Ümumi Milli Məhsul (ÜMM) ölkədə müəyyən müddət ərzində (adətən bir ildə) istehsal edilən mal və xidmətlərin pulla ifadə edilən dəyərlərinin cəmidir.
İnkişaf isə, müəyyən bir müddətdə ÜMM-un artım nisbətini faizlə göstərən ölçüdür.
Milli İqdisadi Modelimizdə inkişaf, gəlirin tarazlı bölgüsünü təmin etməlidir. Əks təqdirdə, yəni gəlir bölgüsündə tarazlığı pozan inkişaf, cəmiyyətin həm sosial strukturunda, həm də hər keçən gün iqtisadiyyatda tarazlığın pozulmasına səbəb olur.
Milli İqdisadi Model istər yeni vergi və sosial dövlət siyasəti, istərsə də pul siyasəti vasitəsi ilə cəmiyyətin hər sosial qrupunun gəlir səviyyəsini yüksəldən bir inkişafı həyata keçirir.
ÜMM haqqında rəqəmlər inkişafda əsas qəbul edilməlidir. Ümumi Daxili Məhsulda (ÜDM) əcnəbilərin ölkə daxilində yaratdıqları əlavə dəyər artımı da nəzərə alındığı üçün iqtisadiyyatda real inkişafı əks etdirmir. Xaricilər əldə etdikləri gəlirləri ölkədən çıxarırlar. Buna görə yerli fərdlərin istehsalı, həmin ölkənin iqtisadiyyatının inkişafını daha yaxşı əks etdirir. Müəyyən bir müddət ərzində mal və xidmət istehsalından artan ehtiyatlar çıxarıldıqdan sonra əldə edilən rəqəmlər həqiqi inkişaf faizlərini bizə göstərəcəkdir. Çünki istehsal olunduğu halda satılmayan malın iqtisadiyyata faydası yox, zərəri vardır. Müəyyən müddətdən sonra ehtiyatlarda meydana gələn artım iqtisadiyyatda böhranın yaranmasına səbəb olar. Ölkəmizdə hər sektorda müşahidə olunan qalıq artımları hesablanmır. Qalıq artımı və ya azalmalarının hesablandığı sektorlarda, istehsal ilə qalığın dəyişməsi bir-birinə nisbət şəklində götürülərək həmin sektorun və ümumilikdə isə iqtisadiyyatın gedişatı haqqında məlumat verir.
Əgər istehsalın müqabilində hər zaman qalıq artımı müşahidə olunursa, bazarlarda kifayət qədər istehlakın olmadığı müəyyənləşdirilir və buna zidd olan qalıq azalmalarında iqtisadiyyatın tələb inflyasiyasına məruz qaldığı müşahidə olunur.
Halbuki hazırda istehsal yönümlü hesablamalarda qalıq artımları da istehsala daxil edilir.
ÜMM üç istiqamətdə hesablanılır. İstehsal, məsrəf və gəlir yönlü hesablamalardan əldə edilən nəticələr bir-birinə bərabər tutulur. Aşağıda izah edəcəyimiz səbəblə əlaqədar olaraq bildirirəm ki, üç ayrı şəkildə aparılan hesablamaların bir-birinə bərabər tutulması doğru deyildir.
Kapitalizmdə istehsal amillərinə sərf olunan məsrəflərdən əldə edilən gəlirin yanlış olaraq əldə edilən dəyərə bərabər tutulması nəticəsində istehsal-gəlir-istehlak bərabərliyi ortaya çıxmışdır {43,51,57}.
Pul və istehsal bəhsində açıqladığımız kimi əslində istehsal əldə edilən gəlirdən böyükdür (>). Gəlir isə istehlakdan böyük (>) bərabərdir (=). Burada bərabərlik aşağıdaki kimi olmalıdır:
İstehsal > Gəlir > = İstehlak
İstehsaldan gələn gəlirin əldə edilən istehsala bərabər olması mümkün olmadığı kimi, qazanılan bütün gəlirlər də çox gözəl şərtlərdə hamısı istehlaka gedəcəkdir. Kapitalist anlayışlarda istehsal yönlü aparılan hesablamaların istehlak və gəlir yönlü hesablamalara bərabər olduğunu fərz etsək, iqtisadiyyatın tam məşğulluq səviyyəsində taraz olması zəruridir. Çünki istehsal qədər istehlak, əldə edilən gəlir qədər də istehlak vardır. Belə bir vəziyyətə kapitalist modellərlə nail olmaq mümkün deyildir. İqtisadi rəqəmlər belə bir vəziyyətin kapitalist modellərin tətbiq edildiyi son 150 ildə yaranmadığını göstərir.
ÜMM hesablamalarında əsasında xərclərlə istehsal arasında belə bir bərabərliyin olmadığı dərhal üzə çıxır. Xərc yönlü hesablamalarda qalıq dəyişiklikləri də xərclərə daxil edilir.
Əks təqdirdə istehsal yönlü hesablamaları məsrəf yönlü hesablamalardan böyük olacaqdır {9}.
Məsələn, istehsal və xərc yönümlü aparılan hesablamalara əsasən ÜDM (cari qiymətlərlə) 2003-cü ildə 359 762 925 944 mln.TL-dir. 2004-cü ildə isə 430 511 476 968 mln. TL-dir. 2004-cü ildə ÜDM-də qalıq artımı 33 973 662 533 mln.TL-dir {8}.
Eyni zamanda investisiyaların yığıma bərabər tutulması milli iqtisadi model tərəfindən qəbul edilmir. İnvestisiyaların mənbəyi sadəcə uyğun olmadığı kimi, hər yığımın investisiyaya yönləndirilməsi də mümkün deyildir. Modelimizdə investisiyalar faizsiz pul ilə, yəni emissiya ilə həyata keçirildiyi üçün inkişaf edən iqtisadiyyatlarda investisiyalar pul yığımından böyük olacaqdır.
Milli İqtisadi Modeldə ÜMM hesablanması istehsal yönlü aparılarkən qalıq artımlarından ayrıca nəzərə alınacaqdır. Məsrəf yönlü hesablamalarla istehsal yönlü hesablamalar isə qalıq atrımından ayrılandan sonra hesablanacaqdır.