19 Mart - Çərşənbə axşamı 11:54:37
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2. Ehtiyatları dəyərləndirmədə insan amili

Ehtiyatların məhsuldar istifadəsi onlardan istifadə edən insanın keyfiyyətindən asılıdır. Həqiqətən də ən mükəmməl sistemləri tətbiq edən insan olmasa, onların heç bir əhəmiyyəti olmaz. Bu gün dünyada baş alıb gedən sonsuz zülm və haqsız qətillərin səbəbi, insanlığın insan haqları anlıyaşından məhrum olmasıyla bağlı deyildir. Əksinə problem insan haqlarını dünyada kifayət qədər yaşada bilən insanın olmamasından, və ya bu kadrların söz sahibi olmamalarından irəli gəlir. Deməli, hər şeydən əvvəl ehtiyatların məhsuldar istifadəsi və hər kəsin bu istifadədə iştirakı üçün bu ehtiyacları işlədən insan onları bütün bəşəriyyətin xidmətinə təqdim etməli, bu sahədə məsuliyyət və cavabdehlik daşımalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, əks təqdirdə bu qeyri-məhdud ehtiyatlara nəzarət edənlər istismarçılıq məntiqini əsas götürsələr onlar bəşəriyyət üçün faydasız qalacaqlar.

Facebook-da MİM