25 Sentyabr - Çərşənbə axşamı 00:48:07
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3. Qeyri-məhdud ehtiyatlar və əhali artımı

Ehtiyatların məhdud olması məsələsini araşdıraq. Əhalinin sayı artdıqca ehtiyac hiss edilən istehlak miqdarı ilə istehsalın mövcud miqdarı arasında nisbət necə olmalıdır? Kapitalizmin ideoloqu Maltus əhalinin həndəsi, qida maddələrinin isə ədədi silsilə ilə artdığını göstərmişdir. Aşağıdakı 1-ci qrafiqi təhlil etdikdə aydın olur ki, pulun miqdarı və texnologiyaya kapital qoyuluşları sabit qaldığı şəraitdə, ehtiyatların məhdudluğu qəbul edildikdə hər kəsin bildiyi azalan məhsuldarlıq qanununa əsasən əmək miqdarındakı artım ilə ümumi məhsul miqdarındakı artım eyni səviyyədə olmayacaqdır. Ehtiyatların məhdudluğu fikrinə əsaslanan kapitalist anlayışlar əməyin marjinal məhsuldarlığının ehtiyatların məhdud olması ilə əlaqədar azalacağını iddia edir və bunu azalan gəlirlər qanunu kimi qələmə verir. Bununla da artan dünya əhalisinin ehtiyatların yetərsizliyi üzündən aclıq problemi ilə üzləşəcəyi fikrinə bəraət qazandırılır. Halbuki bu subyektiv yanaşmanı bir kənara buraxıb dünyanın gerçəklərini əsas götürsək, 2-ci qrafikdə olduğu kimi pul miqdarı və texnologiya məhdudiyyətləri aradan qaldırılanda, ehtiyatların qeyri-məhdudluğu nəzərə alındıqda həm əmək, həm istehsal əyrisi, həm də əyrinin mailliyi davamlı artacaqdır.

Digər tərəfdən, istehlak edilən malın miqdarı artanda marjinal fayda əyrisi 3-cü qrafiqdə olduğu kimi azalacaqdır. Yəni əhali artdıqca istehlak əyrisi artacaq, ancaq bu artım əhalinin artmasıyla əlaqədar olan istehsal artımından az olacaqdır.

İqtisadiyyatlarda əməyin dövriyyəyə daxil olmasındakı maneələr (başda sərmayə problemi olmaqla) aradan qaldırılanda, eyni vaxt vahidi ərzində bir fərdin istehsal etdiyi miqdar, istehlak edəcəyi miqdara nisbətən daha böyük olacaqdır. Bunu çox sadə bir misalla da izah edə bilərik: anamızın evdə yemək bişirdiyini düşünək. Əgər yetərli ərzaq varsa, bir gün içərisində yalnız özünün yeyəcəyi qədər deyil, axşam evə gələn qonaqları doyduracaq qədər yemək rahatlıqla bişirilə bilər.

Hər bir fərd potensial olaraq öz istehlak etdiyindən mövcud təbii ehtiyatlar şəraitində daha çox istehsal etmək imkanına malikdir. Sadəcə, bu əməkdən səmərəli şəkildə istifadə edən iqtisadi siyasətin həyata keçirilməsinə ehtiyac vardır. Bu görə Milli İqtisadi Modeli artan dünya əhalisi gələcək üçün bir təhlükə deyil, əksinə bir ümid işığı hesab edilir.

Bu baxımdan nəzərdən keçirildikdə: hər doğulan uşaq iqtisadiyyat üzərində yük deyildir, bilavasitə istehlak gücünü artırmaq istehsalı da çoxaltmaq qabiliyyətinə malikdir. İqtisadiyyat bu baxımdan dəyərləndirildikdə istehlak edilən hər mal və əmək istehsal qabiliyyətini artırmaqla onun diversifikasiyasını da təmin edəcəkdir.

Ümumiyyətlə, ehtiyac duyulan sərmayə miqdarı təmin olunarsa, əhali artdıqca ona paralel olaraq əmək miqdarı da artacaq və ədədi olaraq artan istehlak ilə paralel istehsal da həndəsi olaraq artacaqdır.

Təbii ehtiyatların qeyri-məhdudluğunu, insan ehtiyaclarının isə məhdudluğunu qəbul edərək istehsala əsaslanmaqdan daha çox, istehlakın yetərli miqdarda tənzimlənməsinə əsaslanan Milli İqtisadi Model istehlakı müdafiə edən bir tənzimləmə modelidir. Bu modeldə, cəmiyyətdə hər bir fərd iqtisadiyyat üçün bir yük kimi dəyərləndirilmir, əksinə iqtisadiyyatın inkişafına təkan verən bir güc mənbəyi kimi dəyərləndirilir. İstehsal və istehlak etməsindən asılı olmayaraq düzgün istiqamətdə yönləndirilən fərdlər daima iqtisadiyyatın inkişafını təmin edəcəklər. Bu səbəbdən bizim üçün iqtisadiyyat elmi, qeyri-məhdud ehtiyatlardan maksimum istifadə edərək dünyaya gələn hər bir insana rahat bir həyat şəraiti yaradan elmdir.

 

 

Facebook-da MİM