19 Mart - Çərşənbə axşamı 11:23:19
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2 – Heyvandarlıq

Bu gün də, gələcəkdə də əhəmiyyətini itirməyən mühüm məsələlər, yetərli və düzgün qidalanmadır. Məsələyə bu cəhətdən baxdığımız zaman mal-qara məhsullarının malik olduqları xüsusiyyətlərinə görə çox mühüm əhəmiyyət daşıdığını görürük. Maldarlıq həm də yeni nəsillərin sağlam böyüməsinə, millətlərin inkişafına orta və uzun müddətdə təsir göstərən strateji bir sektordur.

İnkişaf etmiş ölkələrin bir çoxunda heyvandarlıq mühüm yer tutur. Hazırda ölkələrin inkişaf səviyyəsinin müəyyən olunmasında əsas götürülən meyarlardan biri də adam başına düşən ət istehlakının miqdarıdır. İnsanların düzgün və sağlam inkişafında əhəmiyyətli yer tutan heyvandarlıq sahəsi:
· Ölkə gəlirini və fəaliyyətini artırmaq,
· Ət, süd, dəri, kosmetika, dərman və geyim istehsalı üçün xammal təmin etmək və iqtisadi inkişafın tarazlığını qorumaq,
· Kəndlərdə və ucqar rayonlarda olan açıq və gizli işsizliyi azaldaraq qarşısını almaq,
· İnkişafın və sənayeləşmənin maliyyələşməsini özünə bağlamaq,
· İxracat yoluyla valyuta gəlirlərini artırmaq,
· İnsanların böyük şəhərlərə miqrasiyasını və bununla əlaqədar olan sosial problemləri azaldaraq qarşısını almaq və.s. kimi iqtisadi və sosial əhəmiyyətli funksiyalara malikdir.
Türkiyədə heyvandarlıq sektoru deyəndə, ağlımıza ilk öncə maldarçılıq sahəsi gəlir. 1980-ci illərin əvvəllərində Türkiyədə 16 milyon baş inək var idi. 1990-cı illərdə bu rəqəm 11 milyona düşdü. 2002-ci ildə isə ümumi inək sayı 10 milyona endi. Qoyun miqdarı isə 1995-ci ildə 34 milyon olduğu halda, 2002-ci ildə 25 milyona düşmüşdür. Bu da, ət və süd istehsal edən firmaların xammal sıxıntısı çəkməsinə səbəb olmuşdur. Yaranan bu qıtlıq, ət və süd sektorunda qiymətlərin digər ölkələrə nisbətən yüksəlməsinə və bunun nəticəsində isə adam başına düşən ət və süd istehlak miqdarının da azalmasına səbəb olmuşdur.
Milli İqtisadi Modelin digər ehtiyatlara o cümlədən, kənd təsərrüfatı sahəsinə münasibəti heyvandarlıq sahəsinə də aiddir. Yeridilən yanlış siyasətlə əlaqədar olaraq hazırda çətin vəziyyətə düşən heyvandarlığın bərpası üçün istehsalçıya faizsiz kredit verilməli, həm yem tədarükünə, həm də yüksək qiymətlə və zəmanətli şəkildə məhsul satışı təmin edilməklə maldarlıq dəstəklənməlidir.
Dövlət heyvandarlıq sahəsinin təkmilləşdirilməsi üçün bir tərəfdən, istehsalçıya faizsiz kredit verərək fermerin maliyyə problemini həll etməli, digər tərəfdən isə onu lazım olan texniki məlumat və texnologiyanın istehsalçısı ilə əlaqələndirilməlidir. Qiymətlərin müəyyən edilməsinə dövlət müdaxiləsi həlledici olmalıdır. Birbaşa maliyyə dəstəyindən başqa istehsala həvəsləndirilməli, sığorta və təkmilləşdirmə fəaliyyətləri həyata keçirilməlidir. İdxalata məhdudiyyətlər qoyulmalı, ölkəyə qaçaq ət gətirilməsinin qarşısı alınmalı və yerli istehsalçı həm ölkə daxilində, həm də ölkə xaricində dəstəklənməlidir.

Facebook-da MİM