12 Oktyabr - Şənbə 07:17:13
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1. Milli İqtisadi Model nədir?

Milli İqtisadi Model insanın məhdud ehtiyac­la­rı­nın qeyri-məhdud ehtiyatlarla ödənilməsi haq­qın­da elm və ölkələrin özləri üçün lazım olan hər cür mal və xidmət istehsal edə bilmə qa­bi­liy­yə­ti­nə ma­lik olma­sının, öz xərclərini daxil­dən və xaricdən borc almadan təmin edə bilməsinin adı və for­mu­lu­dur. Bu mənada Milli İqtisadi Mo­del ölkələrin in­ki­şa­fının və iqtisadi müstəqilliyinin yo­ludur.
Milli İqtisadi Model İqtisadiyyatın yalnız bir sa­hə­sini deyil, bütün sahələrini bütövlükdə əhatə edir.
Öz məqsədləri, prinsip və fəaliyyət mexanizmləri ilə tam bir sistem təşkil edən Milli İqtisadi Model xə­yal və fərziyyələrə deyil, reallıqlara əsaslanan si­ya­səti həyata keçirmək məqsədini qarşıya qoy­muşdur [1, səh. 247].
İnsanı tam mənada dərk etmədən, onunla əla­qə­dar heç bir məsələni həll etmək mümkün deyildir [2, səh. 3.25]. Kapitalizm dəyərləri insanı anlamaq əvə­­zinə öz sisteminə uyğun bir insan modelini or­ta­ya qoymuşdur. İnsanın təbiətinə uyğun gəlməyən hər hansı bir model onun üçün faydasızdır. [2, səh. 29]
Ehtiyatların qeyri-məhdud, ehtiyacların məh­dud, amma tamahın sonsuz olduğu haqqında bizim fik­ri­mizi nəzərə aldıqda kapitalist modellərinin prob­lemə kökündən düzgün yanaşmadığı aydın görünür. Çünki kapitalist anlayışlar ehtiyatları məhdud, insan ehtiyaclarını isə qeyri məhdud hesab edir [43, səh. 1]. Fərdlər öz tələbatından da­ha artıq bir dəyər yaratmaq qabiliyyətindədirlər. An­caq mövcud iqtisadi modellər insanların qa­bi­liy­yə­tindən kifayət qədər istifadə etmədiyi üçün eh­ti­yat­lar qeyri-məhdud olduğu halda, bəşəriyyətin bö­yük bir hissəsi yoxsulluq içərisindədir.
Artan əhalinin ehtiyaclarının məhdud ehtiyat­larla ödənil­məsinin qeyri mümkün olması haq­qın­da səhv qənaət azlığın mənafeyinə xidmət edir. Ona gö­rə də kapitalist modeli azlığın xoşbəxt, çoxluğun isə yox­sul­luq və aclıq içərisində yaşamasına bəraət qa­zandıran iqtisadi modeldir.
Əslində artmaqda olan dünya əhalisi təhlükəli deyildir, ehtiyatların qeyri-məhdudluğunu əsas gö­tü­­rərək onlardan optimal və ədalətlə, hər kəsin isti­fa­də edəcəyi bir sistem yaratmaq mümkündür. Mil­li iqti­sadi model bu məntiqə xidmət edir.
Kapitalizmin hakim olduğu son 150 illik tarix sü­but etdi ki, o strukturundakı yanlışlıqlarla əla­qə­dar ortaya çıxan aşağıdakı üç problemi həll edə bil­məz:
1) Gəlir bölgüsündəki tarazlıq;
2) Davamlı inkişafa nail olmaq;
3) Tam məşğulluğun davamlı olaraq təmin edilməsi;
Bunların hər üçü iqtisadi siyasətin əsas məqsədidir. Ancaq bunlara nail ola bilməyən kapitalist modelləri gəlir bölgüsündəki qeyri-tarazlığı, nisbi məşğulluğu və dövri iqtisadi böhranları təbii qarşılayır. Kapitalist modellər ehtiyatların məhdud oldu­ğuna əsaslandığı üçün gücü istehsala verir. Əldə olunan mal və xidmətlərin ədalətli bölgüsü əvəzinə, onların xoşbəxt azlığın istifadəsinə verilməsi də bu məntiqin nəticəsidir [45, səh. 109].
Milli İqtisadi Model istehlaka üstünlük verən bir modeldir. Məqsəd, cəmiyyəti təşkil edən bütün fərdlərin müəyyən bir gəlirə sahib olması, ən aşağı hədd kimi kimsəyə möhtac olmadan minumum hə­yat səviyyəsinin təmin olunmasıdır. Milli İqtisadi Mo­deldə nəzərdə tutulan ideyaları reallaşdırmaq üçün bizə yardım edən iki çox mühüm qüvvə var­dır: pul və dövlət.
Kapitalizm anlayışında pul yalnız mübadilə və yığım vasitəsi kimi qəbul olunmuşdur. Bununla da pulun əslində çox önəmli olan iki funksiyası diq­qət­dən qaçmışdır: – birincisi, işə təhriketmə vasitəsi və ikincisi, istehsal olunan mal və xitmətlərin qarşılığı ol­ma keyfiyyəti.
Digər bir məsələ, sərbəst bazar və dövlət an­la­yış­la­rıdır. Mövcud iqtisadi modellər guya müdaxilə edil­mədən özünü tənzimləyən sərbəst bazar si­ya­sə­ti­ni müdafiə edirlər [4]. Nəzəri baxımdan belə bir tarazlığı qəbul edən Keyns, spekulyativ pul tələ­biy­lə əlaqədar olaraq pulun bir hissəsinin bazarda ol­ma­yacağını söyləmişdir. Halbuki nəzəri olaraq təklif tələbdən böyük olduğu üçün istehsal pro­se­sin­də istehsal amillərinə ödənən pulun hamısı ba­zar­da dövr etsə belə bazarın tarazlığı mümkün deyildir.
Buna görə dövlətin emissiya həcmini geniş­lən­di­rib sosial layihələr ilə bu kəsiri aradan qaldırmaq və istehlak ilə istehsalı tarazlamaq üçün bazarlara mü­daxilə etməsi zəruridir.
Milli İqtisadi Modeldə dövlət yalnız alan əl deyil, aldığından daha çox vermək iqtidarında olan bir iradədir.
Sosial dövlət həm sosial ədaləti, həm də davamlı inkişafı təmin edir. Yəni birbaşa yoxsulu müdafiə et­mək, dolayı yolla sənayeçini də müdafiə etmək deməkdir. Kapitalist anlayışlar dövləti qlobal sərmayənin faizlə satdığı pulu qoruyan və faiz gəlirlərini ödəmək üçün əhalidən vergi toplayan bir iradə hesab edir. Bizim modelimizdə isə dövlət vətəndaşının əməyini yenə öz xalqına xidmət şəklində qaytaran iradədir. Qeyd etdiyimiz kimi yalnız xalqından topladığı vergiləri deyil, eyni zamanda emissiyadan əldə etdiyi senyoraj gəlirini də xalqına xidmət şəklində qaytardığı üçün milli iqtisadi modeldə dövlət yalnız alan deyil, həm də verən əl kimi qəbul edilir.
Sərbəst bazar ehtiyatların və gəlirlərin məlum əllərdə toplanmasından başqa bir şey deyildir. Bazarın sərbəstliyi adı altında ehtiyatlar, bir neçə qlobal sərmayə qrupunun nəzarətinə verilir. Kapitalist sistemin məqsədi məlum azlığın rifahını təmin etmək olduğu üçün bazar adı altında ehtiyatların və əldə edilən gəlirlərin bu təbəqənin istifadəsinə verilməsinə çalışması normaldır. Dövlət bu inhisarlaşmaya ma­neə olduğu üçün onun güclənməsi və bazarlara nə­zarət etməsi arzuolunmaz hesab edilir.
Pulun faizlə birlikdə bazarlardan çəkilərək yığıl­ma­sı, həm onun əsil funksiyasının yerinə yetir­mə­sinə mane olur, həm də bazarları pulu əlində yı­ğanların iradəsinə tabe edir. Buna görə bizim mo­deldə faiz bir xəstəlik kimi dəyərləndirilmişdir. Faiz gəlir bölgüsündə tarazlığı pozduğu kimi, istehsal və istehlaka da maneçilik edir [1, s. 253-254; 2, s.238]. Kapitalist anlayışlar banklar tərəfindən törəmə pulun yaradılmasını müdafiə etdiyi halda, mərkəzi bank­ların emissiya ilə pul həcmini artırmasına qarşı çıxırlar. Yaxud pula olan tələb faizli pul ödənildiyi üçün kapitalizmin iqtisadi modellərinə faiz modelləri də deyə bilərik.
Milli İqtisadi Model ehtiyatların və pulun bir qrup əllərdə toplanmasına qarşı çıxaraq hamının ri­fahını təmin etməyə çalışır, pulun sərbəst dövriyyəsinə, layihəsi olan hər kəsin istehsalla məşğul olmasına zəmin yaradır, fərdlərin qabiliyyətlərinin üzə çıxmasına şərait yaradır. Pulun və ehtiyatların bir qrup əllərdə toplanmasının qarşısının alınması istehsal və istehlakın önündəki maneələri aradan qaldırır, maya dəyərini azaldır. Pulun maliyyətsiz və hamının sahib olacağı hala gətirilməsi Milli İqtisadi Modelin ən mühüm ünsürüdür.
Gəlir bölgüsündə məlum bir tarazlığı qorumayan inkişaf, əslində inkişaf deyildir. Buna görə məqsəd cəmiyyətin bir hissəsinin deyil, hamının rifah halını yüksəltməkdir. Gəlir bölgüsündə tarazlıqı pozan pul ilə pul qazanmaq əvəzinə, cəmiyyətin hər təbəqəsinə fayda verən istehsal ilə pul qazanmaq məntiqi modelin hakim ünsürüdür.
Kapitalizm iqtisadi hadisələrə bir münaqişə məntiqi ilə yanaşır. İşçi ilə işə götürən, varlı ilə kasıb, işləyənlə pensiyaçı və bu kimi bir çox təbəqələr arasında gəlirin (mənfəətin) bölüşdürülməsinə bir münaqişə məntiqi hakimdir. [4, kitab1, fəsil 5] Hal­bu­ki Milli İqtisadi Modeldə cəmiyyətin heç bir təbəqəsi rəqib kimi bir-birinə qarşı qoyulmur və cəmiyyəti təşkil edən fərdlərin hamısına fayda gətirən yollar açılır. Məsələn, işçilərin əmək haqlarını yaşayış minimumu ilə tənzimləyən kapitalist sistemindən fərqli olaraq Milli İqtisadi Model həm işverənin, həm də işçinin haqqını öz sahibinə verir. [24]
Qiymətlər elastik deyil, sabitdir. Bunu təcrübə gös­tərir. Ancaq nə üçün indiyə qədər qiymətlərin sa­bitliyi ilə əlaqədar lazımi izah verilməmişdir. Bizim konsepsiyada qiymətlərin sabitliyinin səbəbləri təhlil edilir, iqtisadiyyatda meydana çıxan xəstəlikləri görməyə imkan verən tamamilə yeni – ümumi və qismi tarazlıq da təhlil edilir.
Konsepsiyada pul ilə Ümumi Daxili Məhsul (ÜDM) arasındakı əlaqənin izahı verilir, iqtisadiyyatda, daha doğrusu bazarlarda zəruri olan pul kütləsinin həcmi riyazi düsturlarla hesablanaraq həmin bazarlarda yaradılacaq tarazlığın rəqəmlə izahı ortaya qoyulur. Hər iqtisadi model onu orta­ya qoyan mədəniyyəti və dünyagörüşünü əks etdirir. Bizə aid dəyərlərin bir aspektini əks etdirən Mil­li İqtisadi Model hadisələrə Qərb gözü ilə deyil, mü­səlman-türk insanının sahib olduğu ölçü ilə ərsə­yə gəlmişdir. [4, s. 14]
İstər kapitalizm, istərsə də sosializm modellərinin heç biri bəşəriyyətə səadət gətirə bilməz. Bu gün dünyada hakim olan bu görüşlər bir qrup xoşbəxt azlıqları çıxmaq şərtiylə, insanlığa dünya həyatını zindan etmişdir. Milli İqtisadi Model yalnız ölkəmizi deyil, bəşəriyyəti də rifaha qovuşduracaqdır.
Milli İqtisadi Model bir rus dostumun aşağıdakı sualına da bir növ cavabdır: «Sosializmdən biz çox əziyyət çəkdik, kapitalizmdən isə dünya əziyyət çəkir; bizi və dünyanı azad edən, gəlir bölgüsündə tarazlıq yaradan, davamlı inkişafı və tam məşğulluğu təmin edən iqtisadi model varmı?»

Facebook-da MİM