Milli İqtisadi Modelin pula verdiyi təriflərə bir daha nəzər salanda, pulun mübadilə və yığım xüsusiyyətindən əlavə, iki yeni funksiyasının olduğunu görürük.
1. Pul Fəaliyyət mənbəyidir. Əməyi və istehlakı dövriyyəyə salan təhrik amilidir.
2. Pul, əməyin dövriyyəyə salınması nəticəsində əldə olunan dəyərin (mal və xidmət) müqabilidir.
Pula Milli İqtisadi Modeldə verdiyimiz tərifindən çıxardığımız «yeni pul tənliyinə» nəzər salaq.
Pul fəaliyyət mənbəyi kimi
İstehsal miqdarı Pulun nominal dəyəri İstehsal amillərinin nominal dəyəri dt arasında (vahid zaman ölçüsü)
Yəni pul tənliyinə əsasən istehsalla tədavüldəki pul arasındakı əlaqə belə olacaqdır.
Pür = PF + dp
Tutaq ki, bazardakı pulun miqdarı PT-dir. PT miqdarında olan pulun, dt müddətində meydana gətirdiyi istehlakın nominal dəyəri isə Pt-dir. (müəyyən bir dt aralığı üçün) Fərz edək ki, PF+dp miqdarındakı pulun meydana gətirdiyi istehlakın nominal dəyəri isə PE-dir. Belə olan bir halda,
Pt – Pt + dp
Pt – PE əlaqələrindən,
Ps = PE – PT
PS senyoraj gəliri kimi çap olunan pul aşağıdakı formada olur:
Ümumi istehlakın bazardakı pul miqdarına bərabər olan dt müddəti vardır. Bu müddət ərzində ümumi istehlak ilə ümumi istehsal arasındakı fərq qədər emissiya artırılır. Bu miqdar bir il üçün hesablansa, birinci 365/dt=y tapılır. Y göstəricisi emissiya miqdarına vurularaq illik senyoraj gəliri əldə olunur.
S PS = g PS
Yeni Pul Tənliyi diqqətlə araşdırılanda məlum olacaq ki,
1. Pul ilə ÜMM (Ümumi milli məhsul) arasında real əlaqə vardır. Bəzi iqtisadi modellərin iddia etdiyi kimi «pul çap etmək inflyasiya yaradır» fikrinin heç bir əsası yoxdur. Cavabı axtarılmalı olan kritik sual budur: «İnflyasiyaya və yaxud deflasiyaya səbəb olmayan pul nə qədər olmalıdır?» Yeni Pul Tənliyi bizə bazarda nə qədər pulun dövriyyədə olmasını göstərəcək.
2. Hər təklif özündən daha az tələb formalaşdırır.
3. İnkişaf edən iqtisadiyyatlarda, formalaşdırılan nisbətdə çoxlu təklifin müqabilində emissiya genişləndirilməlidir. Əks təqdirdə, deflasiya prosesinin başlaması labüddür. Tətbiq olunacaq emissiya, az gəlirli təbəqəyə sosial xidmət çərçivəsində verilərək çatışmayan tələb tamamlanmalıdır.
4. İki yeni məfhuma yenidən tərif versək;
* Pulun vahid zaman ölçüsündə formalaşdırdığı istehsal miqdarına «pulun istehsal sürəti» deyilir.
* Pulun vahid zaman ölçüsündə həyata keçirdiyi istehlak miqdarına «pulun istehlak sürəti» deyilir.
* Bazarda dövriyyədə olan pulun istehsal ilə istehlak sürətinin bir-birinə olan nisbəti 1 isə, deməli iqtisadi tarazlıq mövcuddur. Bu nisbət 1-dən böyükdürsə istehsalda, 1-dən kiçikdirsə istehlakda çoxalma vardır. Tarazlıq pozulanda, emissiya həcmi dəyişdirilərək iqtisadiyyata müdaxilə etmək lazımdır.
5. İnkişafda olan iqtisadiyyatlarda, bazar tarazlığını təmin etmək üçün düsturda göstərilən miqdarda emissiyanın genişləməsi məcburidir. Senyoraj kimi ifadə etdiyimiz iş mal və xidmət müqabilində dövlətə verilən bir hüquqdur. Əks təqdirdə, istehsalın artımına uyğun zəruri miqdarda bazarda pul olmasa kifayət qədər istehlak da olmayacaqdır.
4 – Emissiya
Emissiya Mərkəzi Bankın dövriyyəyə buraxdığı puldur və bazarın tələbinə uyğun olaraq dövlət tərəfindən istehsal olunur. Dövlətlərin emissiya ilə əldə etdiyi gəlirə isə senyoraj gəliri deyilir. Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə törəmə pullar nəqdi və xarici pul emissiyanın yerini tutduğu üçün bu dövlətlərin senyoraj gəliri əldə etməsi mümkün deyildir.
Kapitalist iqtisadi sistemi, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankları dövlətdən müstəqil edərək hökumətin bu banklar vasitəsilə senyoraj gəliri əldə etməsini qadağan etmişdir. İnkişaf etməkdə olan ölkələrdə senyoraj gəliri yerinə, inkişaf etmiş ölkələrin mərkəzi banklarının çap etdiyi «hard currency»lər faizlə borc alınaraq emissiyanı əvəz edir. Bu isə, az inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə gəlir transferidir.
Dövlətlərin senyoraj gəlirinə mane olan digər amil də özəl bankların istehsal etdiyi törəmə pullardır. Özəl banklar yığdıqları depozit sayəsində törəmə pulları istehsal edərək bazarın pula olan ehtiyacının bir hissəsini ödəyirlər. Buna görə də mərkəzi banklar emissiya miqdarını istədikləri qədər artıra bilmir və nəticədə dövlətlər də senyoraj gəlirindən məhrum olurlar.
Xarici və törəmə pulları emissiyanı əvəz etməsinin iqtisadiyyata bir çox zərəri vardır. Bankların istehsal etdiyi törəmə pulları bazara faiz yolu ilə təklif olunması, dövlətlərin senyoraj hüququnu məhdudlaşdırır. Bankların törəmə pulları istehsalı, dövlətlərin sağlam pul siyasəti həyata keçirməsinə mane olur. Beləliklə, bazarı istədiyi kimi idarə etmək iqtidarında olan dövlət öz gücünü itirir.
Digər tərəfdən, bazarın ehtiyacı olan emissiyanın mərkəzi bank deyil, özəl banklar tərəfindən təmin olunması, bu banklara bir növ senyoraj gəliri əldə etmək hüququ verir. Banklar yaratdıqları pul surroqatlarını vətəndaşın istehsalı müqabilində apardıqları üçün faiz gəliri ilə yanaşı, cəmiyyət və dövlətin də gəlirlərini özləri mənimsəyirlər.
Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bazarlarının ehtiyacı olan pulu öz emissiyaları ilə təmin etmək əvəzinə, inkişaf etmiş ölkələrdən faizlə aldıqları xarici valyuta ilə təmin etdikləri üçün qlobal güclərə faiz ödəmək məcburiyyətində qalırlar. Bununla yanaşı senyoraj gəlirlərini də onlara köçürürlər. Türkiyə kimi inkişaf mərhələsində olan ölkələrin ümumi borc miqdarının trilyonlarla olmasının əsas səbəbi də budur. Bu cür ölkələr ehtiyac duyduqları sərmayəni öz emissiyaları ilə təmin etmək əvəzinə, maliyyə dəyəri olan xarici pul ilə təmin etdikləri üçün bir müddət sonra borc bataqlığına düşürlər. Fantastik rəqəmlərə çatan borcların ödənə bilməsi və ölkələrin borc bataqlığından çıxması üçün ilk öncə maliyyə dəyəri olan xarici pulun yerinə emissiyanın hakim olması zəruridir.
İnkişaf etməkdə olan ölkələrin 1970-ci ildə qlobal sərmayə sahiblərinin demək olar ki, heç borcu olmadığı halda bu rəqəm 1990-cı ildə 1.459 trilyon dollara, 2000-ci ildə isə 2.527 trilyon dollara çatmışdır. Göstərilən rəqəmlərin yalnız xarici borclardan ibarət olduğu və bundan daha çox daxili borcun mövcudluğu nəzərə alınarsa məsələnin nə qədər ciddi olduğu daha aydın olar.
Yəni inkişaf etməyə qərar vermiş ölkələr 1970-ci ildən bu günə qədər inkişaflarını maliyyətli pul ilə həyata keçirmə yolunu tutduqları üçün iflas nöqtəsinə gəlmişlər.
«Pul çap etmək inflyasiya yaradar» ifadəsini özlərinə şüar edənlər bankçılığın əhəmiyyətini izah edərkən, bu sistemin iqtisadiyyatın əsasında dayandığını, törəmə pul istehsal etdiyini qeyd edirlər. Bu məntiqə əsasən, mərkəzi bank emissiyanı artıranda inflyasiya əmələ gəlir, eyni işi banklar həyata keçirəndə isə bu baş vermir. Beynəlxalq kredit təşkilatları emissiyamızı artıraraq istehsala şərait yaratmaq əvəzinə, faizlə alınan xarici valyuta ilə eyni həcmli istehsalı reallaşdırmamızı tövsiyə edirlər. Yəni, «yerli pul ilə həyata keçirilən istehsal inflyasiya yaradır. Lakin maliyyə dəyəri olan xarici valyuta ilə həyata keçirilən istehsal isə ölkəni inkişaf etdirir» kimi əsassız, qeyri-məntiqi izahatlar eşidirik. Təəssüf ki, Türkiyə kimi inkişaf mərhələsində olan ölkələrdə iqtisadi siyasət adı altında tətbiq edilən iqtisadi modellər əsarət zəncirindən başqa bir şey deyildir. Buna görə də iqtisadi modelimizdə hər şeydən əvvəl maliyyə dəyəri olmayan milli pul sərbəst olacaq, qarşısındakı bütün maneələr aradan qaldırılacaq, iqtisadiyyat qlobal güclərdən asılı vəziyyətdə qalmayacaqdır.
Hazırda beynəlxalq kredit təşkilatlarının təsiri və hakimiyyəti altında olan ölkələr, xəzinənin üstündə oturan dilənçilər kimi «xaricilər gəlsin sərmayə qoysun, bizi də işlə təmin etsin» qayğısı ilə gözləyirlər. Əslində, ölkəmizdəki və dünyadakı təbii ehtiyatlar, bütün bəşəriyyəti təmin edəcək qədər çoxdur.
Digər tərəfdən, xarici valyutanın bir ölkə ərazisində dövriyyədə olması, yerli xalqın istehsal və istehlakı sayəsində öz müqabilini qazanması, o ölkənin sahib olduğu sərvətlərin, millətin alın tərinin o xarici ölkəyə köçürülməsi deməkdir. Təəssüf ki, liberal və kapitalist sistemlərin tələsinə düşən Türk iqtisadiyyatı da alternativ layihələr ortaya qoya bilməyən idarə sistemlərinin bacarıqsızlığı ilə əlaqədar acınacaqlı vəziyyətdədir.
Liberalizm pulun sərbəst dövriyyəsindən bəhs edərkən, əslində qlobal sələmçilərin əllərindəki pullarla ölkələri istismar etmək üçün bazarlarda istədiyi kimi hərəkət etməsini nəzərdə tutur. Bizim modelimizdə pulun sərbəst dövriyyəsi dedikdə isə, pulun hamı tərəfindən istifadə etmək imkanını təmin edən iqtisadi bir sistemi nəzərdə tuturuq. Pulun bir qrup inhisarçıların əlində cəmlənməsi, bazarın müəyyən adamların nəzarətində olması və faiz vasitəsilə gəlirlərin onların cibinə axması deməkdir. Digər tərəfdən, pulun möhtəkirlik məqsədi ilə sərbəst dövriyyəsi isə, xəyallarda yaratdığı müəyyən təsir mexanizmləri ilə bir çox ölkələrin bazar iqtisadiyyatını çökdürmək deməkdir. [47]
Pulun istehsal və istehlakın fövqündə möhtəkirlik məqsədi ilə işlədilməsi, iqtisadiyyatlara sağalmayan yaralar vurur. Pulun əmək və istehsalın müqabili olduğunu nəzərə alsaq, P miqdarında olan pul istehsal etmədən dp qədər xəyali bir dəyər ortaya qoyarsa, bu miqdarda bazarda olan istehsalın pul sahibinə aid olması deməkdir. Ortada olan dp qədər pul özünün real müqabil dəyərini formalaşdıra bilməyibsə, pulun müqabili bazarda əvvəldən mövcud olan dəyər olacaqdır ki, bu da gəlir bölgüsündə disbalansa və iqtisadiyyatın öz daxilinə doğru kiçilməsinə şərait yaradacaqdır. Başqa sözlə cəmi istehsal miqdarı artmadığı halda məlum təbəqənin malik olduğu pul miqdarının davamlı olaraq artdığını düşündükdə bu təbəqənin cəmi istehsalda daha çox pay almağa başladığını, müvafiq olaraq cəmiyyətin digər hissəsinin daha az pay aldığı aydın olur. Pul bir təhrik amili, əməklə istehsalın müqabili kimi qiymətləndiriləndə və buna müvafiq iqtisadi siyasət gerçəkləşəndə yaşamaq daha da asanlaşacaqdır. Əks təqdirdə, indiki problemlərlə davamlı mübarizə aparmağımız labüddür.