25 Sentyabr - Çərşənbə axşamı 01:47:45
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

6. Xarici ticarət

Xarici ticarət bir ölkənin digər ölkələrlə olan alış-verişidir. Müstəqil ölkələr xarici ticarətin rejim və siyasətini öz mənfəətlərinə uyğun şəkildə həyata keçirirlər. Gömrük tarifləri, məzənnə siyasəti, xarici ticarət müqavilələri, kvotalar kimi məsələlər o ölkənin siyasi və iqtisadi məqsədlərinə uyğun olaraq müəyyən edilir. Bu baxımdan xarici ticarət sadəcə qazanc məqsədi güdən bəsit qarşılıqlı mal mübadiləsi deyil, ölkələrin siyasi, hərbi, mədəni və ideoloji mənafelərini reallaşdırmaq üçün istifadə etdikləri ən təsirli vasitədir.

Firma və ya dövlətlər istehsal etdikləri əmtəə və xidmətlərə əvvəlcə daxildə bazar axtarırlar. Yeridilən səhv siyasət nəticəsində istehlak səviyyəsinin kifayət dərəcədə olmaması və ya daxili bazarın istənilən firma və dövlətləri xarici bazarlara yönəldir. Şübhəsiz xarici ticarətin tək səbəbi bu deyildir. Ancaq son illərdə bir çox firmanın xaricə çıxmasının səbəbləri arasında daxildə yetərli bazar imkanının olmaması da vardır.
Firmaların xarici ticarətdə əsas məqsədi, mal və xidmət satmaq olsa da, dövlətlər üçün əsil məqsəd mal və xidmət satmaq deyildir. Əsil məqsəd öz mal və xidmətlərinə olan tələbdən çıxış edərək milli pullarının işləndiyi sahəni böyütmək və onları xarici torpaqlarda konvertləşdirməkdir.
Buna görə də ölkələr ixracat apararkən qarşılığında öz pullarını tələb edərlər. Əks təqdirdə, öz pullarının əvəzinə qarşı ölkənin və ya üçüncü bir ölkənin pul vahidini qəbul edəndə, artıq bu ixracat deyil, yerli təbii ehtiyatların başqa ölkələrə axıdılması olacaqdır.
İxracatda yerli pulun tələb edilməsi, idxal edən ölkənin də mal aldığı ölkənin pulunu əldə etmək üçün, o ölkəyə mal və ya xidmət ixrac etməsi deməkdir.
Beləliklə, xarici ticarət ölkələrin qarşılıqlı olaraq öz ehtiyaclarını mal və xidmət mübadiləsi şəklində qarşılamasıdır. Halbuki başda ölkəmiz olmaqla inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr ixracat apararkən milli pulların yerinə xarici pul (hard currency) qəbul etdikləri üçün ixracatı artırdıqca istismar edilirlər. Məsələn biz ABŞ-a ixracat etdikdə sevindiyimiz halda, ABŞ bizdən mal idxal etdikdə sevinmir. Bunu iki misalla izah etmək olar.
Misal 1. Tutaq ki, ABŞ bizdən buğda tələb edir. Bunun əvəzində ondan türk lirəsi istənilsə, ABŞ onu təmin etmək üçün cari qiymətlərlə tutalım ehtiyacımız olan kompyüteri bizə satmalıdır. Kompyüter əvəzində 1000 YTL alan ABŞ, həmin məbləği bizə verərək bir ton buğdanı alır. Nəticədə Türkiyə kompyüteri, ABŞ isə buğdanı əldə edir.
Misal 2. Tutaq ki, ABŞ buğda əvəzində bizə 1000 dollar veribdir. Həmin pulun Mərkəzi Bankda və ya öz torpaqlarımızda emissiyanın yerini tutduğunu fərz etsək (indi bizdə məhz belədir) o zaman ABŞ və çap etməkdən başqa heç bir məsrəfi olmayan kağız ilə buğdamızı əldə etmiş, gəlirlərimizi özünə ötürmüş olur. ABŞ tədiyyə balansının ildə 600 milyard dollar kəsiri olmasına baxmayaraq, hələ də ayaq üstə qalmasının səbəbi, idxalını öz puluyla aparmasıdır.
Dövlətlər ixracat etdikləri malların əvəzinə öz yerli pullarını tələb etməzlər. Onlar ixracatla, turizmdən əldə etdikləri valyutanı emissiya əvəzinə daxili bazarda dövriyyəyə buraxsalar, ixrac etdikləri məhsulları əvəzsiz vermiş olacaqlar. İxracat malları qarşılığında tutalım ki, dollar emissiya kimi daxili bazarda dövr edirsə, o zaman verilən məhsulun qarşılığında ABŞ-nın əslində qarşılıqsız dolları alınması deməkdir ki, bunun da adı istismardır. Milli İqtisadi Modeldə xarici ticarət istismar vasitəsi deyil, alış veriş qanunlarına müvafiq şəkildə idarə olunacaqdır. İxracat milli pulun təsir dairələrinin genişlənməsi üçün istifadə olunacaqdır. İstehsal olunan məhsulların bazar tapdığı sahələr, eyni zamanda yerli pulun da istifadə dairəsi olacaqdır.
Kapitalizmin xarici ticarətlə əlaqədar müxtəlif modelləri vardır. Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin xarici ticarət rejimlərini inkişaf etmiş ölkələrin mənfəətləri istiqamətində tənzimlənməsi üçün başda müqayisəli üstünlüklər, mütləq üstünlüklər və istehsal amilləri nəzəriyyələri də bu ölkələrin iqtisadçı və siyasətçilərinə qəbul etdirilmişdir. Bu nəzəriyyələrin gerçəkləşdiyi ölkələrin təbii ehtiyatları, istehsal və gəlirləri, bu nəzəriyyələri yaradan inkişaf etmiş ölkələrə ötürülmüşdür.
Qısaca olaraq həmin nəzəriyyələr haqqında aşağıdakıları demək olar: Müqayisə edilən və müt­ləq üstünlüklər nəzəriyyələrinə görə, ölkələr ucuz istehsal etdikləri malları istehsal edib ixracat etmə­li, üstün olmadıqları, yəni baha qiymətə istehsal et­di­yi malları isə istehsal etməməli və idxal etməlidir. Beləliklə, bütün ölkələr malları ucuz istehsal edib satdığı üçün, hər kəs bu ticarətdən qazanc əldə edəcəkdir {43, s.269}. Bu tövsiyələrə görə az inkişaf etmiş ölkələrin vaxtilə üstün olduqları və xammal baxımından zəngin olduqları bir çox sektorların iflas etdiklərini, böhrandan böhrana sürükləndiklərini və qlobal güclərə boyun əyərək onlardan hər sahədə asılı vəziyyətə düşdüyünü görü­­rük. Çünki, maya dəyəri nə qədər olursa-olsun ərzaq, müdafiə, təhlükəsizlik, geyim, təhsil və sağlamlıq kimi əsas ehtiyaclarını özü istehsalla təmin etmirsə belə ölkənin ayaqda durması və yaşaması mümkün deyildir. Əks təqdirdə ölkə açıq bazar halına gələrək iqtisadi və siyasi müstəqilliyini itirəcəkdir.
Başda enerji, xammal, enerji-vergi kimi məsrəfləri dünya standartlarından çox aşağıya salan Çin hökuməti, öz istehsalçısını müdafiə etməklə öz firmalarının bir çox sektorda bizdən dəfələrlə aşağı qiymətə məhsul satmasına şərait yaratmışdır. Bu məntiqə görə, heç bir şey istehsal etmədən, bizə lazım olanı daha ucuz olan Çindən almalıyıq. ABŞ və AB öz əkinçisinə ildə 100 milyardlarla dollar istehsal yardımı verdiyi üçün, onların kənd təsərrüfatı məhsulları bizdən daha ucuz qiymətə başa gəlir. O zaman bu nəzəriyyəyə görə kənd təsərrüfatı məhsullarını onlardan almalıyıq.
Digər tərəfdən BVF-nun kənd təsərrüfatını hədələməsiylə bu sektor tamamilə unudulmuşdur. Əkinçimizin dünyanın ən bahalı mazut, kübrə və toxumunu əldə edərək istehsal etməsi nəticəsində 4 YTL başa gələn buğdanın kilosuna dövlət 3,50 YTL verir və beləliklə, müqayisəli üstünlük nəzəriyyəsinə görə ölkəmiz buğda istehsal etmədən, onu daha ucuz qiymətə ABŞ-dan almalı olur. Bu məntiqə əsasən inkişaf etməkdə olan ölkələrin hamısı açıq bazar vəziyyətinə gələcəkdir.
Müqayisəli üstünlük nəzəriyyəsinə görə, «siz kənd təsərrüfatı məhsullarını istehsal edin, sənaye məhsullarını biz sizə satarıq» şüarına qarşı çıxan Atatürk, nümunəvi «dövlət-əkinçilik təsərrüfatları» yaradaraq və şəxsən özü traktora minərək nümunə göstərmiş, həmçinin Kayseridə qurduğu təyyarə zavodundan Belçikaya təyyarə ixrac etməklə kapitalist anlayışın oyunlarına tutarlı cavab vermişdir. Liberal kapitalizmin «iş qüvvəsi baxımından varlı ölkələr əməktutumlu məhsullar istehsal etsin, kapitalı çox olan ölkələr isə kapital tutumlu mal istehsal etsin». Beləliklə, hər ölkə sahib olduğu istehsal amillərinin bolluğundan istifadə edərək üstünlük əldə etsin, şəklində qısa ifadə edilə bilən istehsal amilləri nəzəriyyəsi müqayisəli üstünlüklər nəzəriyyəsinin bir başqa versiyasıdır {25, s.630-631}. Bu nəzəriyyə fəhlə və ağa ölkə anlayışını yaradır. Çünki, bu nəzəriyyəyə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr nəticədə sənayeləşən ölkələrin forfostuna çevrilmişlər. Digər tərəfdən, əlavə dəyəri aşağı olan, ətraf mühiti çirkləndirən və dəbdən düşmüş köhnə istehsal texnologiyalarına sahib olan fabriklər, işçi qüvvəsinin daha ucuz olduğu ölkələrə göndərilir. Əməyin daha ucuz olduğu bir ölkə meydana çıxanda, investisiyalar oraya yönəlir. Xatırlandığı kimi, ölkəmiz bununla əlaqədar olaraq tekstil, ayaqqabı, dəri kimi sektorların məhsullarını ABŞ və AB ölkələrinə ixracatçı olduğu halda, Çində və Şərqi Avropada əmək qiyməti aşağı düşəndə, öyündüyümüz bu sektorlar da tənəzzülə uğrayır.
Bu və buna bənzər görüşlərin tətbiqi nəticəsində xarici ticarət kəsirimiz hər ay rekord səviyyəsinə qalxır. Həyata keçirilən pul məzənnəsi rejiminin də yardımıyla məzənnə aşağı səviyyədə saxlanılaraq idxalat hər sahədə genişlənir. 2002-ci il ixracatımız 36.059 mlrd. dollar ikən, idxalatımız 51554 milyard dollar oldu. Xarici ticarət kəsirimiz isə 15.495 milyard dollar oldu. Bu kəsir 2003-cü ildə daha da artdı. İxracatımız 47253 mlrd. dollar ikən idxalatımız 69.344 mlrd. dollara çıxdı, kəsir isə 22.087 mlrd. dollar oldu.
2004-cü ildə isə xarici ticarət balansının kəsiri böyük bir artımla 34.419 mlr.dollara, ixracat 63121 mlrd. dollara, idxalat isə 97540 mlr. dollara çatdı. Xarici və yerli sərmayənin ixracatı eyni deyildir. Çünki, ixracatdan əldə etdiyi gəliri daxildə saxlamayan xarici sərmayə ilə əldə edilən gəlirin ölkə iqtisadiyyatına təsiri, yerli sənaye ilə eyni deyildir.
Milli İqtisadi Modeldə yerli istehsalın qorunması prioritet məqsəd hesab ediləcək və buna görə yerli istehsala yardım ediləcəkdir. Və ya malik olmadığımız təbii ehtiyatların idxalının önü açılacaqdır. İxracat təşviqləriylə yerli istehsalçı müdafiə olunacaq və xarici bazarların tapılmasında dövlət yerli sənayeçinin önünü açacaqdır.
Düzgün pul siyasətiylə yerli istehsalçılara xaricdə bazar axtarmaq və istənilən zaman sosial dövlət anlayışında olduğu kimi xarici ticarətdə də bazarların tapılması mümkündür.

Facebook-da MİM