
İqtisadiyyatda istər mal, istərsə də xidmət sahələriylə bağlı olan istehsal inkişafın və iqtisadi artımın yeganə mənbəyidir. İstehsal olmadan nə insanların məşğulluğunu, nə də onların mal və xidmətlərə malik olmasını təmin etmək mümkün deyildir.
İqtisadi siyasətin məqsədi istehsal etmək və istehsal olunanları xalqına istehlak etdirə bilən gəliri formalaşdırmaqdır.
Pul ilə pul əldə etmək əvəzinə, istehsal və satış ilə pul qazanma anlayışı iqtisadiyyata nə qədər hakim deyilsə, nə ölkə iqtisadiyyatının inkişafı, nə də əhalinin işlə təmin olunması imkanı mümkün deyildir.
Milli İqtisadi Modelimizin əsas məqsədi həm istehsal edən, həm də istehlak qabiliyyətinə malik bir cəmiyyəti formalaşdırmaqdır. İstehsalsız kağız üzərində xəyali spekulyativ oyunlarla inkişaf etmək mümkün deyildir.
Bir qumar stolu arxasında oynayan adamların cibində cəmi 1000 dollar olduğunu düşünün. Onlar günlərlə qumar oynasalar da bu pul 1001 dollara yüksələ bilərmi? Məhz sərmayə bazarlarında baş verən minlərlə bu cür möhtəkirliyin həqiqi mənada iqtisadiyyata heç bir xeyri yoxdur. Bilavasitə zərəri vardır.
Son zamanlar yeni – «işsizliyi azaltmayan inkişaf» anlayışı ilə qarşılaşırıq. Əslində belə bir inkişafın olması mümkündürmü? İstehsalın həcminin artdığı bir şəraitdə işləyənlərin sayının azalması mümkün deyildir. Buna görə də həqiqi inkişaf, istehsal ilə insanları işlə təmin etmək yolu ilə ola bilər. Əks təqdirdə bu borc pul ilə istirahətə getməyə bənzəyir, yəni böhran içində olduğun zaman inkişaf etdiyini zənn etsən daha da batarsan.
Gəlin indi istehsalı formalaşdıran dəyişkənləri və parametrləri araşdıraq. Mikro iqtisadiyyatda istehsal müəssisələr tərəfindən həyata keçirilir. Ölkədəki bütün müəssisələrin cəmi, əlbəttə ümumi istehsal funksiyasının cəminə bərabərdir.
Sərmayə vasitəsi ilə xammal, əmək, yer və texnologiyanı birləşdirən müəssisələr məhsul əldə edirlər. Ona görə də istehsal funksiyası əməyə, sərmayəyə, xammala, yer və texnologiyaya bağlıdır. Ancaq buradakı sərmayə bu istehsal amillərini dövriyyəyə buraxan digər istehsal amillərindən fərqli olaraq təhrik funksiyasını yerinə yetirir. Beləliklə istehsal tənliyi aşağıdakı kimidir:
İstehsalı əmələ gətirən bu parametr və dəyişkənlərin ayrı-ayrılıqda tədqiqinə əvvəlcə sərmayədən başlayaq.
Bildiyimiz kimi istehsalın əsasını investisiyalar təşkil edir. Onsuz istehsalı təsəvvür etmək mümkün deyildir. O zaman həmin investisiya və istehsal üçün nəzərdə tutulan sərmayə haradan əldə ediləcəkdir?
Faizlə pulu bazardan çıxaran kapitalist anlayış, pulun əsas funksiyalarından olan istehsala təhrik funksiyasına mane oldu. Yeri gəlmişkən qeyd edək ki, əgər istehsala şərait yaratmaq istəyiriksə, əvvəlcə dondurulmuş sərmayəni azadlığa buraxmaq məcburiyyətindəyik.
Kapitalist anlayışlar investisiyaların mənbəyini yığımda görürdülər. Buna görə də inkişaf etmək istəyən ölkələrin qarşısına iki secim yolu qoyuldu [4]. Onlardan birincisi, yığımdır. Yəni vətəndaşların banklarda faizdə duran pulunun yenə bankların vasitəsiylə faizlə birilikdə investisiya kimi qoyulmasıdır. Digəri isə faizlə alınan xarici valyutadır. Diqqət etdikdə görürük ki, hər iki halda investisiya faizli pula əsaslanır. Bu əslində kapitalizmin təməlini təşkil edən məsələlərdən biridir.
Faizli pul ilə investisiya qoyuluşunun ən mühüm problemlərindən biri istehsal xərclərinin artması və məsrəf inflyasiyasına səbəb olmasıdır. İstehsal xərclərinin artması ya qiymətləri yüksəldəcək ki, bu da məhsula olan tələbi məhdudlaşdıracaq, ya da ki, istehsalçı mənfəətinin və işçi maaşlarının aşağı düşməsinə səbəb olduğu üçün investisiya qoyuluşuna marağı azaldacaqdır.
Digər tərəfdən iqtisadi inkişaf üçün zəruri olan maliyyə vəsaiti və yığım miqdarı ilə, ya da xaricilərin qəbul etdikləri kredit miqdarı ilə məhdudlaşdırılmışdır. Ancaq iqtisadi inkişaf yoluna qədəm qoyan ölkələrin milli gəlirləri son dərəcə az olduğu kimi, bununla əlaqədar olaraq yığım da bir o qədər azdır. Az miqdarlı bu pul qənaətləri də faizlə birlikdə bazardan yəni dövriyyədən çıxdığı üçün istehsalı təmin edən pul tamamilə ortadan yox olmuşdur. Bunun əvəzinə bu dondurulmuş pul dövlətə satılır və dövlət hərraca cəlb edilərək böyük bir borc bataqlığına salınmışdır.
Xüsusən 70-ci illərdən sonra bu baxımdan xaricdən faizlə pul alaraq inkişaf yolunu seçən ölkələr trilyonlarla ABŞ dolları həcmində qlobal sərmayəçilərə borclu qalmışlar. Yəni inkişafa çalışdıqca, istehsal etdikcə dirçəlmək əvəzinə tənəzzülə uğramışlar.
İnflyasiya bölməsində bu faizli pul məsələsini geniş şəkildə təhlil edəcəyik. Ancaq qəti şəkildə aydındır ki, investisiyalar üçün yığım və ya xarici sərmayəni həll yolu hesab etmək, xüsusilə onlardan faiz verməklə istifadə etmək düzgün çıxış yolu deyildir. Əksinə davamlı və məhsuldar istehsalın önündə ən ciddi maneə hesab edilməlidir.
Pul bölməsində ifadə etdiyimiz kimi pulun təhrik funksiyasından istifadə edərək emissiya müqabili əməyi dövriyyəyə daxil edərək istehsalı təmin etmək lazımdır.
Dövlət layihə təqdim edən hər kəsi ayrıseçkilik qoymadan faizsiz sərmayə ilə təmin etməlidir. Eyni zamanda faizlərin sıfıra enməsi vətəndaşın əlindəki yığımı da müəyyən əllərdə toplanmasına deyil, əksinə bazarda dövr edərək həm istehsalın, həm də istehlakın dəstəklənməsinə imkan verəcəkdir .
Bu gün istehsal müəyyən əllərdə inhisarlaşmışdır. Maliyyə dəyəri olan pula heç də hər kəs sahib deyildir. Liberalizm bu baxımdan sərbəstlikdən dəm vursa da, pul bu gün müəyyən əllərdə cəmləşmişdir. İstehsal etmək üçün sadəcə təşəbbüskar olmaq kifayət etmir. Pulun inhisarlaşması hər istəyənin deyil, sadəcə pulu əlində toplayanların icazə verdiklərinin istehsal etməsinə səbəb olur. Bu vəziyyət həm fərdlər üçün, həm də iqtisadi baxımdan dirçəlmək istəyən ölkələr üçün eynidir. Öz emissiyası ilə investisiya qoymaq istəyən ölkələrə liberalizm pərdəsi altında qadağalar qoyaraq onların iqtisadi dirçəlişinə qəsdən mane olmaq istəyən inkişaf etmiş ölkələr öz pullarını onlara sataraq müəyyən müddətdə onları borc bataqlığına salırlar. Sonra dərhal bu borcların əvəzində toxunulmamış yeraltı qaynaqlar borclu ölkələrin əlindən borc verənlərin əlinə keçir.
Aşağıdakı qrafikdə bunu daha aydın şəkildə təhlil edə bilərik.
Qrafik 16 -1- Faizsiz pul ilə gerçəkləşən istehsal
Qrafik 17 -2- Faizli pul ilə gerçəkləşən istehsal
Qrafik 18
Yuxarıda qeyd etdiyimiz kimi, layihə müqabilində istəyən hər insana maliyyə dəstəyinin təmin olunması inhisar bazarlarının əmələ gəlməsinə də mane olacaqdır. Belə liberalizmin tətbiq olunduğu ölkələrdə bir kasta sistemi formalaşmışdır. Əgər, yəni təşəbbüskarlığından asılı olmadan pul sahibi deyilsənsə, heç bir zaman istehsalçı ola bilməzsiniz. Təbii ki, burada istisnalar da vardır. Milyondan bir adam öz zəhməti ilə, sanki bir emalat xətası kimi sivrilib buna nail olur. Ancaq ümumbəşəri azadlıqlar ideyasının arxasında gizlənən kapialist dünyası, insanların həyatına məhdudiyyətlər gətirməklə kasta sistemini cəmiyyətdə hakim etdiyini göstərir. Unutmayaq ki, varlanmaq hər kəsin təbii hüququdur. İnsanların qarşısını almaq deyil, əksinə onların yolunu açmaq iqtisadi modellərin məqsədi olmalıdır.
Təbii emissiya ilə istehsalın dəstəklənməsi müəyyən bir qayda çərçivəsində olmalıdır. Layihənin praktikliyi, birbaşa sərmayə qoyan dövlətin özü tərəfindən yoxlanılmalıdır.
Bu investisiyaların müəyyən bir qismi üçün əlbəttə ki, idxala da ehtiyac yaranacaqdır. Ancaq bunun üçün ehtiyac duyulan sərmayə, idxal edilən ölkənin yerli pulu qəbul etməməsi şəraitində ixracatla əvəz olunacaqdır. Bunun üçün uyğun bir xarici ticarət siyasəti ilə faizli borc pula ehtiyac olmadan məsələ rahatlıqla həll oluna bilər.
İstehsal üçün ehtiyac duyulan sərmayənin faizsiz olması, ölkələr üçün son dərəcə önəmlidir. Əks təqdirdə ölkələrin tədricən borc bataqlığına girməsi labüddür. Məsələn, Türkiyədə avtomobil yolu salmaq üçün faizli xarici pula ehtiyac varmı? Əlbəttə xeyr, çox rahatlıqla yollar yerli və faizsiz pul ilə salına bilər. Lakin bizim öz torpaqlarımızda qoyduğumuz investisiyaları öz milli valyutamızla (emissiya) dövriyyəyə buraxmaq əvəzinə faizlə alınan borc pula üstünlük veririk.
Burada diqqətimizi çəkən əsas məsələ, emissiyanın inflyasiyaya məruz qalıb-qalmaması məsələsidir.
«Yerli pul ilə istehsal etməyin, inflyasiya olar» – deyənlərin, bunu faizli pul ilə etməyi tövsiyə etmələri, xarici sərmayənin investisiya qoymasını təklif etmələri və ya ölkəyə gələn turistin cibindəki valyutanı inflyasiyanın səbəbi kimi görməmələri qətiyyən başa düşülmür. Bu necə inflyasiyadır ki, yerli pulu görəndə dərhal ayağa qalxır, xarici pulu görəndə isə yuxuya dalır.
Bəs emissiya hansı şərtlərdə inflyasiyaya səbəb ola bilər?
Əvvəlcə bunu iki yerə bölək. Birincisi, mövcud olan istehsal həcminin artırılması üçün istifadə olunan sərmayə qısa vaxtda istehsal gücünü artırdığına və emissiya müqabilində məhsul əldə etdiyinə görə inflyasiyaya səbəb olmayacaqdır. Əgər bu sərmayə artımı investisiya qoyuluşuna sərf olunarsa və məsələn, bu investisiyaların dövriyyəyə girməsi üçün bir illik müddətə ehtiyac duyularsa, orta müddətdə yenə bir sıxıntı olmayacaqdır. Ancaq qısa müddətdə mümkün olan tələb artımı üçün əlbəttə ki, görülməli olan çox sadə tədbirlər vardır. İnflyasiyanın təhlilində bu məsələyə toxunacağıq. Bundan başqa, bizim kimi tələb problemi ilə qarşılaşan və bununla əlaqədar zəif istehsal gücündən istifadə edən ölkələr üçün qısa müddətdə bu keçid dövrü çox rahatlıqla ötüşəcəkdir. Bu keçid müəyyən maliyyə həcmləri qorunaraq heç bir tələb inflyasiya riski ilə qarşılaşmadan ediləcəkdir.
Digər bir amil də əməkdir.
Əhalisi daha çox gənclərdən ibarət olan ölkəmizdə milyonlarla insan işsizlik ucbatından vaxtını kafelərdə, küçələrdə, cöllərdə keçirir. Bu istifadə olunmayan işçi qüvvəsindən istifadə edərək asanlıqla istehsal həcmini yüksək səviyyəyə qaldıra bilərik. Bu işsizlər arasında təhsilli insanların olduğunu düşünsək, məsələnin daha ciddi olduğu aydın olacaqdır. Milli iqdisadi modelimizdə biz boş-bekar qalan fərdləri sadəcə iqtisadiyyatda bir işci qüvvəsi kimi deyil, həmçinin sərmayə yardımı məsələsi həll edildikdə onlardan ciddi bir qisminin sahibkar və ya sənaye istehsalçısı olması barədə düşünürük. Beləliklə emissiya ilə birlikdə hərəkətə keçən istifadəsiz əmək özü ilə yüzlərlə insana iş yerləri açacaq. Avropaya iş dalınca gedən vətəndaşlarımız illərlə işləyib əldə etdikləri bir necə qəpiklə sıfırdan iş adamı ola bilmişlər. İllərlə əldə etdikləri bu kapital dövlət tərəfindən eyni insanlara öz torpaqlarında verilsəydi, bu gün onlar Avropanın deyil, öz vətəninin inkişafını təmin edərdilər. Bundan başqa sadəcə işsizlər deyil, işləyənlər də nəzərə alınsa, sərmayə artımı əməyin marjinal məhsuldarlığını da artıracaqdır.
Digər bir təsir vasitəsi də xammaldır. Müəyyən bir iqtisadi səviyyəyə yüksələn ölkənin iqtisadi dirçəlişi mütləq onun yeraltı və yerüstü qaynaqlarının istifadəyə verilməsinə əsaslanır. Əvvəldə də qeyd etdiyimiz kimi qeyri-məhdud və sürətlə yenidən bərpa olunan faydalı qazıntı qaynaqları ilə zəngin bir dünyada yaşayırıq. Bu baxımdan əsasən ölkəmizdə sahib olduğumuz yeraltı və yerüstü qaynaqları istifadə etmədən iqtisadi dirçəlişi təmin etmək mümkün deyildir. Əgər hər hansı bir ölkə sahib olduğu bu qaynaqları xaricilərin sənaye müəssisələrinə təhvil verir və ya satırsa, deməli özünün iqtisadi inkişafı barədə düşünmür. Əgər malik olduğumuz dəmir, mis və sink metalları emal edilmədən satılırsa, bəs onda sənayemizdə nədən istifadə edəcəyik? Əslində istehsal, əsasən bu qaynaqların sərmayə ilə birlikdə əməyi hərəkətə gətirərək işlənməsindən və əlavə dəyər formalaşdırılmasından başqa bir şey deyildir.
Digər araşdırılmağa ayrıca ehtiyacı olan çox ciddi bir məsələ də kənd təsərrüfatı məsələsidir. Bir sənaye müəssisəsi üçün bir malı neçəyə satması deyil, ondan nə qədər mənfəət əldə etməsi əsasdır. Çünki firmaların məqsədi kəmiyyət deyil, əlbəttə ki, ilin sonunda çoxlu mənfəət əldə etməkdir. Bunu eyni zamanda ölkələrə də aid etmək olar.
İxrac etmək önəmlidir, amma ixracatı ən az idxalat ilə əldə etmək, yəni xarici ticarətdə müsbət saldonu təmin etmək ölkələr üçün əsasdır. Buna görə də kənd təsərrüfatı ən az idxalatla, ən çox ixracatın əldə edildiyi sahələrdən biri olduğu üçün ölkələrin inkişafında və işsizliyin aradan qaldırılmasında çox mühüm rol oynayan bir sektordur.
Əgər idxalata əsaslanan bir istehsal sahəmiz olarsa, xalis istehsal idxalatın çıxıldıqdan sonra əldə ediləndir. Halbuki kənd təsərrüfatı sahəsində vəziyyət daha fərqlidir. Buna görə də, kənd təsərrüfatına emissiya ilə edilən əvəzsiz yardım (subsidiyalar) çox rahatlıqla və yüksək səviyyədə gerçəkləşdirilə bilər. Xüsusilə bununla ölkəmizdə çox sürətli bir inkişafı təmin etmək mümkündür.
Sıfır faizlə istehsalçı məhsulunu tarlada səpməmiş əldə ediləcək məhsulun təxmini miqdarının yarısı dövlət tərəfindən bu insanlara faizsiz verilməlidir. Məhsul alındıqdan sonra qalan hissə dəqiq hesablanaraq ödənilməlidir. Dəstəklənmə qiymətlərinin olması şərtdir. Bu günə qədər Türkiyədə bu iş qismən tətbiq olunmuş və ancaq bunun maliyyələşməsi istehsala uyğun emissiya əvəzinə, faizlə alınan pulla təmin edilmişdir. İstehsal və emissiya arasındakı tarazlıq nisbətinə əməl olunduğu zaman sürətli inkişaf reallaşacaq və bunun sayəsində isə nə ölkə borclanacaq, nə də tələb inflyasiyası ilə qarşılaşacaqdır. Xalis hasilatın kənd təsərrüfatında yüksək olması, dövlətə daha rahat əvəzsiz yardım (subsidiya) etmək imkanı verəcəkdir.
Qrafik 19
Digər bir məsələ də ərazi və yer məsələsidir. Əvvəlcə kənd təsərrüfatı, mədən və sənaye əraziləri müəyyənləşdirilməlidir. Ölkəmizin ən məhsuldar torpaqlarında yanlış olaraq sənaye istehsalının artdığını görürük. Bu son dərəcə yanlışdır. Gecikmədən dar regional sənaye inkişaf modeli həyata keçirilməlidir. Yəni kənd yerlərində, yəni kəndlərin yanında sənaye obyektləri təşkil edilməli, xammal və nəqliyyat imkanları müəyyənləşdirilərək bəlli sənaye bölgələri şəhərlərin kənarında və ölkənin hər yerində fəaliyyətə başlamalıdır. Əhalinin Şərqdən Qərbə doğru və ya kəndlərdən şəhərə doğru miqrasiyası bu bölgələrdəki insanlarımızın özlərinə iş tapa bilməməsiylə bağlıdır. Halbuki, dar regional inkişaf modeli ilə bu miqrasiyanın qarşısını almaq mümkün olduğu kimi, işçi qüvvəsi və nəqliyyat xərclərinin daha ucuz başa gəlməsiylə istehsalçı üçün rəqabət imkanları da artacaqdır.
Bu modeldə satış problemi də olmaz. Kiçik atelyelər və KOBİ-lər ətrafdakı ehtiyaclara uyğunlaşdırılaraq istiqamətləndirilir. Beləliklə, bazarın ehtiyacı da yerində ödənilir.
Regional Geniş İqtisadi Dirçəliş Modelinin bir əsas xüsusiyyəti də sənayenin genişləndirilməsiylə millətin total dirçəlişi və hər bölgənin dövriyyəyə daxil olması ilə istehsalın və sərmayənin hər tərəfi əhatə etməsidir.
Bundan başqa ölkəmizdə istifadəsiz qalan bir çox ərazi çox rahatlıqla xalqın istifadəsinə verilə bilər. İstər dövlətə, istərsə də fərdlərə aid olmasından asılı olmayaraq kiminsə sahib olduğu bir ərazini boş saxlamasının iqtisadiyyata xeyri yoxdur. Buna görə istifadəsiz qalan yerlərə daha yüksək bir vergi dərəcəsi tətbiq etməklə hər yerin istehsala cəlb olunması təmin edilməlidir.
Texnologiya isə son dərəcə əhəmiyyətli bir məsələdir. Həqiqətən inkişaf etməyə qərar verən hər hansı bir ölkə texnologiyaya investisiya qoymaq məcburiyyətindədir. Lakin bununla məsələ bitmir. Əsas məsələ bu texnologiya elminə yiyələnməkdir. Belə biliyə yiyələnmədən hər il texnologiya maliyyə transferi etmək lazım gəlir ki, bu da qazanılan gəlirlərin hər il xaricə axması deməkdir. Texnologiya eyni sərmayə və əməklə daha çox məhsul hasil etmək olduğu üçün həm əməyin, həm də sərmayənin marjinal məhsuldarlığını artırır.
Hər ölkə üçün, xüsusilə bizim ölkəmiz üçün mütləq elmi-araşdırma mərkəzlərinin qurulması, onların universitet və özəl sektorla əlaqəli şəkildə işləməsi vacib məsələdir. Buralarda əldə edilən yeni texnologiyalar yerli sənayelərdə tətbiq olunaraq həm maya dəyərinin azalmasına, həm də xarici bazarlarda yerli sənayeçinin rəqabət şansının artmasına şərait yaradar.
Sadəcə özəl sektor daxilindəki elmi-araşdırma fəaliyyətləri buna kifayət etmədiyi üçün mütləq dövlət tərəfindən bu elmi-araşdırma mərkəzləri maliyyələşdirilməlidir. Çünki bəzən bir çox tədqiqatların büdcəsi ancaq dövlət tərəfindən maliyyələşdirilə bilər.
Digər məsələ dövlətin istehsalda iştirak edib-etməyəcəyi məsələsidir. Dövlət yalnız iqtisadiyyatı tənzimləmək funksiyasını yerinə yetirməkdənsə, xüsusilə ictimai işlərdə və strateji sahələrdə mütləq istehsalçı kimi bazarda çıxış etməlidir. Yüksək sərmayə tələb olunan sahələrə investisiya qoymalıdır. Beləliklə inhisar bazarlarının formalaşmasına mane olunmalıdır.
Ölkəmizdə sanki bir iqtisadi qanun kimi müdafiə olunan özəlləşdirmənin nə iqtisadi məntiqi, nə də praktiki əhəmiyyəti vardır. Fransada dövlətin ölkə iqtisadiyyatında tutduğu yer 54%, Avropa Birliyi ölkələrində orta rəqəm 40%-dən yuxarı, ABŞ-da 30 %-dən yuxarı olduğu halda, Türkiyədə 20%-dən aşağıdır. Fransada dövlətin iqtisadiyyatda xüsusi çəkisi 54%, Belçikada 54,3%, İsveçdə 62,3%, İtaliyada 50,2%, Almaniyada 49%, ABŞ-da 32%, İngiltərədə 41% olduğu halda Türkiyədə 1998-ci ildə 26%-dir. [23] Türkiyədə son dövrlərdə aparılan özəlləşdirilmələr nəticəsində bu nisbət 2005-ci ildə 20%-ə düşmüşdür.
Balkan ölkələrində Türkiyədə olduğu kimi özəlləşdirmə adı altında yeraltı və yerüstü mənbələr qlobal güclər tərəfindən ələ keçirilməyə çalışmışdı. Buna baxmayaraq bu ölkələrdə dövlətin iqtisadiyyatdakı payı bizdə olduğundan nisbətən daha yüksəkdir. Məsələn, dövlətin iqtisadiyyatdakı rolu Serbiyada 60%, Xorvatiyada 40%, Bosniya-Hersoqavinada 55%, Rumıniyada isə 35%-dir. [16]
Fransada dövlətin iqtisadiyyatda xüsusi çəkisi 54%, Belçikada 54,3%, İsveçdə 62,3%, İtaliyada 50,2%, Almaniyada 49%, ABŞ-da 32%, İngiltərədə 41% olduğu halda, Türkiyədə bu rəqəm 1998-ci ildən etibarən 26% təşkil edir [2].
Türkiyədə həyata keçirilən ən son özəlləşdirmələr nəticəsində bu nisbət 2005-ci ildə 20%-dən aşağı düşmüşdür.
Balkan ölkələrində bizdə olduğu kimi özəlləşdirmə adı altında bölgənin yerüstü və yeraltı sərvətləri qlobal güclər tərəfindən əldə edilməsinə baxmayaraq, bu ölkələrdə dövlətin iqtisadiyyadakı payı Türkiyə ilə müqayisədə daha yüksəkdir. Serbiyada dövlətin iqtisadiyyatdakı payı 60%, Xorvatiyada 40%, Bosniyada 55%, Rumıniyada 35% təşkil edir [3].
Yüksək sərmayə tələb olunan sahələrdə və ya strateji əhəmiyyət daşıyan sektorlarda dövlət və millətin əməkdaşlığı zəruridir. Ölkəmizin bu gün sahib olduğu və xaricilər tərəfindən katrilyon dollarlarla ifadə edilən yeraltı qaynaqlar təəssüf ki, dəyər-dəyməzinə satılmaqdadır. Halbuki, artıq qeyd etdiyimiz kimi bu qaynaqlar olmadan bir ölkənin istehsala başlaması mümkün deyildir. Digər tərəfdən dövlət millətinə aid olan qaynaqları yenə onunla birlikdə işlətməlidir. Bunun sayəsində bu qaynaqlar həm yerli sənayeyə ucuz qiymətlə təqdim olunacaq, həm də bu müəssisələrdən əldə edilən mənfəət, onlara şərik olan xalq üçün böyük bir gəlir qapısı açacaqdır.