25 Sentyabr - Çərşənbə axşamı 01:32:50
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1- İnflyasiya

İnflyasiya – ən sadə tərif ilə desək, qiymətlərin ümu­mi səviyyəsinin yüksəlməsidir. Bu artım mal bazarlarında olduğu kimi istehsal amilləri bazar­la­rın­da da ola bilər.

İnflyasiya iqtisadiyyatın tarazlığının pozulma­sın­dan irəli gələn bir xəstəlikdir. Bu disbalansın bir tərə­fində deflyasiya, digərində isə inflyasiya daya­nır.
İnflyasiya ən çox sabit gəlirli sahədə gəlir it­ki­si­nə səbəb olduğu üçün gəlir bölgüsündə məsrəf ta­raz­lığı artır.

A. Tələb inflyasiyası.

İnflyasiya iki növə – tələb və məsrəf inflya­siya­sı­na bölünür. Adlarından da göründüyü kimi birin­ci­si tələb artımı ilə, digəri isə istehsal xərclərinin artı­mı ilə əlaqədardır.
Tələb inflyasiyası haqqında kapitalist anlayışın iki əsas izahı vardır. Onlardan biri miqdar nəzəriy­yə­si kimi tanınan klassik nəzəriyyə və ya müasir ifadə ilə montarist yanaşmadır. Bu nəzəriyyədə, qiy­mət artımları ehtiyatda saxlanılan pul qalığın­dakı artımla izah edilir {45,s.43}. İqtisadiyyat tam məsğulluq səviyyəsində qəbul edilir. Təklifin tələbə bəra­bər olduğu fərziyyəsi əsas götürülür. Halbuki, isteh­sal amillərinə ödənən pulun əldə edilən isteh­salı satın ala bilməyəcəyini söyləmişdik. Yəni mv=py tənliyi doğru deyildir. Buna görə istehsal ilə paralel olaraq hər dövrdə emissiyanı artırmaq inflyasiyaya səbəb olması bir yana dursun, iqtisadiyyat üçün zərərlidir.
Digər yanaşma isə Keynesə aiddir. “İnflyasiya kəsiri” adlanan bu yanaşmada isə tam məşğulluq səviyyəsindən sonra ümumi xərclərdəki artım inflya­siya yaradır{8}. Hər şeydən əvvəl inflyasiyalı kə­sir təhlilində tarazlıq nöqtəsi 45 dərəcəlik gəlir xərc­ləmə doğrusu qəbul edilir. Ancaq iqtisadiy­yat­da tarazlıq vəziyyəti gəlirin istehlaka bərabər oldu­ğu nöqtə deyildir. Çünki istehsal miqdarı gəlirdən bö­yük­dür. Tarazlıq nöqtəsi istehlakın istehsala bərabər olduğu nöqtədir.
Bundan başqa tam məşğulluq nöqtəsinə qədər ictimai xərcləri törəmə pul ilə artırmaq müəyyən bir müddətdən sonra vergi və faiz dərəcələrini artı­ra­cağı üçün həm məsrəf inflyasiyasına, həm də isteh­lakın azalmasına səbəb olacaqdır. Tam məşğulluq səviy­yəsinə qədər istehlakın artması tələb inflya­siyası yaratmır. Burada əsas məsələ, istehlakın han­sı yolla əldə edilməsidir. Əks təqdirdə daha çox xro­niki bir inflyasiya forması olan məsrəf inflya­si­ya­sı ilə üzləşəcəyik.
Diqqət etsək görərik ki, hər iki kapitalist an­la­yı­şın əsası birdir. Hər ikisində də tarazlı gəlir əy­riləri ey­nidir. Aralarındakı fərq, tam məşğulluq və qismi məş­ğulluq məsələlərinin təhlili ilə əlaqə­dar­dır {28, s. 296}.
Nəticə etibarıyla hər iki görüş müxtəlif ölkələrdə və müxtəlif dövrlərdə tətbiq olunmuş, amma inflya­siyanı həll edərkən nəticədə bəzən deflyasiya, bə­­zən də staqflyasiya ilə qarşılaşılmışdır. Bundan baş­qa burada əsas məsələ sadəcə inflyasiyanı həll et­mək deyil, eyni zamanda inkişaf edən bir iqtisa­diy­yata nail olmaq məsələsi olmalıydı. Halbuki,bu günə qədər bunun həllini ortaya qoyan modellər xəstəliyə tam diaqnoz qoya bilmədiyi üçün inflya­si­ya­nın müalicəsi başqa məqsədlərin nəzərə alınmaması ilə nəticələnmişdir.
Pulun tək yönlü olmadığını, onun iqtisadiyyata müx­­təlif yer və formalarda təsir etdiyini söyləmiş­dik.
Pul qalıqlarının artımı istehsalın miqdarını artırmaq üçün sərf edildikdə iqtisadiyyata təsiri ilə, ictimai xərcləri maliyyələşdirmək üçün sərfin təsiri fərqlidir.
Yəni pul qalıqlarının artımını inflyasiyaya səbəb kimi görmək son dərəcə yanlışdır.
Beləliklə pulun istehsal surəti və istehlak sürəti ad­lanan iki yeni terminə ehtiyac vardır. Bu ter­min­ləri vahid zamanda dövriyyədəki pulun yarat­­dığı is­tehsal ilə eyni pulun eyni vaxtda isteh­lak­da mey­dana gətirdiyi artım kimi başa düşə bi­lə­rik. Əgər bazara çıxarılan pul az gəlirli əhaliyə ve­ril­­sə, pulun istehlak sürəti artacaqdır. Amma eyni pul istehsala qoyularsa bu zaman, həm istehsal, həm də isteh­lakda artım meydana gələcəkdir. Lakin istehsal ar­tı­mı isteklak artımından çox olacaq­dır.
Qrafik 20
Qrafik 21

 
Əgər bazara təqdim edilən pul gəliri səviyyəsi aşağı olan sahələrə göndərilərsə pulun istehlak sürətində artım oxunu göstərəcəkdir. Ancaq eyni pul istehsala yönədilərsə bu zaman həm istehsal, həm də istehlakda artım meydana gələcəkdir. An­caq istehsalın artımı istehlakın artımından çox ola­caq­dır.
İqtisadi struktura görə, məlum istehsal həcminə uyğun gələn pul miqdarı bazarda olmalıdır. Pulun miqdarı artanda istehsalın dərhal ödəyə bilmədiyi tələb artımı baş verəcəkdir ki, bu da inflyasiyanı yaradan əsas amildir. Bu pul nisbəti ölkələr ara­sın­da fərqləndiyi kimi, ölkə daxilində də arabir fərq­lənir. Əsas olan məsələ odur ki, hansı miqdar­da­kı pul artıq tələbə, hansı miqdardakı pul isə tələb çatış­­mazlığına səbəb olur? Biz bu suala pul bölməsində cavab vermişdik. Təbii ki, bu pul nis­bəti tədavüldən pulun harada istifadəsinə və gəlir böl­güsünün strukturuna sıx bağlıdır.
İqdisadiyyatı ümumiyyətlə tam və az məşğulluq səviyyəsinə görə iki yerə bölə bilərik.
Tam məşğulluq səviyəsinə çatan iqtisadiyyatda bazarda artan pul həcmi birbaşa istehlak xərclərini artırmaq (məsələn, ictimai xərcləri qarşılamaq) üçün istifadə edilsə, inflyasiyanın baş verməsi la­büd­dür. Əgər bu nöqtədə artan pul həcmi bilava­si­tə investisiyalar şəklində dolayısı ilə istehsalın ar­tı­mı­na sərf edilsə, orta müddətdə artan istehsal qə­tiy­yən tələb inflyasiyası yaratmayacaqdır. Qısa müd­­dət­də gerçəkləşdirilən bəsit bir maliyyə siyasəti ilə bu dövrü inflyasiyasız keçirmək mümkündür.
Məşğulluğun aşağı səviyyədə olduğu bir dövrdə isə artan istehlak həcminə istehsalın dərhal cavab ver­məsi asanlaşacaqdır.
Yəni istehlakı çoxaldan pul həcmindəki artım inflyasiya yaratmayacaqdır. Ancaq sərmayə başda olmaqla istehsalı təmin edən amillərin birində ya­ra­nan maneə istehsalın artım sürətini ləngitdiyi üçün hökmən inflyasiyaya səbəb olacaqdır.
Pul çapının inflyasiyaya səbəb olması fikri sadəcə tam məşğulluq şəraitində yalnız istehlaka sərf edilən pul üçün spesifikdir.
Digər tərəfdən faizlə bazardan pulu toplayıb tələbi azaldaraq, inflyasıyanın qarşısını almaq yolu da kökündən səhvdir. Bir azdan toxunacağımız məs­rəf inflyasiyasının əsas səbəbi bu faizlə borc­lan­ma­ya bağlıdır. Dövlətin faizlə borc götürməsi nəti­cə­sində sələmçiyə verilən dövlət daxili borclanma sə­nədləri sayəsində pul həcmi istehsala uyğun gəlmədən artır. Məsələn, 20%-lə bir il sonra 100 va­hid pul 120 vahidə çıxır. Artan pul həcmi mal və xid­mətin həcmini artırmır. Bu 120 vahidlik pul ba­zara daxil olanda, tələb inflyasiyasından qaçmaq mümkün olmayacaqdır. Bu pulun davamlı dövriy­yə­yə girməməsi üçün yenidən faizlə bunu toplamaq da mümkün deyildir. Çünki pulunu satanlar hər il gəlirləri artdığı üçün pullarının hamısını faizdə saxlamaq fikrindən əl çəkə bilərlər.
İnflyasiyadakı artımın faiz nisbətini artırdığı fikri səhvdir. Əslində həqiqət tam əksinədir. Faiz həm məsrəf, həm də tələb inflyasiyasına səbəb olur. Faiz inflyasiyanı əmələ gətirir, inflyasiyanın səviy­yəsi isə faiz dərəcəsini yanlış pul siyasəti həyata keçi­rildikdə yüksəldir.
Ölkəmizdə son vaxtlarda istehsal yerinə pul ilə pul qazanılması modelinə üstünlük verildiyi üçün yük­sək tələb inflyasiyası yaranmışdır. Son illərdə bu­­nun qarşısını almaq üçün daha yüksək real gə­lir­lərlə dövriyyədən cəkilən pul isə məsrəf in­flya­si­ya­sı­na səbəb olur.

B. Məsrəf inflyasiyası.

İnflyasiyanın ikinci səbəbi isə məsrəflərdir.
Məsrəf inflyasiyası xammal qiymətləri, enerji xərcləri, sığorta mükafatları, vergilər və kredit faiz­lə­rindəki artım və ya işçi maaşlarında meydana gə­lən artımla əlaqədardır.
İqtisadiyyatda tələb artmadan da maya dəyərin­dəki artımla əlaqədar inflyasiya mümkündür. Bəs maya dəyəri nəyə görə artır?
Kapitalizmdə işçi maaşlarındakı artım dolayı­sıy­la həmkarların təsiri ilə əlaqədardır {20}.
Lakin sadəcə işçi maaşlarında meydana gələn bu cür artım inflyasiya yarada bilər, amma bu onun ümumi iqtisadiyyatda hələ davamlı olması demək de­yildir. Hər şeydən əvvəl işçi maaşlarının isteh­sal­da səviyyəsi hər gün texnologiya ilə birlikdə da­ha da aşağı düşür.
Məsrəf inflyasiyası tam məşğulluq səviyəsində olmayan iqdisadiyyatlarda da ortaya cıxdığı üçün qismən məşğulluq səviyyəsində maya dəyərini yük­səl­dəcək dərəcədə əmək haqlarının artımını göz­ləmək məntiqli deyildir. Əslində işçiyə tələbin az olduğu bir şəraitdə qiymətlərin artmasını düşün­mək son dərəcə mənasızdır.
Məsrəf inflyasiyanın səbəbi xammal artımlarını nəzərə almadan faiz dərəcələrinin büdcə kəsir­lə­rinin törəmə pullarla ödənilməsi qaydasıdır.
Məsələn bir istehsalçı 30%-lə borc almışsa bunu mütləq məhsulun maya dəyərinə salır. Kreditlərin faiz nisbəti qədər maya dəyərinin yüksəldilməsi qa­çılmazdır. Digər tərəfdən faizlə borc alan hökumət­lər məlum müddətdən sonra həmin borcu ödəmək üçün vergiləri artırmağa məcburdur. Bu istehsalçı üçün həm müəssisələrdən alınan vergini, həm də məş­ğulluq vergisinin artması deməkdir. İstehsalçı bunları maya dəyərinə salmağa məcburdur.
Beləliklə, məsrəf inflyasiyasının əsl səbəbi ölkə­lə­rin emissiya etmək əvəzinə xarici və ya faizli yerli pula üstünlük vermələridir.
Ölkəmizdə son illərdə ən çox yayılan inflyasiya növü məsrəf inflyasiyasıdır. Bu aşkar həqiqəti nə BVF, nə də onun dediyini həyata keçirən iqtidarlar görməmişlər. Sanki ölkəmizdə tələb inflyasiyası varmış kimi pul bazardan çəkilərək tələbi sıxışdırmışdır. Yüksək faizlə bazardan çəkilən pul mü­qabilində vergi dərəcələri artırılmaq məcburiy­yə­tin­də qalaraq birbaşa maya dəyərinin daha da artmasına səbəb olmuşdur. Digər tərəfdən tələbi azal­dan maliyyə və pul siyasəti ölkəmizi resesiya pro­sesinə salmışdır.
BVF-nun bizə inflyasiyanın qarşısının alınması üçün tövsiyyə etdiyi bazardan pulun yığılması, büd­cə xərclərinin məhdudlaşdırılması, vergilərin artırılması və faizdən əlavə olan gəlirlərin qarşısının alınması məqsədləri əslində ölkəmizə pul satan qlobal sələmçilərin pullarının zəmanətə götürül­mə­sin­dən və daha çox pul satmaları üçün şərait ya­ra­dıl­masından başqa bir şey deyildir.
Bu gün ölkəmizin ən əsas problemi işsizlik problemidir. Bununla əlaqədar olaraq real inkişaf əvəzinə inflyasiyanın qarşısını almaq şüarı altında yanlış diaqnoz qoyulduğu üçün nə inflyasiyanın qarşısı alınmış, nə də gənc əhali təbəqəsinə iş və maddi təminat imkanı verilmişdir.
Ölkə iqtisadiyyatında texniki olaraq inflya­siya­nın nəzarətdə saxlanılmasını yeganə məqsəd kimi qarşıya qoyulması son dərəcə səhv addımdır.
Məqsəd, iqtisadiyyatın məşğulluq səviyyəsini yüksəltmək istiqamətində davamlı inkişafı təmin et­məklə bağlı olmalıdır. Bu inkişaf əsnasında bazar­da müvafiq pul həcminin olması zəruri olan dərəcədə və hamının ona sahib olması şəraiti yaradılaraq iqtisadiyyatın inflyasiyaya və ya def­lya­siyaya məruz qalmasının qarşısı alınmalıdır.

Facebook-da MİM