21 Noyabr - Cümə axşamı 15:54:27
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1. Tələb

İqtisadiyyatın istehlak və istehsaldan ibarət iki əsas dayağı vardır. Bir çox makroiqtisadi məhfumlar da təklif və tələb əsasında formalaşır. İstehlak olmayan yerdə istehsaldan danışmaq yersizdir. Hər şeyin bir səbəbi olduğu üçün heç bir şeyin səbəbsiz ortaya çıxması mümkün deyildir. İqtisadi mexanizmlərdə istehsal edilən dəyərləri doğuran səbəb, ona olan tələbdır. Tələb yoxdursa, istehsal da yoxdur. Məsələn, indi bazara getsəniz oradan kosmosda istifadə edilən skafandr tapa bilməzsiniz. Çünki belə bir tələb yoxdur. Yaxud səhrada istehlak sıfıra bərabərdir. Çünki istehlak yoxdur. Bu xassəsi ilə tələb bütün iqtisadi fəaliyyətin mənbəyidir.
Məsələyə başqa bir tərəfdən nəzər salanda görürük ki, hər hansı bir reaksiyanın sürətini minimum ölçü vahidi, yaxud birlikdə gedən insan qrupunun sürətini onların içində asta gedən fərd təyin edir. İqtisadiyyatda isə istehsal amillərinə sərf olunan xərclərdən əldə olunan gəlir istehsaldan az olduğu üçün normal şəraitdə tələb təklifdən az olacaqdır. Buna görə də tələb iqtisadiyyatın gedişini müəyyənləşdirən əsas ünsürdür. Bazarlarda tələbə əsasən iqtisadi proseslərin gedişi haqqında təsəvvür əldə etmək mümkün olduğu kimi, tələbi nəzarət altında saxlayaraq iqtisadiyyatın gedişini istiqamətləndirmək də mümkündür. Təbiidir ki, yalnız istehsalın kifayət qədər ehtiyatlarının olması şərtdir. Lakin diqqət yetirilsə aydın olar ki, adətən tələb inkişaf üçün şərt, təklif isə əsas şərtdir.
Bəs onda tələbi müəyyənləşdirən amillər nədir?
Tələbi müəyyənləşdirən üç əsas amil vardır: fərdin mal və ya xidmətə olan ehtiyacı, onun gəlir səviyyəsi və məhsulun qiyməti. Bu üç amilin tələb üzərindəki təsiri dəyişir. Bəzən gəlir üstün olur, bəzən ehtiyac. Beləliklə, onlardan yalnız birini, məsələn, qiymətlərin dəyişməsini əsas götürməklə makroiqtisadi tarazlığın təhlilini aparmaq mümkün deyildir. Tələb funksiyası aşağıdakı kimidir:
:
Tələb funksiyası
a1- gəlir dəyişəni
a2 – qiymət dəyişəni
a3 – ehtiyac dəyişəni
İkinci tələb edilən şeyin qiymətidir. Əlbətdə qiymətdə özünü göstərən dəyişikliklər fərdin həmin məhsula olan tələbinin miqdarını dəyişdirir.
Üçüncüsü isə fərdin malik olduğu gəlirin miqdarıdır. Gəlirin dəyişməsi həm tələbdə, həm də tələb miqdarında dəyişikliklik edərək tələb əyrisini də dəyişdirir.
Qısaca, bu üç amili nəzərə alsaq, onlardan birincisi ehtiyacdır. Fərdlərin hər hansı bir şeyi tələb etməsi üçün tələb etdiyi şeydən bir fayda əldə etməsi, ona ehtiyac hiss etməsi vacibdir.
Əlbətdə tələb dedikdə biz fərdin həmin anda tələb ediləni satın almaq gücünə malik olduğunu nəzərdə tuturuq. Əks təqdirdə, istənilən şey arzu olaraq qalacaqdır. İndi isə, bu amillərin ayrı-ayrılıqda tələbə necə təsir etdiyini araşdıraq.
Ehtiyac, tələbin əsas şərtlərindən biridir. Fərdin hər hansı mal və xidmətə duyduğu ehtiyac, onun əldə etdiyi maddi gəlir və yaxud mənəvi fayda ilə əlaqədardır. Əvəzedici mallar bu faydanı azaldır. Məsələn, ancaq kəpəkdən bişirilmiş çörəyin satıldığı bir yerdə buğdadan bişirilən çörək satılarsa, kəpək çörəyə olan ehtiyac azalacaqdır. Bundan başqa insanların yaşadıqları mühit, sosial-iqtisadi şərtlər, əqidə və zaman keçdikcə gəlir səviyyəsində baş verən dəyişikliklər fərdlərin ehtiyaclarına da təsir göstərir.
Ehtiyac duyulan malların təsnifatını aparsaq, A qrupuna az ehtiyac duyulan mal və xidmətləri, B qrupuna zəruri və əsas ehtiyacları, C qrupuna isə, normal malları aid edə bilərik.
A qrupunda olan mallarda həmin mal və xidmətə olan tələb miqdarının cəmi fərdin ona olan ehtiyacı ilə müəyyən edilir. Qiymətin qalxmasına baxmayaraq, gəlir səviyyəsinə görə bu məhsulu ala bilməyən fərd, aldığı borc pul ilə onu alır və beləliklə tələb olunan miqdar yenə dəyişməz qalır.
B qrupunda isə ehtiyac yenə mühüm amildir. Burada gəlir səviyyəsi qiymətdən daha təsirlidir. Əgər fərdin gəliri artırsa qiymətlərin yüksəlməsinə baxmayaraq, tələb edilən miqdarın da artma ehtimalı vardır. Çünki bu məhsullar üçün əldə olunan bütün gəlirlər yığılmadan həmin məhsullara yönəldilir. Yəni, gəlirin artmasıyla bu məhsullara olan tələbat da artacaqdır. Qiymətin qalxması, bu artımı dayandıra bilməz.
Əlbəttə, müəyyən bir səviyyədən sonra marjinal fayda azaldığı üçün, tələb edilən mal və xidmətin qrupu dəyişə bilər. Məsələn, tutaq ki, dörd nəfərlik bir ailənin aylıq ət ehtiyacı 5 kiloqramdır. Ailənin gəliri artdıqca 5kq qədər olan bu ehtiyac ödənilir. Əlavə istehlak üçün gəlirlə yanaşı qiymət də öz təsirini göstərir. Bu 5 kq əlavə istehlak üçün nəzərdə tutulan artıq ət, normal mal kimi qiymətləndirilir. Ancaq bu, 5kq qədər ət almaq imkanı olan ailənin gəlir səviyyəsində baş verən dəyişikliklərlə bağlıdır.
C qrupunda qiymət və gəlir amilləri, tələbə təsir göstərirlər. Bir köynəyin qiyməti artdıqca, ona olan tələbat miqdarı da azalacaqdır. Gəlir səviyyəsinin aşağı düşməsi, tələb miqdarını da azaldır.
Fərz edək ki, qiymətlərin ümumi səviyyəsində maya dəyəri ilə əlaqədar artım var. Ancaq ictimai gəlirin aşağı düşməsi müşahidə olunur. Belə bir şəraitdə, A qrupu malların qiymət artımı məhsullara təsir edərkən, C qrupu mallarında gəlirin azalmasıyla əlaqədar deflasiya baş verə bilər. Bu, həmin iqtisadi vəziyyətdə məsrəf inflyasiyası ilə deflasiya prosesinin eyni anda meydana gəldiyini göstərir. Lakin təəssüflər olsun ki, müasir inflyasiya hesablama metodları, bu iki ayrı xəstəliyi bir-birinə calaşdıraraq bunu «inflyasiya bataqlığı» adlandırırlar. Beləliklə malların təsnifatı aparılmadan bütün malları əhatə edən bir inflyasiya hesablanması, bəzi hallarda bizi iqtisadiyyat haqqında çox yanlış təhlillərlə üzləşdirə bilər.
Qrafik 4

İndi hamının bildiyi qiymətin tələbat miqdarına göstərdiyi təsirə nəzər salaq. Qiymət artanda tələbat azalır. Bu prosesə zidd olan malların varlığı ümumi vəziyyəti dəyişdirmir. Burada qiymətin miqdara təsirinin gəlir səviyyəsindən və malın cinsindən asılı olması mühüm məsələdir. Əgər gəlir səviyyəsi çox aşağı olarsa, qiymətlərin enməsi tələbata heç bir təsir göstərə bilməz, əgər gəlir səviyyəsi məlum bir nöqtədədirsə o zaman da qiymətlərin azalması qismən tələb miqdarında artımı təmin edər. Yəni əgər gəlir müəyyən bir səviyyədən aşağı düşərsə, qiymətlərin ümumi səviyyəsi nə qədər azalırsa azalsın tələb olunan mal miqdarı əvvəlki səviyyəyə çata bilməz.
Klassik nəzəriyyələrə görə, qiymətlərin dəyişkənliyi də əlaqədar bazarda tarazlığın yaradılması mümkün deyildir. Gəlir səviyyəsi və qiymətlərin tələbata təsiri, eyni anda gözdən keçirildikdə və gəlirlə qiymətləri müəyyənləşdirən dəyişkənlərin müxtəlifliyini nəzərə alanda, bazarların öz-özünə tənzimlənəcəyini iddia etmək absurddur. Tələbata təsir edən bu ikitərəfli təzyiq, dəyər mövzusunda qayıdacağımız qiymətlərin dəyişkənliyinə mane olur.
Üçüncü məsələ isə gəlir səviyyəsidir, yəni insanın əlinə keçən puldur. İndiyə qədər bu məsələ iqtisadçıların və siyasətçilərin diqqətindən ən çox qaçan məsələdir. Kifayət qədər alıcılıq qabilliyyəti olmayan fərdi bazardakı hadisələr çox da maraqlandırmaz. Fərdlər gəlir səviyyələrinə uyğun olaraq bazardakı yeniliklərə reaksiya verirlər. Gəlir səviyyəsinə görə təsnifat aparsaq, aclıq nöqtəsinə qədər enən insanların bazara münasibəti ölü vəziyyətində olduğunu görərik. Zəruri ehtiyacları çıxmaq şərti ilə bazar onları əsla maraqlandırmaz.
İkinci səviyyə, adi yaşayış səviyyəsidir. Bu səviyyənin sonu fərdlərin ehtiyat yığmağa başladıqları səviyyədir. Gəlirlə istehlakın bərabərliyinin qorunub saxlanıldığı həddə qədər davam edən bir həddir. Fərdlərin bu səviyyəyə qədər bazara olan tə­siri isə xəstə adamı xatırladır. Bu bölgədə tələbin gəlir elastikliyi birdir. Bu səviyyəyədə artım nə qədər olsa, həmin gəlir eyni miqdarda istehlaka yönəl­dilir. Qiymət dəyişikliyi məsələsi isə başqa cür­dür. Qiymət düşəndə, tələb dəyişikliyi 1-dən aşağıdır, çünki qiymətlərin düşməsinə baxmayaraq, gəlir qə­naətbəxş olmadığı üçün eyni nisbətdə tələb artımı olmayacaqdır. Qiymətlərin düşməsinə baxmaya­raq, tələb öz yerində stabil qalacaqdır.
Üçüncü səviyyəyə qədər olan gəlir səviyyəsində meydana gələn müsbət irəliləmələr bazarın ehtiyac duyduğu çatışmayan tələbi formalaşdıracaqdır. Əlbəttə ki, bunun əksi də doğrudur. Bu səviyyələrdə baş verən məhdudiyyətlər bazara kəskin təsir göstərəcəkdir.
Gəlir azalmağa başlayanda, qiymət tələb əyrisinin oxu üzərində yalnız sol tərəfə deyil, həmçinin diaqonalın maili istiqaməti də dəyişərək bir az da artacaqdır. Bunun əksi də doğrudur. Gəlir yüksək səviyyəyə qalxdıqca, bu dəfə maillik xeyli azalacaq­dır. Bunu aşağıdakı qrafikdə göstərmək olar:

 

 

 

Tələb əyrisi Qrafik 5 Gəlir azalan­da tələb əyri­si sol tərəfə meyl edər (d1 ► d2 ► d3) Gəlir artımı A qrupu mal­lar­dan . B və C qrupu mallara olan istehlakı artıracaq
Əslində gəlirin düşməsi tələb əyrisini koordinat oxunun sol tərəfinə yəni, miqdarın mənfi istiqamətinə də apara bilər. Tələb əyrisinin oxu ilə kəsişdiyi nöqtəni yekun nöqtəsi adlandıra bilərik. Başqa sözlə desək, bu nöqtədən sonra tarazlıq mexanizminin fəaliyyət göstərməsi mümkün deyildir. Bu qırılma nöqtəsidir.

Qrafik 6 Gəlir səviy­yə­si həd­dindən artıq enən­də, bitmə nöq­təsi sı­fıra, əyrisi isə 90 dərə­cə­­yə yaxınlaş­dığı üçün ar­tıq Qiymətlər düş­sə də tə­ləb artmaz

Qiymətlərin aşağı düşməsinə baxmayaraq miqdar artmır, tələb isə sıfıra bərabərdir. Bu tələb əyrisinin mailliyi iqtisadi problemin dərəcələrini bizə aydınlaşdırır. Maillik nə qədər çoxdursa, problem də o qədər böyükdür. Çünkü orta gəlir səviyyəsindəki nisbətin az olduğunu göstərir.
Üçüncü səviyyə isə, fərdlərə firavan həyat bəxş edən gəlir səviyyəsidir. Bu səviyyə üçün əsasən hamının bildiyi təhlili xatırlatmaq doğru olar. Qiymət artdıqca tələbat azalır, qiymət düşdükcə tələbat artır.
Gəlir və tələb qrafikini araşdıranda, tələb əyrisinin getdikcə mailliyinin azaldığını görəcəyik. Xüsusilə, tələb çatışmamazlığından yaranan deflasiya prosesinin qarşısını almaq üçün gəlir bölgüsünü ədalətlə yerinə yetirmək, o cümlədən fərdlərin gəlirini heç olmasa minimum həyat səviyyəsinə çatdırmaq vacibdir.
Əvvəllər söylədiyimiz kimi iqtisadiyyatın ən böyük problemlərindən başlıcası deflasiya prosesidir. İndiyə qədər məlum iqtisadi modellərdən heç biri bu problemi həll edə bilmir. Deflasiya və inflyasiya proseslərində qiymətlərin düşüb-qalxması bir-birindən tamamilə fərqli nəticələr verir.
Gəlir bölgüsü qüsurlu olan cəmiyyətlərdə, xüsusilə, bizim ölkəmizdə olduğu kimi qiymətlərdəki dəyişikliklər müxtəlif gəlir qruplarına müxtəlif cür təsir etdiyi üçün bütün iqtisadiyyatı bir təhlil ilə izah etmək mümkun deyildir. Xüsusilə, gəlir bölgüsündəki disbalans, əhalinin böyük bir hissəsinin aclıq həddinə çatmasına şərait yaratmışdır. Deməli, iqtisadiyyatın bu şərtlər çərçivəsində sağlam olması mümkün deyildir.
Tələbi müəyyənləşdirən bu üç amili, xüsusən gəlir səviyyəsini nəzərə almadan tarazlığı təhlil etmək qeyri-mümkündür.

Facebook-da MİM