19 Mart - Çərşənbə axşamı 07:39:01
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

4 – Meşə Təsərrüfatı

Başda odun xammal olmaqla çox müxtəlif məhsullar və xidmətlər istehsal edərək cəmiyyətə fayda verən yaşıl meşə ərazisi, canlı və dinamik bir qaynaqdır. Meşəçilik, cəmiyyətin meşə məhsullarına olan ehtiyacını davamlı olaraq təmin etmək məqsədilə həyata keçirilən fəaliyyətdir. Öz xüsusiyyətləri ilə digər ehtiyatlardan fərqlənən meşəçiliyin istehsal müddəti, dəgər sektorlarla müqayisədə daha uzundur. 20 ildən az olmayan istehsal müddəti, bəzi ağac növləri üçün 200 ilə qədər uzanır.

Ölkəmizin ərazisinin 27,22 % (21188746 hektar) meşələr təşkil edir. Türkiyədə yalnız istilik məqsədilə istifadə edilən odunun enerjisi 3,5 milyon ton fuel-oil bərabərdir. Ancaq, meşələrimizin səmərəli şəkildə istifadə edildiyini demək mümkün deyildir. Bir çox sahələrdə olduğu kimi meşəçilikdə də sərvətlərin israfının yüksək həddə olduğunu görürük. Bir tərəfdə minlərcə hektar meşə sahələrimiz yanğınlarla məhv olur, digər tərəfdən də savadsız şəkildə kəsilən ağacların məhvi sürətlənir. Meşəni bir odun kimi yandırmaq təfəkkürünü bir kənara qoyub ondan əlavə dəyəri yüksək olan məmulatlar istehsal etmək lazımdır. Mebel və inşaat sektorunun ən mühüm gəlirini təşkil edən meşələrimizi bu sahələrdə dəyərləndirmək əsas məqsəd olmalıdır.
Türkiyə sənaye odunu istehsalı baxımından adambaşına 0,252 m3 istehsal edir. Bu, mövcud meşələrimizin meşə sənayesində istifadə edə bilmədiyimizi göstərir. Milli İqtisadi Modeldə meşəçilik və ona bağlı sənaye qolları da kənd təsərrüfatı məhsullarında olduğu kimi dəstəklənəcəkdir. Nəticədə meşə torpaqdan yetişən və kənardan hər hansı bir şey idxal etmədən əlavə dəyər istehsal edəcəyimiz bir sahəyə çevriləcəkdir.

Facebook-da MİM