funksiya:
a) Pulun istehsaldan çəkilib real iqtisadiyyatdan uzaqlaşmasına,
b) Pulun inhisarlaşmasına,
c) Dünyada istehsal olunan mal və xidmətlərin, pulu ehtiyatda saxlayan qlobal güclərin hakimiyyətinə keçməsinə,
d) İstehsalın maya dəyərinin artmasına,
e) Tələbin azalmasına,
f) Maaşların və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Milli İqtisadi Modeldə, pulun bazarda dövriyyəsi xərc tələb etmir. Buna görə də yığım vasitəsi kimi pul,
1. Mal və xidmət istehsalı,
2. Gündəlik istehlak ehtiyacların təminatı,
3. Gələcək ehtiyacların təminatı üçün saxlanılır. Məsələn, bu ehtiyaclara toy, yas, həcc ziyarəti, təbii fəlakət, xəstəlik və s. kimi ehtiyacları misal göstərilə bilərik.
Yığım vasitəsi kimi pula təyin olunan funksiya,
1. Pulun sərbəst dövriyyəsinə,
2. İstehsal və tələbin artmasına,
3. Gəlir bölgüsünün düzəlməsinə səbəb olur.
İndiyə qədər yeridilən yanlış pul siyasəti fərdlərin istənilən səviyyədə istehlak qabiliyyətinə mane olduğu kimi, ehtiyatların da yetərincə istifadə olunmasını qeyri-mümkün etmişdir. Halbuki, istehsal və istehlakı eyni vaxtda reallaşdıran düzgün pul siyasəti həyata keçiriləndə, iqtisadiyyat üçün başlıca məqsəd olan davamlı inkişaf gerçəkləşəcəkdir.

Facebook-da MİM